Bu məşğələ müxtəlif insan hüquqları məsələlərini təqdim edərkən öz fikrini bildirməklə bağlı özünəinamı təbliğ edir.

Materiallar              •  Məkan
                                •   Hər iştirakçı üçün 1 ədəd stul və 1 ədəd əlavə stul
                                •  Əvvəlcədən hazırlanmış bəyanatlar

Təlimatlar

1.   Hamıdan dövrə qurub stullarda oturmağı xahiş edin. Bir ədəd əlavə, heç kimin oturmadığı stul olmalıdır.

2.   İlk bəyanatı ucadan oxuyun və onunla razılaşanlardan cəld yerlərini dəyişib başqa stulda oturmağı xahiş edin. Bəyanatla razılaşmayan iştirakçılar oturduqları yerdə qalmalıdırlar. Qərar verə bilməyənlər ayağa qalxmalı, bir dəfə yerlərində fırlanıb yenidən oturmalıdırlar.

Fasilitator üçün məsləhətlərGoto top

Bu məşğələ əyləncəli və maraqlıdır. Məşğələni oxunmuş bəyanatların insan hüquqları ilə əlaqəsini soruşmaqla bitirə bilərsiniz; lakin bu məşğələnin başlanğıc olduğunu yadda saxlayın və onunla bağlı müzakirələr aparmayın. Bununla belə, alternativ olaraq, bu metod dərin müzakirəyə başlamaq üçün istifadə oluna bilər. Bu halda, diqqəti məqsədlərinizə yönəltməli və seçdiyiniz bəyanatların onlara uyğun olmasını təmin etməlisiniz. İştirakçıların bəyanatlara fərqli reaksiyaları barədə soruşa və onların müxtəlif inamlarının kökləri ilə maraqlana bilərsiniz.

Əgər hər hansı bir mövzu üzrə işləyirsinizsə, digər bir seçim kimi iştirakçılardan kağız parçalarında öz bəyanatlarını yazmağı xahiş edə bilərsiniz; onları papağa və ya qutuya qo-yub sonradan ucadan oxuya bilərsiniz. Bəyanatları aşağıdakı siyahıdan seçə və ya bu siyahının sizi öz bəyanatlarınızı hazırlamağa vadar etməsinə icazə verə bilərsiniz:

        • Pis reputasiya oğlanlardan çox qızlara mənfi təsir edir.
        • Gənc qadınların bədənlərindəki tükləri təmizləməməsi qəbul olunandır.
        • Mağazalarda uşaqlar üçün ipli alt paltarlanın satılması yanlışdır.
        • Gənc qadın və kişilərin yaxşı dost olması qəbul oluna bilər.
        • Qadınlar kişilərdən daha yaxşı yemək bişirir.
        • Yalnız qızlar gözəl ola bilər.
        • Gözəllik daxildən gəlir.
        • Hələ uşaqlıqdan, qızlar tikişdə, oğlanlar isə mexanikada bacarıqlı olurlar.
        • Bəzən təcavüz qızın/qadının günahıdır.
        • Güclü əzələlərə malik olmaq kişilərə xasdır.
        • Kişilər hislərini göstərməkdə daha yaxşıdırlar.
        • İmmiqrantlar həmişə çalışqan olurlar, çünki buna məcburdurlar.
        • Balet kişilər üçün uyğun peşə deyil.
        • Kişilərin nəzarəti ələ alması və aparıcı rol oynaması təbiidir.
        • Kişi prezident/baş nazir qadın prezident/baş nazirdən daha yaxşıdır.
        • Kişi həyat yoldaşından daha az maaş almamalıdır.
        • Dostlarınıza nədənsə qorxduğunuzu demək zəiflik əlamətidir.
        • Hislər barəsində danışmaq kişisayağı deyil.
        • Sevgi zamanla yoxa çıxır.
        • Cinsi əlaqədə olmaq üçün arada sevgi olmalıdır.
        • Böyüklərin sekslə bağlı fikirləri köhnəlib.
        • Yeniyetmə jurnallarında sekslə bağlı yaxşı məsləhətlər var.
        • Bütün insanların dəyəri eynidir.