Back CEPEJ Azərbaycanda məhkəmə statistikasının toplanması və təhlili üzrə iki onlayn kaskad təlim sessiyası təşkil etdi

CEPEJ Azərbaycanda məhkəmə statistikasının toplanması və təhlili üzrə iki onlayn kaskad təlim sessiyası təşkil etdi

3 və 17 iyun 2022-ci il tarixlərində Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası (CEPEJ) Azərbaycan Ədliyyə Akademiyası ilə əməkdaşlıq çərçivəsində CEPEJ tərəfindən hazırlanmış alətlər və təlimatlar əsasında məhkəmələrin səmərəliliyinin və keyfiyyətinin artırılmasına dair iki onlayn təlim sessiyası təşkil etmişdir.

Bu təlimlər 2021-ci ilin iyununda CEPEJ tərəfindən keçirilmiş təlimçilər üçün təlimi başa vurmuş üç yerli təlimçinin iştirakı ilə təqdimatlar və praktiki işlərin müzakirəsi vasitəsilə məhkəmə statistikası, məlumatların (o cümlədən fəaliyyət göstəricilərinin) təhlili həmçinin məlumatların toplanması və hesabatlılıq üzrə bilikləri dərinləşdirmək məqsədi daşıyırdı. Təlimlərdə Azərbaycanın məhkəmə sədrləri, hakimlər, məhkəmə işçiləri, hüquq məsləhətçiləri və hakim köməkçiləri iştirak etmişlər.

Məlumatların toplanmasının birinci mərhələsinin ardınca Şərq Tərəfdaşlığının Məhkəmə məlumatları paneli (“Justice Dashboard EaP”) regional layihəsinin icrasına cavabdeh olan CEPEJ Katibliyi Azərbaycanda CEPEJ standartları və alətlərinə uyğun olaraq məhkəmə məlumatlarının toplanması, emalı və təhlili mexanizminin təkmilləşdirilməsi yolları haqqında iştirakçıları məlumatlandırmışdır.  Bu münasibətlə onlar, həmçinin CEPEJ tərəfindən məhkəmə sistemlərinin qiymətləndirilməsinin iki illik qiymətləndirmə dövrü və CEPEJ-STAT dinamik məlumat bazasını təqdim emişlər.

Bu fəaliyyət Avropa İttifaqı və Avropa Şurasının "Yaxşı idarəçilik naminə tərəfdaşlıq II" birgə proqramı çərçivəsində Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Avropa Şurası tərəfindən icra edilən "Azərbaycanda məhkəmə sisteminin səmərəliliyinin və keyfiyyətinin artırılması" layihəsi çərçivəsində, həmçinin Avropa İttifaqı ilə Avropa Şurası tərəfindən birgə maliyyələşdirilən və Avropa Şurasının həyata keçirdiyi “Şərq Tərəfdaşlığında məhkəmə-hüquq islahatları səylərinin nəticələrinin daha yaxşı qiymətləndirilməsinə dəstək” (“Justice Dashboard EaP”) birgə proqramının dəstəyi ilə  həyata keçirilmişdir.

Azerbaijan 3 and 17 June 2022
  • Diminuer la taille du texte
  • Augmenter la taille du texte
  • Imprimer la page