Back Qadınlara qarşı zorakılıq mövzusunda maarifləndirməyə dair vebinara qeydiyyat açıqdır

Qadınlara qarşı zorakılıq mövzusunda maarifləndirməyə dair vebinara qeydiyyat açıqdır

Avropa İttifaqının və Avropa Şurasının “Azərbaycanda İstanbul Konvensiyası və digər gender bərabərliyi standartlarına dair məlumatlılığın artırılması” birgə layihəsi İstanbul Konvensiyası kimi də tanınan Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında Konvensiyanın spesifik maddələrinə dair silsilə vebinarları davam etdirir. Növbəti vebinar qadınlara qarşı zorakılıq mövzusunda maarifləndirmə (maddə 13) haqqında olacaq.

Onlayn vebinar 8 iyun 2021-ci il tarixində saat 11:00-da (Bakı vaxtı ilə) baş tutacaq. Bu tədbirdə iştirak etmək üçün buradan qeydiyyatdan keçə bilərsiniz.

İstanbul Konvensiyasının spesifik maddələrini izah edən Avropa Şurasının sənədlər toplusuna əsaslanan bu vebinar konvensiyaya tərəf olan dövlətlərin ayrı-ayrı maddələrə əsasən hansı tədbirləri həyata keçirməli olduğunu başa düşməyə kömək edir.

İstanbul Konvensiyasının 13-cü maddəsi dövlətlərin digər qurumlarla, xüsusilə qadın təşkilatları ilə birlikdə qadınlara qarşı zorakılığın müxtəlif formaları və nəticələrinə dair bilik və məlumatlılığı artıraraq onun qarşısını necə ala biləcəyi haqqındadır.

İl ərzində keçiriləcək növbəti iki sessiya aşağıdakı maddələrə həsr olunacaq:

  • ‘Məişət zorakılığı və cinsi zorakılıq törədən şəxslər üçün proqramlar: İstanbul Konvensiyasının 16-cı maddəsi’
  • ‘Məişət zorakılığı hallarında təcili qadağanedici əmrlər: İstanbul Konvensiyasının 52-ci maddəsi’

Bu tədbirlər Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq II (PGGII) Proqramının “Azərbaycanda İstanbul Konvensiyası və digər gender bərabərliyi standartlarına dair məlumatlılığın artırılması” layihəsi çərçivəsində həyata keçirilir, Avropa İttifaqı və Avropa Şurası tərəfindən maliyyələşdirilir və Avropa Şurası tərəfindən icra edilir.

Layihə haqqında daha ətraflı məlumat üçün layihənin səhifəsinə bax.

PGGII haqqında daha ətraflı məlumat PGGII-nin səhifəsinə bax.

Baku, Azerbaijan 17 May 2021
  • Diminuer la taille du texte
  • Augmenter la taille du texte
  • Imprimer la page