Yaşamaq seçməkdir.
Lakin yaxşı seçim etmək üçün siz kim olduğunuzu və nəyi müdafiə etdiyinizi, hara getmək istədiyinizi və nəyə görə oraya getmək istədiyinizi bilməlisiniz.

Kofe Annan

Xülasə

Bu məşğələdə brilliant sıralamasından istifadə olunaraq, insanların qəflətən öz evlərindən qaçmağın nə demək olduğunu anlaması müzakirə olunur

Əlaqədar hüquqlar

• Təqibdən qurtulmaq üçün digər ölkələrdə sığınacaq axtarmaq
• Din və ya inam azadlığı
• Fikir və məlumat azadlığı

Məqsədlər

• Öz evini tərk etməyin nə demək olduğunu dərk etmənin inkişaf
etdirilməsi
• Qərar qəbul etmə və razılıq əldə etmək bacarıqlarının təcrübədən
keçirilməsi
• Qaçqınlara qarşı şəfqətin və həmrəyliyin qüvvətləndirilməsi

Materiallar

•    Hər iştirakçı üçün 3 ədəd olmaqla qeyd üçün yapışqanlı kağızlar və ya kiçik dördbucaq kağızlar (təqribən 8sm x 8sm ölçülü)
•    Hər iştirakçı üçün 1 ədəd olmaqla qələm və ya karandaşlar

compass-key-date
  • 18 DekabrBeynəlxalq Miqrantlar günü

Təlimatlar

  1. İnsanların nəyə görə başqa yerdə yaşamaq üçün köçdükləri barədə beyin fırtınası etməklə miqrasiya mövzusunu təqdim edin.
  2. Məşğələ zamanı öz evlərindən qaçmağa məruz qaldıqlarını təsəvvür etməli olduqlarını izah edin. Beyin fırtınasına istinad edin və insanları qaçmağa məcbur edən müharibə, təbii fəlakətlər, təqib və ya terrorizm kimi “itələyici faktorları” göstərin. Daha sonra, qrupu dünyada nə qədər məcburi köçkün olduğunu təxmin etməyə dəvət edin.
  3. İndi onlara kiçik qruplara bölünməyi tapşırın və kiçik kağız parçaları və qələmləri paylayın.
  4. Hər kəsdən müəyyən səbəbə görə evlərini tərk etdiklərini və özləri ilə yalnız 3 əşya götürə biləcəklərini təsəvvür etməyi xahiş edin. Götürəcəkləri 3 əşya nə olacaq? Onlar hər kağız parçasında bir əşyanın adını qeyd etməlidirlər.
  5. Daha sonra, hər kəsdən növbə üzrə öz seçimlərini təqdim etməyi və qərarları ilə bağlı səbəbi izah etməyi xahiş edin.
  6. İndi iştirakçılara müxtəlif seçimlər və səbəblərini birlikdə müzakirə etməyi, ümumi razılığa gəlməyi və brilliant sıralamasından istifadə etməklə seçdikləri əşyaları prioritetləşdirməyi tapşırın (65-ci səhifəyə baxın).
  7. Sonda, onlara hər qrupun işinin nəticəsinə baxmağa icazə verin.

Təhlil və qiymətləndirməGoto top

Hər qrupun əşyaları necə sıralamasını nəzərdən keçirməklə başlayın və daha sonra, iştirakçıların nə öyrəndiyi və insan hüquqlarının necə tətbiq olunduğu barədə müzakirə aparın.

  • İnsanların özləri ilə aparmaq istədikləri əşyalar içərisində təəccüblü olanları var idi?
  •  

  • Əşyaları sıralamaq asan idi? Qrupların içərisində hansı növ fikir ayrılıqları var idi?
  •  

  • Müxtəlif qrupların sıralamaları nə dərəcədə müxtəlif və nə dərəcədə eyni idi?
  •  

  • İnsanlar nə dərəcədə praktiki idi? Onlar əsasən fiziki cəhətdən həyatda qalmaq və ya öz emosional və ruhi ehtiyacları barədə düşünürdülər?
  • Siz həqiqətən öz evinizi tərk etmək məcburiyyətində qalsanız, bu, nə dərəcədə çətin olacaq?
  • İnsanlar evlərini tərk etmək məcburiyyətində qaldıqda ən çox nə üçün darıxacaqlar?
  • Onlar öz evlərini tərk etməyə məcbur qalmış bir insan tanıyırlar?
  • Məşğələ realistikdir? İnsanlar həmişə özləri ilə nə götürəcəklərini seçə bilirlər?
  • Bəs uşaqlar və gənclər? Valideynlər əşyalarını toplayarkən uşaqların da xüsusi ehtiyaclarını nəzərə almalıdırlar?
  • Biz cəmiyyətimizdəki (bütün dünyadakı) qaçqınların ehtiyaclarına diqqəti yönəltmək üçün nə edə bilərik?
  • Qaçqınları xüsusi olaraq qoruyan insan hüquqları hansılardır?

Fasilitator üçün məsləhətlərGoto top

Məşğələni təqdim edərkən iştirakçıları ümumilikdə miqrasiya barədə düşünməyə sövq etməyə çalışın. İnsanların köçməyə qərar vermə səbəblərinə təhsil və ya iş, onların həyat tərzi, daşqın, zəlzələ və ya quraqlıq, müharibə və ya təqib daxildir. Beyin fırtınasının sonun-da insanların köçü səbəblərindən 2 siyahı hazırlayın, bu 2 siyahı onların köçünün “itələyici” (öz ölkələrində müharibə və ya təqib) və ya “çəkici” (digər ölkədə işləmək və ya oxumaq üçün daha yaxşı imkanların olması) faktorlar olmasına əsasən hazırlanmalıdır.

BMT QAK-a istinadən, 2010-cu ilin sonuna qədər dünyada:

– 10,55 milyon qaçqın

– 14.7 milyon məcburi köçkün və 3,5 milyon ölkəsi olmayan insan olmuşdur.

4-cü addımda siz ssenarini elə qurmalısınız ki, iştirakçılar eyni çərçivə daxilində işləsin. Qrup üçün ən uyğun və maraqlı olacaq vəziyyəti seçin. “Müharibə”, heç kim onu birbaşa olaraq yaşamadığı halda, çətin seçim olacaq, lakin terrorist hücumunu özündə birləşdirən ssenari daha realist olacaqdır. Mümkün olacağı təsəvvür edilə bilən bir ssenari yaratmağa çalışın. Əgər siz “daşqın”ı səbəb kimi seçsəniz, əgər sizin şəhəriniz vadidə yerləşirsə, çayın səviyyəsinin qalxdığını və qəfil daşqının körpüləri uçurduğunu, suyun ətrafdakı bütün əraziyə daşdığını deyə bilərsiniz. Digər tərəfdən isə, əgər siz dağlıq və ya təpəlik ərazidə yaşayırsınızsa, o zaman bütün şəhəri bürüyən palçıq nəticəsində torpaq sürüşməsinə səbəb olan güclü yağışlar təhlükəsi ola bilər. Siz aydın şəkildə insanların öz evlərini tərk etmək məcburiyyətində qaldıqlarını, bəlkə də geri dönmə imkanı ola bilməyəcəyini və uzun müddətə, bəlkə də həmişəlik, uzaq bir yerə köçəcəklərini təsəvvür etməli olduqlarını izah etməlisiniz.

İnsanların seçdikləri əşyalar, onların nə dərəcədə praktiki olduqları iştirakçıların yetkinlik səviyyəsindən asılı olacaqdır. İnsanların nəyi götürəcəyi, həmçinin, bir sıra faktorlardan, məsələn, hava, ilin vaxtı və öz evlərini tərketmə səbəbindən, asılı olacaqdır. Məsələn, əgər daşqın baş vermişdirsə və onlar üzə bilmirlərsə, onlar bərə kimi istifadə edə biləcəkləri bir əşyanı götürə bilərlər. Eyni zamanda, daha ağıllı və praktiki seçimlərin mövcud olmasına baxmayaraq, şəxsi seçimdən danışdıqda, düzgün və ya səhv cavab anlayışının olmadığını vurğulamaq lazımdır.

Qeyd: www.coe.int/compass ünvanında 5-ci Fəsildə Miqrasiya haqqındakı ümumi məlumat hissəsində “qaçqınlar”, “məcburi köçkünlər”, “sığınacaq axtaranlar” və “miqrant işçilər” arasındakı fərqin izahı və tərifləri yer almışdır. 

Müharibə və təqibdən qaçmış və Danimarkada sığınacaq axtaran insanlardan soruşduqda onlar ilk prioritet olaraq pulu götürdüklərini bildirmişdilər. Passport və ya şəxsiyyət vəsiqəsi də vacibdir, “lakin siz ehtiyacınız olduqda saxta sənədlər ala bilərsiniz” deyə cavab vermişlər. Eynisi paltar və ərzağa da aiddir: pulunuz varsa, siz istədiyinizi ala bilərsiniz. Bəzi insanlar üçün İncil öz ruhi ehtiyaclarını ödəmək üçün ilk seçim olmuşdur.

Arxası yapışqanlı qeyd kağızları və brilliant sıralamasından istifadənin təklif olunmasının səbəbi, ilkin olaraq, qəti seçimlər etməyin çətin və qeyri-təbii olması, daha sonra isə, meto-dun konkretliyi və müzakirə davam etdikcə kağızların yerini dəyişdirməyin mümkünlüyünü təmin etməkdir.

VariantlarGoto top

Bu metod insanların bütün mövzularla bağlı fikirlərini araşdırmaq üçün istifadə oluna bilər. Məsələn:

        • Uşaqlar: Xoşbəxt uşaqlığın ən əsas 3 göstəricisi nədir?
        • Vətəndaşlıq və İştirak: Multikultural cəmiyyətdə yaşamaq üçün insanın sahib olmalı olduğu 3 ən vacib xüsusiyyət nədir?
        • Mədəniyyət və İdman: Mədəniyyətinizin sizin üçün ən vacib 3 aspekti nədir?
        • Demokratiya: Yaxşı bərqərar olmuş demokratiyaya sahib olmaq üçün bir ölkənin ehtiyacı olan 3 əsas xüsusiyyət nədir?
        • Əlillik və Əlillərə qarşı Ayrı-seçkilik: Hərəkət etmək fiziki qüsurlu bir çox insan üçün problemdir. Bizim şəhərimizdə, məsələn, görmə qüsurlu insan üçün, həyata keçirilə biləcək 3 ən effektiv irəliləyiş nə ola bilər?
        • Ayrı-seçkilik və Dözümsüzlük: Siz uzun qatar səyahətinə çıxırsınız və öz vaqonunu-zu müxtəlif ölkələrdən olan sərnişinlərlə bölüşməli olacaqsınız. Vaqonunuzu ən çox bölüşmək istədiyiniz 3 milliyyətdən olan insanı seçin (Ən az hansı milliyətdən olan insanlarla bölüşmək istədiyinizi də əlavə etməklə məşğələni bir az daha genişləndirə bilərsiniz).
        • Təhsil: İnsanlar arasında ünsiyyət və anlamanı təşviq etmək üçün dünyadakı uşaqlara hansı 3 dil tədris olunmalıdır?
        • Ətraf mühit: Dünya Vəhşi Təbiət Fondu növbəti kampaniyasında nəsli kəsilməkdə olan hansı 3 heyvanı hədəf seçməlidir?
        • Gender: Gender əsaslı ayrı-seçkiliyin hələ də mövcud olmasının 3 əsas səbəbini deyin.
        • Qloballaşma: Minilliyin İnkişaf Məqsədlərindən sizin üçün ən vacib 3 məqsəd hansıdır?
        • Sağlamlıq: Tütün, kokain, spirt, ot, efedrin, viaqra? Hansı 3 dərman haqqında ölkənizdəki gənclərin daha çox məlumat almasına ehtiyac var?
        • KİV: İnsan Hüquqlarının təbliği üçün son 10 ildə KİV-də hansı 3 yenilik effektiv olmuşdur?
        • Miqrasiya: Ölkənizi tərk etmək məcburiyyətində qalsanız, ən çox hansı 3 ölkədə yaşamaq istərdiniz?
        • Sülh və Zorakılıq: Dünyada sülh qarşısında ən böyük 3 təhlükə nədir?
        • Yoxsulluq: Yoxsulluğun aradan qaldırılması üçün ən effektiv 3 addım/fəaliyyət hansılardır?
        • Din və İnam: Fundamentalizmin yayılması ilə mübarizə istiqamətində görülə biləcək ən effektiv 3 vasitə hansılardır?
        • Tarixi Yaddaş: Şəhərinizdə milli, tarixi hadisəni yad edən abidə haqqında düşünün. Həmin hadisənin təhrif və ya sui-istifadə olmadan sənədləşməsi və öyrənilməsi üçün ictimai şəkildə qəbul olunmasının 3 yolunu təklif edin.
        • Müharibə və Terrorizm: Minaları qadağan edən beynəlxalq müqavilə artıq mövcuddur; növbəti olaraq, hansı 3 silah qadağan olunmalıdır?
        • Əmək: Sizi ən çox narahat edən 3 layiqli iş hüququ pozuntusu hansılardır?

Sonrakı fəaliyyət üçün təkliflərGoto top

If the group would like to explore what it is like leaving home and seeking asylum, they could do the activity "Can I come in?" or "Language barrier ".

Əgər qrup evi tərk etmək və sığınacaq axtarmağın nə olduğunu araşdırmaq istəsə, onlar “İçəri girə bilərəm?” və “Dil baryeri” məşğələlərini edə bilərlər.

Ötən hadisələr barədə düşünmək hər cür xatirələri oyadır; əgər qrup ictimai müharibə anım abidələrinin xatirələri necə oyatdığı barədə düşünmək istəsə, onlar 227-ci səhifədəki “Yaddaş etiketləri” məşğələsindən istifadə edə bilərlər.

Fəaliyyət üçün fikirlərGoto top

Ailəniz, dostlarınız və həmkarlarınıza özləri ilə götürəcəkləri 3 əşya barədə sual verin və insan hüquqları və qaçqınlarla bağlı müzakirə açın.

Sığınacaq axtaranlar və qaçqınlarla işləyən yerli təşkilat tapın və onların işinə necə kömək edə biləcəyinizi araşdırın.