Back İnsan Hüquqları, Kamera, Hərəkət! - Avropa Şurası gənc avropalılar üçün foto və video müsabiqəsi elan edir.

İnsan Hüquqları, Kamera, Hərəkət! - Avropa Şurası gənc avropalılar üçün foto və video müsabiqəsi elan edir.

75 illik yubileyi qeyd etmək və Avropa Şurasının rolu və təsiri haqqında məlumatlılığı artırmaq üçün Baş katibin müavini Byorn Berge “İnsan Hüquqları, Kamera, Hərəkət!” adlı foto və video müsabiqəsinə start verib. Bu müsabiqənin hədəf qrupu gənclərdir, belə ki, onları smartfon və ya rəqəmsal kameralarından istifadə etməklə fotoşəkil və ya qısa video vasitəsilə Avropada insan hüquqlarına dair yaradıcı baxışı çatdırmağa dəvət edir.

Müsabiqənin qaliblərinə Strasburqa maliyyələşdirilən səyahət təklif olunacaq. Onların qalib işləri Avropa Şurasının mənzil-qərargahında sərgilənəcək və təşkilatın internet səhifələrində və sosial media hesablarında paylaşılacaq. İştirakçılar fundamental hüquqların gündəlik həyatlarında yerini, insan hüquqlarını və ya insan hüquqlarının müdafiəsini necə qəbul etdiklərini və ya Avropada insan hüquqlarının gələcəyini necə gördüklərini nümayiş etdirməlidirlər.

Baş katibin müavini onlayn təqdimat videosunda deyib:

“Bu gün dünyada bu qədər çox problem var, biz insan hüquqlarının sizin üçün nə demək olduğunu bilmək və bu hüquqlara sizin gözlərinizlə baxmaq istəyirik. Dörd kateqoriyadan hər hansı birində insan hüquqları ilə bağlı baxışınızı bu gün bizə göndərin: fotoşəkillər, videolar, süni intellekt tərəfindən yaradılan fotoşəkillər və ya süni intellekt tərəfindən yaradılan videolar. Yaradıcı olun və uğurlar!”.

Müsabiqə Litvanın Nazirlər Komitəsinin qarşıdan gələn sədirliyinin himayəsi altında (2024-cü ilin may-noyabr ayları) təşkil olunur və qaliblər 2024-cü ilin payızında elan olunacaq.

Müsabiqəqaydalar haqqında ətraflı oxuyun.

Önəmli tarixlər:

• 14 may – 14 iyul 2024: İnstaqramda iştirakçılar tərəfindən işlərin təqdim edilməsi;

• 15 iyul – oktyabr 2024: qalib işlərin seçilməsi; qaliblərlə əlaqə saxlanması;

• 6-8 noyabr 2024-cü il: qaliblər Ümumdünya Demokratiya Forumunun çərçivəsində seçilən foto və videoların elanı və sərgisi üçün Stasburqa səfər edəcəklər.

Müsabiqə Strasburqda keçirilən “Sabaha inam: Demokratiya və insan hüquqlarını gənclərlə birgə paylaşmaq və formalaşdırmaq” adlı beynəlxalq gənclər tədbirində başlayıb.

Strasburq, Fransa 13 iyun 2024-cü il
  • Diminuer la taille du texte
  • Augmenter la taille du texte
  • Imprimer la page