Back Azərbaycan qanunvericiliyinin qadınlara qarşı zorakılıq və məişət zorakılığı sahəsində beynəlxalq standartlara uyğunlaşdırılması

Azərbaycan qanunvericiliyinin qadınlara qarşı zorakılıq və məişət zorakılığı sahəsində beynəlxalq standartlara uyğunlaşdırılması

Azərbaycanda İstanbul Konvensiyası və digər gender bərabərliyi standartlarına dair məlumatlılığın artırılması layihəsi Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında Avropa Şurası Konvensiyası (İstanbul Konvensiyası) daxil olmaqla bu sahədə mövcud beynəlxalq standartlarla müqayisə edərək Azərbaycanda qadınlara qarşı zorakılıq və məişət zorakılığı sahəsində qanunvericilikdə boşluqların təhlilini hazırlamışdır.

Hesabatda qeyd olunur ki, “milli qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılmasının ən səmərəli vasitələrindən biri məişət zorakılığının yeni cinayət tərkibi kimi kriminallaşdırılması ola bilər”. Eləcə də, razılığa əsaslanmayan bütün cinsi əlaqə formalarının zorlamanın tərifinə daxil edilməsi və məcburi nikah da daxil olmaqla, qadınlara qarşı zorakılıq və məişət zorakılığı qurbanlarının zorakılıq törədən şəxsdən və ya dövlətdən maddi kompensasiya tələb etmək hüququnun təmin ediməsi tövsiyə olunur.

Bu təhlil beynəlxalq standartlara uyğunlaşdırmanı daha da təkmilləşdirmək üçün aydın yol müəyyən edir və cinayət hüququ müddəaları, mülki hüquq müdafiə vasitələri, qəyyumluq və görüş hüquqları, eləcə də ödənişsiz hüquqi yardım, mübahisələrin məcburi alternativ həlli proseslərinin qadağan edilməsi, təcili qadağanedici əmrlər, məhdudlaşdırıcı və ya mühafizə orderləri və məlumatların toplanması kimi həm cinayət, həm də mülki hüquq sahələri ilə potensial əlaqəsi olan fəaliyyət sahələrini əhatə edən 31 tövsiyyə irəli sürür.

Azərbaycanda məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı bu sahədə həyata keçirilən addımların beynəlxalq standartlara uyğunlaşdırmaq məqsədi daşıyır və Avropa Şurası bu cəhdi dəstəkləyir.

Hesabatı ingilisAzərbaycan dillərində oxuya bilərsiniz.

Bu nəşr Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqı və Avropa Şurasının birgə proqramı olan Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq II 2019 -2022 çərçivəsində Avropa İttifaqı və Avropa Şurası tərəfindən maliyyələşdirilən və Avropa Şurası tərəfindən icra olunan “Azərbaycanda İstanbul Konvensiyası və digər gender bərabərliyi standartlarına dair məlumatlılığın artırılması” layihəsi çərçivəsində hazırlanmışdır.

Bakı, Azərbaycan 25 oktyabr 2022-ci il
  • Diminuer la taille du texte
  • Augmenter la taille du texte
  • Imprimer la page