Back Avropa İnsan Hüquqları Məhkəməsinin Qərarlarının İcrası ilə bağlı elektron kitabxana istifadəyə açıqdır

Avropa İnsan Hüquqları Məhkəməsinin Qərarlarının İcrası ilə bağlı elektron kitabxana istifadəyə açıqdır

Avropa Şurası Nazirlər Komitəsinin bir sıra fundamental tövsiyələri, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrası ilə bağlı tematik bülletenlər və bələdçilər artıq Azərbaycan dilində mövcuddur. Materialların tərcüməsi Avropa Şurasının “Avropa Məhkəməsi qərarlarının Azərbaycan tərəfindən icrasının gücləndirilməsinə dəstək” layihəsi çərçivəsində həyata keçirilib. Aşağıda qeyd olunan sənədlər artıq e-kitabxana platformasında dərc olunub və sözügedən sənədlər ilə Avropa İnsan Hüquqları Məhkəməsinin Qərarlarının İcrası başlığı altında tanış olmaq mümkündür. Onlar həmçinin yuxarıda adıçəkilən Layihənin səhifəsində Layihə sənədləri bölməsində də əks olunmuşdur.

Tərcümə edilmiş Nazirlər Komitəsi tövsiyələrinin siyahısı:

Tərcümə edilmiş Avropa Şurasının bələdçilərinin siyahısı:

Avropa Şurasının Avropa İnsan Hüquqları Məhkəməsinin Qərarlarının İcrası Departamenti tərəfindən hazırlanmış Tematik bülletenlərin Azərbaycan dilinə tərcümə edilmiş siyahısı:

Bu qeyri-rəsmi tərcümələr ingilis dilindəki orijinal mətnin əsasında icra olunmuşdur və fərqlilik təqdirində ingilis versiyasına üstünlük verilməlidir.

 

“Avropa Məhkəməsi qərarlarının Azərbaycan tərəfindən icrasının gücləndirilməsinə dəstək” Layihəsi İnsan hüquqları haqqında Avropa Konvensiyasına uyğun olaraq Azərbaycanda insan hüquq və fundamental azadlıqlarının həyata keçirilməsini gücləndirmək və Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmə qərarlarının vaxtında və səmərəli icrasını təmin etmək məqsədi daşıyır. Layihənin müddəti 21 aydır və 31 may 2024-cü il tarixində başa çatır. Elektron kitabxana platforması layihənin icra müddəti ərzində müntəzəm olaraq yenilənir.

Bakı, Azərbaycan 15 may 2024-cü il
  • Diminuer la taille du texte
  • Augmenter la taille du texte
  • Imprimer la page