Back Avropa İnsan Hüquqları Məhkəməsinin gender bərabərliyi, qadınlara qarşı zorakılıq, məişət zorakılığı və reproduktiv hüquqlara dair məlumat bülletenlərinin Azərbaycan dilində tərcümələri

Avropa İnsan Hüquqları Məhkəməsinin gender bərabərliyi, qadınlara qarşı zorakılıq, məişət zorakılığı və reproduktiv hüquqlara dair məlumat bülletenlərinin Azərbaycan dilində tərcümələri

Azərbaycanda hüquqi resursları artırmaq məqsədilə Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) Gender bərabərliyi, Qadınlara qarşı zorakılıq, Məişət zorakılığıReproduktiv hüquqlara dair presedent hüququnu ümumiləşdirən dörd məlumat bülleteni Azərbaycan dilinə tərcümə edilmişdir.

Bu məlumat bülletenləri AİHM-in qeyd edilən sahələr üzrə arqumentlərinin qısa xülasəsini təqdim edir və qadınlara qarşı zorakılıq və məişət zorakılığı ilə mübarizədə hakimlərin, prokurorların, hüquq peşəkarlarının, vətəndaş cəmiyyətinin və elmi müəssisələrin işinə dəstək məqsədli faydalı elektron resurslar kimi nəzərdə tutulub.

Bu təşəbbüs “Azərbaycanda qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və onunla mübarizə” layihəsi çərçivəsində Avropa İttifaqı və Avropa Şurasının birgə proqramı olan və birgə maliyyələşdirdiyi “Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq” proqramının tərkib hissəsidir.

Bakı, Azərbaycan 26 iyul 2024-cü il
  • Diminuer la taille du texte
  • Augmenter la taille du texte
  • Imprimer la page