Back Azərbaycanda qadınlara qarşı zorakılıq, məişət zorakılığı və gender bərabərliyi sahəsində tvinninq metodologiyası təqdim olundu

Azərbaycanda qadınlara qarşı zorakılıq, məişət zorakılığı və gender bərabərliyi sahəsində tvinninq metodologiyası təqdim olundu

31 may 2021-ci Il tarixində Azərbaycanlı tərəfdaşlar Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında Avropa Şurası Konvensiyasının (İstanbul Konvensiyasının) standartlarına əsaslanan qadınlara qarşı zorakılıq, məişət zorakılığı və gender bərabərliyi sahəsində tvinninq metodologiyasına dair onlayn pilot sessiyada iştirak etdi. Tvinninq ölkələr və qurumlar arasında öyrənmə metodu kimi kolleqa mübadiləsinin təşviqi üçün vasitədir.

Azərbaycanlı tərəfdaşları Ədliyyə Naziriliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Ombudsman Aparatının nümayəndələri təmsil edirdi. İnteraktiv metodlar vasitəsi ilə iştirakçılara tvinninq prosesinin müxtəlif mərhələləri təqdim olundu və tvinninq təşəbüslərinin implementasiyasında çətinliklər və qabaqçıl təcrübələrə dair fikir mübadiləsi aparıldı.

Bu tədbir Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqı və Avropa Şurasının birgə proqramı olan Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq II (PGGII) çərçivəsində “Azərbaycanda İstanbul Konvensiyası və digər gender bərabərliyi standartlarına dair məlumatlılığın artırılması” fəaliyyəti tərəfindən həyata keçirilir. Digər məqsədlərlə yanaşı birgə fəaliyyət Azərbaycanın dövlət qurumlarına İstanbul Konvensiyasının imzalanması istiqamətində dəstək göstərir.

Layihə haqqında daha ətraflı məlumat üçün layihənin səhifəsinə baxın.

PGGII haqqında daha ətraflı məlumatı PGGII-nin səhifəsindən əldə etmək olar.

Bakı, Azərbaycan 10 iyun 2021-ci il
  • Diminuer la taille du texte
  • Augmenter la taille du texte
  • Imprimer la page