Back Avropa Məhkəməsinin qərarlarının Azərbaycan tərəfindən icrasının təkmilləşdirilməsinə dəstək layihəsi çərçivəsində yerli qısamüddətli məsləhət xidməti üçün tender elanı üzrə ərizələrin qəbulu üçün müddət uzadılmışdır, son tarix: 25 yanvar

Avropa Məhkəməsinin qərarlarının Azərbaycan tərəfindən icrasının təkmilləşdirilməsinə dəstək layihəsi çərçivəsində yerli qısamüddətli məsləhət xidməti üçün tender elanı üzrə ərizələrin qəbulu üçün müddət uzadılmışdır, son tarix: 25 yanvar

Qeyd: “Avropa Məhkəməsinin qərarlarının Azərbaycan tərəfindən icrasının təkmilləşdirilməsinə dəstək” layihəsi çərçivəsində yerli qısamüddətli məsləhət xidməti üçün tender elanı üzrə ərizələrin qəbulu üçün müddət uzadılmışdır, son tarix: 25 yanvar 18:00 ( Bakı vaxtı ilə)

 

Hazırda Avropa Şurası “Avropa Məhkəməsinin qərarlarının Azərbaycan tərəfindən icrasının təkmilləşdirilməsinə dəstək” layihəsini həyata keçirir.

Bununla əlaqədar Layihə  Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) presedent hüququ və qərarlarının Azərbaycan tərəfindən icrasını dəstəkləmək üçün intellektual xidmətlərin göstərilməsi üçün yerli məsləhətçilər axtarır. Ətraflı məlumat üçün, lütfən,  (ingilis dilində təqdim olunmuş) Tender sənədi və “Çərçivə Aktı” (“Act of Engagement”) ilə tanış olun.

Maraqlı olan və tələb olunan meyarlara cavab verən namizədlər Tender faylında göstərildiyi kimi müraciət etməyə və tələb olunan sənədlərlə - Çərçivə Aktı ilə birlikdə tələb olunan sənədləri (CV və s.) təqdim etməyə dəvət olunurlar.

Ərizələrin təqdim edilməsi üçün son tarix: 25 yanvar 2023-cü il, saat 18:00-dir (Bakı vaxtı ilə).

Bütün ərizələr “Azərbaycan tərəfindən AİHM qərarlarının həyata keçirilməsini dəstəkləmək üçün yerli qısamüddətli məsləhətçilərin seçimi üzrə tender” başlığı/qeyd olunmaqla  fieldbaku@coe.int  ünvanına göndərilməlidir.

Bütün suallar tenderlərin təqdim edilməsi üçün son tarixdən ən azı 5 (beş) iş günü əvvəl təqdim edilməli və yuxarıda göstərilən e-poçt ünvanına mövzu sətirində (subject line) aşağıdakı qeyd olunmaqla ünvanlanmalıdır: “Suallar - AİHM qərarlarının Azərbaycan tərəfindən icrasına dəstək vermək üçün yerli qısamüddətli məsləhətçilərin seçimi üzrə tender”.

Council of Europe Office in Baku 9 January 2023
  • Diminuer la taille du texte
  • Augmenter la taille du texte
  • Imprimer la page