Bu metod sürətlidir və iştirakçılar, istədiyi halda, onlara şərh bildirmək imkanı yaradır.

Vaxt: 20 dəqiqə

Hazırlıq

  • 3 və ya 4 sual hazırlayın. Məsələn, Məşğələni bəyəndiniz? Yeni nəsə öyrəndiniz? Öyrəndiklərinizi gündəlik həyatınızda tətbiq edə biləcəksiniz?
  • A4 vərəqində 4 işarə hazırlayın: “bəli”, “xeyr”, “Bilmirəm” və “Fikir bildirmək istəyirəm”. Bu dörd işarəni otağın dörd divarına yapışdırın.

Təlimatlar

1. Dörd divardakı işarələri göstərin və onların dörd müxtəlif nəzər nöqtəsini təmsil etdiyini izah edin. Yalnız “Fikir bildirmək istəyirəm” divarında dayanan şəxslərin danışa biləcəyini izah edin.

2. Sual oxuyacağınızı və iştirakçıların onların cavablarını təmsil edən divarda dayanmalı olduqlarını izah edin. İştirakçılar məşğələ ərzində mövqelərini dəyişə bilərlər.

3. Məşğələ ilə bağlı ilk sualı soruşun.

4. İştirakçılara yerlərini seçmək üçün vaxt verin; bundan sonra, fikir bildirmək istəyənləri şərh verməyə dəvət edin.