23-25 iyun 2021-ci il tarixlərində CEPEJ (Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasi) məhkəmə idarəetməsi, xüsusilə də məhkəmə statistikasının toplanması və təhlili, fəaliyyətin qiymətləndirilməsi, ədalət mühakiməsinin keyfiyyətinin ölçülməsi, o cümlədən də məhkəmə işlərinin və zamanın idarəedilməsi mövzuları üzrə təlimçilər üçün videokonfrans formatında təlim sessiyası təşkil etdi.
İştirakçılar hakimlər və məhkəmə sədrləri, məhkəmə işçiləri və Ədliyyə Nazirliyinin və Azərbaycan Respublikası Ədliyyə Akademiyasının nümayəndələri idilər. Təlimçilər üçün təlim proqramını uğurla başa vurduqdan sonra iştirakçılar həmkarları üçün məhkəmə idarəçiliyi ilə bağlı silsilə təlimlərin keçirilməsində iştirak edəcəklər.
Təlim sessiyasında Avropa Şurasının Azərbaycandakı Ofisinin rəhbəri Səfir Zoltan Hernyes və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən cənab Elçin Xələfov və Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin Beynəlxalq Yardım və Əməkdaşlıq üzrə əməkdaşı Məryəm Hacı-İsmayılova giriş nitqi ilə çıxış etdikdən sonra sessiya CEPEJ mütəxəssisləri tərəfindən təqdimat və müzakirələrlə davam etdirilmişdir.
Bu təlim sessiyası Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq II (PGG II) çərçivəsində həyata keçirilən Avropa Şurasının və Avropa İttifaqının birgə maliyyələşdirdiyi və Avropa Şurasının icra etdiyi CEPEJ “Azərbaycanda məhkəmə sisteminin səmərəliliyinin və keyfiyyətinin artırılması” Birgə Layihəsi çərçivəsində təşkil edilmişdir.