Back Bakıda hüquq professionalları məişət zorakılığına sıfır dözümlülüyü təşviq edir

Bakıda hüquq professionalları məişət zorakılığına sıfır dözümlülüyü təşviq edir

Azərbaycanda 25 hüquq professionalı Bakıda  9 dekabr 2023-cü il tarixində “Cəmiyyətdə məişət zorakılğına sıfır dözümlülük” kafe müzakirəsinə toplaşdı. Bu tədbir hər il 25 noyabrdan 10 dekabra qədər davam edən “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” çərçivəsində həyata keçirilirdi.

Tədbirin məqsədi qadınlara qarşı zorakılıq və məişət zorakılığı ilə mübarizə sahəsində beynəlxalq standartların tətbiqinə dair hakimlər, hüquqşünaslar, Vəkillər Kollegiyasının üzvləri və hüquq tələbələri arasında qeyri-formal müzakirələrə şərait yaratmaq idi. Tədbir ərzində pozitiv və səmimi atmosferdə, peşəkar mövqeyindən asılı olmayaraq bütün iştirakçılar fikirlərini ifadə etməkdə və təcrübələrini paylaşmaqda bərabər hiss etdilər.

Ceyhun Qaracayev, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi, qadınlara qarşı zorakılıq və məişət zorakılığı sahəsində beynəlxalq standartlara dair təqdimat etdi. O, belə zorakılığın qarşısının alınması və onunla mübarizə aparmaq üçün hüquq professionallarının gündəlik işində bu standartları necə tətbiq edə biləcəyinə dair praktik nümunlər də irəli sürdü.

Fariz Namazlı, Vəkillər Kollegiyasınn üzvü, tədbirin əhəmiyyətini vurğulayaraq qeyd etdi ki, "məişət zorakılığı ilə mübarizə sahəsində geniş təcrübəsi olan və Azərbaycanda Məişət zorakılığının qarşısının alınması haqqında qanunun hazırlanmasında və qəbulunda iştirak etmiş Ceyhun Qaracayevi dinləmək və onunla fikir mübdiləsi aparmaq çox faydalı oldu."

Bu tədbir Avropa İttifaqı və Avropa Şurasının birgə proqramı olan və birgə maliyyələşdirdiyi, “Azərbaycanda qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və onunla mübarizə” layihəsi çərçivəsində Avropa Şurası tərəfindən həyata keçirilən “Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq” proqramının tərkib hissəsidir.

Tədbirdən daha çox şəkillərə bu linkdə baxmaq olar -  “Gender əsaslı zorakılığa qarşı... - Council of Europe Office in Baku | Facebook

 

Bakı, Azərbaycan 14 dekabr 2023-cü il
  • Diminuer la taille du texte
  • Augmenter la taille du texte
  • Imprimer la page