Back “Avropa İnsan Hüquqları Konvensiyası və Azərbaycan: nailiyyətlər və perspektivlər” mövzusunda beynəlxalq konfrans

“Avropa İnsan Hüquqları Konvensiyası və Azərbaycan: nailiyyətlər və perspektivlər” mövzusunda beynəlxalq konfrans

Noyabrın 17-də Bakıda Avropa Şurasının Bakı Ofisi və Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin birgə təşkilatçılığı ilə “Avropa İnsan Hüquqları Konvensiyası və Azərbaycan: nailiyyətlər və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfrans Avropa İnsan Hüquqları Konvensiyasının qüvvəyə minməsinin 70 illiyinə həsr olunub.

Avropa Şurasının, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinin, Azərbaycan Ədliyyə Nazirliyinin, Bakı Dövlət Universitetinin yüksək səviyyəli nümayəndələri, eləcə də digər maraqlı tərəflər insan hüquqları və azadlıqların müdafiəsində və ümumilikdə beynəlxalq hüquq sistemində Avropa Konvensiyasının rolunu müzakirə ediblər.

Bakı, Azərbaycan 20 noyabr 2023-cü il
  • Diminuer la taille du texte
  • Augmenter la taille du texte
  • Imprimer la page