Back Azərbaycan dövlət qurumları və vətəndaş cəmiyyəti qadınlara qarşı zorakılıqla mübarizə kampaniyasının strategiyası üzərində birgə işləyir

Azərbaycan dövlət qurumları və vətəndaş cəmiyyəti qadınlara qarşı zorakılıqla mübarizə kampaniyasının strategiyası üzərində birgə işləyir

İyulun əvvəlində qadınlara qarşı zorakılıq və məişət zorakılığı ilə mübarizə sahəsində fəaliyyət göstərən Azərbaycan dövlət qurumları və vətəndaş cəmiyyəti nümayəndələri üçün bacarıqların gücləndirilməsi sessiyaları keçirildi.

Sessiyalarda zorakılığın səbəbləri, qurbanların və zorakılıq törədən şəxslərin tipləri, Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında Avropa Şurası Konvensiyasının (İstanbul Konvensiyası) əsas xüsusiyyətləri haqqında təqdimatlar edildi, eləcə də fəal iştirakı təmin etmək üçün kiçik qrup müzakirələri aparıldı. Sessiyalarda əsas mesajlar, hədəf auditoriya və mesajın ötürülməsi metodları müəyyən olundu və bunlardan 2021-ci ilin noyabrında başlayacaq gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq çərçivəsində kampaniyanın hazırlanmasında istifadə olunacaq.

Sessiyaların iştirakçıları Azərbaycan Respublikasında Məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planına müvafiq olaraq bu kampaniyanın təşkilində icraçı qurumlar olan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Təhsil Nazirliyinin, Səhiyyə Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Ombudsman Aparatının, eləcə də müvafiq vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələrindən ibarət idi.

Bu tədbir Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqı və Avropa Şurasının birgə proqramı olan Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq II (PGGII) çərçivəsində “Azərbaycanda İstanbul Konvensiyası və digər gender bərabərliyi standartlarına dair məlumatlılığın artırılması” fəaliyyəti tərəfindən həyata keçirilir. Digər məqsədlərlə yanaşı birgə fəaliyyət Azərbaycanın dövlət qurumlarına İstanbul Konvensiyasının imzalanması istiqamətində dəstək göstərir.

Layihə haqqında daha ətraflı məlumat üçün layihənin səhifəsinə baxın.

PGGII haqqında daha ətraflı məlumatı PGGII-nin səhifəsindən əldə etmək olar.

Baku 22 July 2021
  • Diminuer la taille du texte
  • Augmenter la taille du texte
  • Imprimer la page