Back Azərbaycanda benefisiar mülkiyyətçiliyin şəffafliği üzrə çərçivənin təkmilləşdirilməsinə doğru

Azərbaycanda benefisiar mülkiyyətçiliyin şəffafliği üzrə çərçivənin təkmilləşdirilməsinə doğru

Azərbaycanda çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq II Layihəsi çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair milli qanunvericiliyin beynəlxalq standartlara və ən yaxşı təcrübələrə uyğunlaşdırılması sahəsində dövlət qurumlarının səylərinə dəstək verməyə davam edir. Hər hansı bir əmlakın və ya aktivlərin benefisiar mülkiyyətçisinin sistematik şəkildə müəyyənləşdirilməsini təmin edən gücləndirilmiş tədbirlər bu tələblərin və eyni zamanda Layihənin məqsədlərinin bir hissəsidir.

2020-ci ilin dekabr ayında Azərbaycanın benefisiar mülkiyyətçilik çərçivəsinə dair ilkin məsləhətləşmə görüşündən sonra Layihə bu sahə üzrə tövsiyələrin əks olunduğu hüquqi rəy hazırlamışdır. Benefisiar mülkiyyətçilik haqqında qanunvericilik bazası ilə bağlı hüquqi rəydə əksini tapmış fikir və tövsiyələri daha ətraflı müzakirə etmək məqsədi ilə 3 fevral 2021-ci il tarixində Maliyyə Monitorinqi Xidməti, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Mərkəzi Bankın nümayəndələri ilə ikinci məsləhətləşmə görüşü təşkil edilmişdir. Effektiv benefisiar mülkiyyətçilik (BM) strukturu və uğurlu nümunələr, həmçinin benefisiar mülkiyyətçi haqqında məlumatların açıqlanması üzrə milli çərçivə hazırlanarkən nəzərə alınmalı bir sıra əsas məqamlar dövlət qurumlarına təqdim edilmişdir.  

Təqdimatdan sonra, mövcud müvafiq qanunvericiliyə dəyişiklik layihələrində çatışmayan bütün əsas elementləri araşdırmaq və dövlət qurumları tərəfindən qaranlıq qalan məqamlara aydınlıq gətirmək məqsədilə hər müddəa üzrə dərin müzakirələr aparılmışdır. Xüsusi terminologiya üzrə anlayışların tərifləri (trest fondları, hüquqi müxanizmlər və digər anlayışlar), BM reyestrinin yaradılması və BM haqqında məlumatların toplanması, BM-in eyniləşdirilməsi və verifikasiyası üçün praktik üsullar, zəruri yoxlamalar, uyğunluq və effektivlik kimi vacib məqamlar haqqında videokonfrans formatında aktiv və məhsuldar müzakirələr aparılmışdır. Bu müzakirələri nəzərə alaraq, yekun hüquqi rəy mühüm məqamları özündə əks etdirəcəkdir. Belə ki, məqsəd iqtisadi cinayətlərə qarşı qlobal mubarizə çərçivəsində beynəlxalq aləmdə əhəmiyyəti artmaqda olan benefisiar mülkiyyətçilik üzrə müvafiq standartlara və tədbirlərə cavab verilməsi istiqamətində hökumətin səylərini gücləndirməkdir.  

Tədbir Avropa İttifaqı və Avropa Şurası tərəfindən birgə maliyyələşdirilən və Avropa Şurası tərəfindən icra edilən Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq proqramının ikinci mərhələsi (YİT II-AZ) çərçivəsində “Azərbaycanda çirkli pulların yuyulmasına qarşı mübarizənin və aktivlərin bərpası sahəsində fəaliyyətin gücləndirilməsi” Layihəsi çərçivəsində təşkil olunmuşdur.

Videokonfrans 3 fevral 2021-ci il
  • Diminuer la taille du texte
  • Augmenter la taille du texte
  • Imprimer la page