Back Azərbaycanlı vəkillər “Avropa İnsan Hüquqları Konvensiyasına Giriş” HELP distant kursunu uğurla başa vurdular

Azərbaycanlı vəkillər “Avropa İnsan Hüquqları Konvensiyasına Giriş” HELP distant kursunu uğurla başa vurdular

27 azərbaycanlı vəkil bu ilin aprel-iyun aylarında həyata keçirilən “Avropa İnsan Hüquqları Konvensiyasına Giriş” HELP distant kursunu uğurla başa vurduqdan sonra sertifikatla təltif olundular.

Bu fəaliyyət ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən “Azərbaycanda ədliyyə islahatlarına dair təşəbbüslərə dəstək” layihəsi çərçivəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının və Ədliyyə Akademiyasının birgə əməkdaşlığı ilə təşkil edilib.

HELP distant kursunun məqsədi vəkillərin Avropa İnsan Hüquqları Məhkəməsinə ərizələrin hazırlanmasında bacarıqlarını artırmaq idi.

13 aprel 2019-cu il tarixdə keçirilən rəsmi təqdimatdan sonra vəkillər HELP proqramının milli tyutorları, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri Sevinc Əliyevanın və Babək Həmidovun nəzarəti altında 10 həftəlik onlayn kursda iştirak etdilər.

Kurs 6 moduldan ibarət idi və AİHM-də işlərə baxılma proseduru və ərizələrin qəbuledilməzliyinin müxtəlif əsaslarına dair mövzuları əhatə edirdi. Bundan əlavə, kurs müddətində iştirakçılara Strasburq Məhkəməsinə əsaslandırılmış ərizələr hazırlamaq üçün formulyarın doldurulması ilə bağlı təlim keçirildi.

Bakı, Azərbaycan 2 avqust 2019
  • Diminuer la taille du texte
  • Augmenter la taille du texte
  • Imprimer la page