Back Azərbaycanda məhkəmə islahatlarının effektini nümayiş etdirə bilən indikatorları müəyyənləşdirmək və nəticələrini izləmək üçün məsləhətləşmələrin nəticələrinə dair təqdimat

Azərbaycanda məhkəmə islahatlarının effektini nümayiş etdirə bilən indikatorları müəyyənləşdirmək və nəticələrini izləmək üçün məsləhətləşmələrin nəticələrinə dair təqdimat

15 mart 2022-ci il tarixində CEPEJ "Azərbaycanda məhkəmə islahatlarının effektini nümayiş etdirə bilən indikatorları müəyyənləşdirmək və nəticələrini izləmək üçün məsləhətləşmələrə dair" hesabatın təqdimatını təşkil etdi. CEPEJ-in iki eksperti Nino Bakakuri (Gürcüstan) və Rado Brezovar (Sloveniya) tərəfindən hazırlanmış bu hesabat Ədliyyə Nazirliyi, Məhkəmə Hüquq Şurası, Ali Məhkəmə və Ədliyyə Akademiyasının nümayəndələri ilə müzakirə olundu. Təklif olunan keyfiyyət, səmərəlilik, şəffaflıq və istifadəçi məmnunluğu göstəriciləri Azərbaycan hakimiyyət orqanlarına məhkəmə islahatlarının milli səviyyədə və ayrı-ayrı məhkəmələr səviyyəsində effektinin monitorinqi üçün vahid yanaşma tətbiq etməyə imkan verəcək.

Bu fəaliyyət Avropa İttifaqı və Avropa Şurasının "Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq II" proqramı üzrə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Avropa Şurası tərəfindən icra edilən "Azərbaycanda məhkəmə sisteminin səmərəliliyinin və keyfiyyətinin artırılması" layihəsi çərçivəsində həyata keçirilmişdir.

Council of Europe Office in Baku Baku 29 March 2022
  • Diminuer la taille du texte
  • Augmenter la taille du texte
  • Imprimer la page