Back 15 və 18 dekabr 2023-cü il tarixlərində işçi qrupun və alt işçi qruplarının Avropa İnsan Hüquqları Məhkəməsinin qətnamə və qərarlarının Azərbaycan Respublikası tərəfindən icra olunması üzrə Milli İcra Strategiyası və Fəaliyyət Planı mövzusunda iclasları keçirilmişdir

15 və 18 dekabr 2023-cü il tarixlərində işçi qrupun və alt işçi qruplarının Avropa İnsan Hüquqları Məhkəməsinin qətnamə və qərarlarının Azərbaycan Respublikası tərəfindən icra olunması üzrə Milli İcra Strategiyası və Fəaliyyət Planı mövzusunda iclasları keçirilmişdir

15 dekabr 2023-cü il tarixində Avropa İnsan Hüquqları Məhkəməsinin qətnamə və qərarlarının Azərbaycan Respublikası tərəfindən icra olunması üzrə Milli İcra Strategiyası və Fəaliyyət Planının hazırlanmasına dair Bakı şəhərində işçi qrupunun ikinci iclası keçirilmişdir. İclasın sonunda Milli Strategiya qəbul edilmişdir və layihə məsləhətçiləri tərəfindən iclas zamanı qeyd olunan təkliflər və müzakirələr Fəaliyyət Planına daxil edilərək yekunlaşdırılacaq və maraqlı tərəflərin qəbulu üçün təqdim olunacaqdır.

İşçi qrupunun iclasının davamı olaraq icrası gözlənilən işlərə, AİHM qərarlarının icrasında funksional qurumlararası əlaqələndirmə mexanizminin inkişafına xüsusi diqqət yetirilməklə qurumlararası əlaqələndirmə və insan hüquqları konsepsiyalarının tətbiqində ədliyyə maraqlı tərəflərinin analitik bacarıqlarının artırılmasına diqqət yetirməklə analitik şöbələrin funksiyalarına və strukturlarına dair ayrı-ayrılıqda üç alt işçi qrupunun iclası təşkil edilmişdir. Alt-işçi qruplarının iclasları zamanı Fəaliyyət Planı üzrə tədbirlərin icrası ilə bağlı əlavə müzakirələr aparılmış və digər Avropa şurası üzv dövlətlərinin müqayisəli yanaşmasına xüsusi diqqət yetirilmişdir.

Hibrid formatda keçirilən hər iki iclasda layihə tərəfdaşlarının nümayəndələri olan Avropa İnsan Hüquqları Məhkəməsinin Qərarlarının İcrası Departamenti, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), Azərbaycan Respublikasının Baş Prokurorluğu, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Ədliyyə Akademiyası, “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi”, “Hüquq və İnsan Haqları İnstitutu”, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası iştirak etmişdir.

İclaslar Avropa Şurasının “Avropa Məhkəməsi qərarlarının Azərbaycan tərəfindən icrasının gücləndirilməsinə dəstək” layihəsi çərçivəsində təşkil olunub.

Bakı, Azərbaycan 21 dekabr 2023-cü il
  • Diminuer la taille du texte
  • Augmenter la taille du texte
  • Imprimer la page