Back Azərbaycanın hüquq mühafizə orqanları üçün Qadınlara qarşı zorakılıq və məişət zorakılığı üzrə HELP kursu

Azərbaycanın hüquq mühafizə orqanları üçün Qadınlara qarşı zorakılıq və məişət zorakılığı üzrə HELP kursu

Hüquq mühafizə orqanlarının qadınlara qarşı zorakılıq və məişət zorakılığı ilə mübarizədə mühüm rolunu nəzərə alaraq, Azərbaycan dilində yeni onlayn Hüquqşünaslar üçün İnsan Hüquqları Tədrisi (HELP) kursu azərbaycanlı professionalları belə hallara səmərəli cavab verə bilmək üçün zəruri olan bilik və bacarıqlarla təmin etmək məqsədi daşıyır.

Kurs müxtəlif formaları və qurbana və cəmiyyətə təsiri də daxil olmaqla, qadınlara qarşı zoraklılq və məişət zorakılığının nəzəri və praktiki aspektlərini üç modulda əhatə edir. Kursda hüquq mühafizə orqanlarının əməkdaşları qadınlara qarşı zorakılıq və məişət zorakılığı hallarına necə tez və səmərəli reaksiya veriləcəyini, qurban və zorakılıq törədən şəxslərin dindirilməsi texnikalarını, eləcə də bu hallara ilk reaksiya verənlər və müstəntiqlər tərəfindən həyata keçirilən praktiki addımları öyrənəcəklər.

Bu kurs sosial işçilər və səhiyyə işçiləri, vətəndaş cəmiyyəti təşkilatları, tələbələr və digər hədəf qrupları kimi müvafiq professionallar üçün də faydalı ola bilər. 

Qadınlara qarşı  zorakılıq və məişət zorakılığı ilə mübarizədə dəyərli resurs olan bu kursa onlayn HELP Platformasından daxil ola bilərsiniz.

Kursun Azərbaycanca adaptasiyası “Azərbaycanda qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və onunla mübarizə” layihəsi çərçivəsində Avropa İttifaqı və Avropa Şurasının birgə proqramı olan və birgə maliyyələşdirdiyi, Avropa Şurası tərəfindən həyata keçirilən “Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq” proqramının tərkib hissəsidir.

Bakı, Azərbaycan 25 aprel 2024
  • Diminuer la taille du texte
  • Augmenter la taille du texte
  • Imprimer la page