Back Azərbaycanın bütün məhkəmələrində CEPEJ alətlərinin yayılmasına dair Yol xəritəsinin icrası üçün Fəaliyyət planının hazırlanması və təqdimatı

Azərbaycanın bütün məhkəmələrində CEPEJ alətlərinin yayılmasına dair Yol xəritəsinin icrası üçün Fəaliyyət planının hazırlanması və təqdimatı

8-10 fevral 2021-ci il tarixlərdə Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) təşkil etdiyi onlayn seminarda Ədliyyə Nazirliyindən, Məhkəmə Hüquq Şurasından, Ədliyyə Akademiyasından, Ali Məhkəmədən və layihənin əvvəlki mərhələsinin pilot məhkəmələrindən 30 nümayəndə pilot məhkəmələrdə tətbiq olunan təcrübəyə və qabaqcıl praktikaya əsaslanaraq, Azərbaycanın bütün məhkəmələrində müvafiq CEPEJ alətlərinin həyata keçirilməsini təmin etmək məqsədilə fəaliyyətləri və bir sıra təşkilati tədbirləri müzakirə etdilər.

Seminarda həmçinin ümummilli səviyyədə məhkəmə məlumatlarının toplanması, hesabatların verilməsi və təhlili, məhkəmə proseslərində vaxtın səmərəli idarə olunması və istifadəçi məmnuniyyəti sorğularının həyata keçirilməsini asanlaşdırmaq üçün addımlar müzakirə edildi.

Yol xəritəsi və Fəaliyyət planı Azərbaycan məhkəmələri tərəfindən tətbiq olunan idarəetmə metodlarının və alətlərinin təkmilləşdirilməsinə, bununla da Azərbaycan Respublikasında ədalət mühakiməsinin müstəqilliyinin və səmərəliliyinin gücləndirilməsinə, eləcə də ədliyyə sisteminə ictimai inamın artırılmasına yönəlib.

Bu fəaliyyət Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq II (PGG II) çərçivəsində həyata keçirilən, Avropa İttifaqı və Avropa Şurası tərəfindən birgə maliyyələşdirilən və Avropa Şurası tərəfindən icra edilən “Azərbaycanda məhkəmə sisteminin səmərəliliyinin və keyfiyyətinin artırılması” CEPEJ əməkdaşlıq layihəsi çərçivəsində təşkil olunub. 

 

Proqram barədə daha ətraflı məlumat

 

Onlayn 8-10 fevral 2021-ci il
  • Diminuer la taille du texte
  • Augmenter la taille du texte
  • Imprimer la page