Back Müxtəlifliyin və inklüzivliyin təmin edilməsi: Gənc Avropa Səfirləri ilə Bakıda əlaqələndirmə görüşü

Müxtəlifliyin və inklüzivliyin təmin edilməsi: Gənc Avropa Səfirləri ilə Bakıda əlaqələndirmə görüşü

Avropa Şurasının Bakıdakı Ofisinin nümayəndələri bərabərliyin təşviqi və ayrı-seçkilik ilə mübarizə üzrə regional onlayn təlimlərdə, və eləcə də Avropa İttifaqı və Avropa Şurasının birgə proqramı olan "Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq" proqramı çərçivəsində 2024-cü ilin yanvar ayında Budapeştdə keçirilmiş təlimdə iştirak etmiş altı azərbaycanlı Gənc Avropa Səfiri (GAS), tələbələr, gənc mütəxəssislər və vətəndaş cəmiyyəti üzvləri ilə görüş keçirib.

Görüşün məqsədi cari fəaliyyətlərlə bağlı məlumat mübadiləsi, təlim prosesi haqqında rəyin əldə edilməsi, Avropa Şurasının Azərbaycanda həyata keçirdiyi layihələr, o cümlədən "Azərbaycanda bərabərliyin təşviqi" layihəsi və onun gənclərin bərabərlik və dözümlülüyün təşviqində iştirakı ilə bağlı tərkib hissəsi barədə Gənc Avropa Səfirlərini məlumatlandırmaqdan ibarət olub.

Görüşdə bərabərliyin təşviqi və ayrı-seçkilik ilə mübarizə üzrə həmyaşıdları arasında və yerli icmalarda gələcəkdə qarşılıqlı əməkdaşlıq və əlaqələndirməyə dair ideyalar müzakirə edilib. Gənc Avropa Səfirləri Avropa Şurası və Avropa İttifaqının təlim imkanlarının təmin edilməsi istiqamətində birgə həyata keçirdiyi işləri qeyd edərək, tolerantlığın, müxtəlifliyin və inklüzivliyin təmin edilməsinin vacibliyi və faydaları haqqında gənclər və geniş ictimaiyyət arasında məlumatlılığın artırılmasının vacibliyini vurğulayıblar. Bundan başqa, onlar öz iş və fəaliyyətləri vasitəsilə bərabərliyin təşviqi və ayrı-seçkilik ilə mübarizənin daha da təkmilləşdirilməsi üçün potensiallarının daha da artırılmasına, bilik və ideyaların həmyaşıdları və icmaları arasında bölüşməyə böyük maraq göstərdiklərini bir daha vurğuladılar.

Bu tədbir Avropa İttifaqı və Avropa Şurasının birgə maliyyələşdirdiyi və Avropa Şurası tərəfindən həyata keçirilən “Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq” proqramı çərçivəsində, “Azərbaycanda bərabərliyin təşviqi” Layihəsinin bir hissəsidir.

Bakı, Azərbaycan 19 mart 2024-cü il
  • Diminuer la taille du texte
  • Augmenter la taille du texte
  • Imprimer la page