Back Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriçin Beynəlxalq Qadınlar Günü münasibətilə bəyanatı

Süni intellekt – Bərabərlik boşluğunun aradan qaldırılması
Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriçin Beynəlxalq Qadınlar Günü münasibətilə bəyanatı

Süni intellekt yaşadığımız dünyanı – iş perspektivlərimizi, sağlamlıqla bağlı nəticələrimizi,  fayda və xidmətlərə çıxışımızı getdikcə daha çox formalaşdırır. Süni intellektin təsirinə məruz qalan sahələrin siyahısı genişdir və getdikcə artır. Bərabərsizlikləri, o cümlədən gender bərabərsizliyini aradan qaldırmaq və ayrı-seçkiliyin qarşısını almaq üçün süni intellekt potensialından necə istifadə etməyi öyrənməsək, o, bərabərsizliyin kökünü salan, onu əbədiləşdirən və gücləndirən bir qüvvəyə çevrilə bilər. Avropa Şurasının son araşdırması alqoritmik sistemlərin inkişafında ayrı-seçkiliyin yaranmasının qarşısını almaq üçün mövcud mexanizmlərdə çatışmazlıqları vurğulamışdır. O, süni intellektin həyat dövrü boyunca bərabərliyi və insan hüquqlarına təsirin qiymətləndirilməsi ehtiyacını təşviq etmək üçün texnologiyadan istifadə etməyin yollarını müəyyən edir.

“Biz süni intellekt sistemlərinin təsiri, onların bərabərliyi, o cümlədən gender bərabərliyini təşviq etmək potensialı və ayrı-seçkiliklə bağlı səbəb ola biləcəyi risklərlə bağlı məcburi olmayan alət vasitəsilə hökumətlərə zəruri təlimat vermək üçün işə başlamışıq. Bu iş insan hüquqlarına, qanunun aliliyinə və demokratiyaya əsaslanan süni intellektlərin tətbiqi üzrə qlobal razılaşma istiqamətində Avropa Şurasının hazırda davam edən danışıqlarını tamamlayır.

Süni intellektin həyatımızda artan əhəmiyyətini nəzərə alsaq, biz bu il Beynəlxalq Qadınlar Gününü qərəzliyi müəyyən etmək və gender bərabərsizliyini həll etmək üçün süni intellektin gücünü istiqamətləndirmək çağırışı ilə qeyd edirik. Bu yolda çətinliklər olacaq, amma mövcud olan risklər o deməkdir ki, biz buna tab gətirməliyik. Süni intellekt sistemlərində qərəzliliyin qarşısını almaq üçün daha gender bərabərliyi olan və daha müxtəlif işçi qüvvəsinə ehtiyac var. Mən elm, texnologuya, mühəndislik və riyaziyyat sahələrində daha çox müxtəlifliyi təmin edərək, Avropada daha inklüziv rəqəmsal bacarıqların təhsili və təliminə çağırıram.

Yeni texnologiyaların, o cümlədən süni intellektin yaratdığı problemlərin həlli Avropa Şurası tərəfindən elə bu həftə qəbul edilmiş 2024-2029-cu illər üçün yeni Gender Bərabərliyi Strategiyasının prioritet istiqamətlərindən biridir. Yeni Strategiya üzv dövlətlərin hamı üçün gender-bərabərliyi olan Avropaya nail olmaq üçün yüksək səviyyəli öhdəliklərini bir daha təkrarlayır. Süni intellekt sistemlərinin təkamülünü nəzərə alaraq, bərabərlik boşluğunu aradan qaldırmaq üçün səylərimizi artırmalıyıq.”

Strasburq, Fransa 7 mart 2024-cü il
  • Diminuer la taille du texte
  • Augmenter la taille du texte
  • Imprimer la page