9 yanvar 2024-cü il tarixdə Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası (CEPEJ) “Azərbaycanda mediasiya sistemində məlumatların toplanmasının və rəqəmsallaşdırmanın qiymətləndirilməsinə dair hesabat”ı təqdim etmək və onun əsas tövsiyələrinin həyata keçirilməsini dəstəkləmək üçün gələcək fəaliyyətləri milli tərəfdaşlarla müzakirə etmək məqsədilə Mediasiya Şurasının, Ədliyyə Nazirliyinin və Ədliyyə Akademiyasının nümayəndələri ilə görüş keçirdi.
Hesabat CEPEJ ekspertlərinin 2023-cü ildə Azərbaycana səfərlərinin yekunları əsasında hazırlanıb. Sənəd əsas nəticələri və CEPEJ-in təlimatlarına, o cümlədən Mediasiya üzrə Əsas Fəaliyyət Göstəriciləri üçün Baza Cədvəlinə uyğun olaraq Azərbaycanda mediasiya sistemində məlumatların toplanmasının və rəqəmsallaşdırmanın gələcək inkişafı üçün 22 tövsiyəni əks etdirir. Tövsiyələr mediasiya üçün hüquqi bazanın, monitorinq, qiymətləndirmə, hesabatlılıq və qərarların qəbulu təcrübələrinin təkmilləşdirilməsinə, həmçinin rəqəmsal infrastrukturun yaxşılaşdırılmasına, onlayn mediasiya xidmətlərinin təşviqinə və genişləndirilməsinə yönəlib.
Bu fəaliyyət Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq III (2023-2027) proqramı çərçivəsində Avropa İttifaqı və Avropa Şurası tərəfindən maliyyələşdirilən və Avropa Şurası tərəfindən icra edilən “Azərbaycanda mediasiyanın təşviqi” layihəsi çərçivəsində təşkil edilmişdir.