Back Azərbaycanda İstanbul Konvensiyası və digər gender bərabərliyi standartlarına dair məlumatlılığın artırılması üzrə nəticələrin ümumiləşdirilməsi

Azərbaycanda İstanbul Konvensiyası və digər gender bərabərliyi standartlarına dair məlumatlılığın artırılması üzrə nəticələrin ümumiləşdirilməsi

20 sentyabrda “Azərbaycanda İstanbul Konvensiyası və digər gender bərabərliyi standartlarına dair məlumatlılığın artırılması” layihəsinin İdarə Heyətinin onlayn iclası keçirildi. Layihənin İdarə Heyətinin iclası zamanı tərəfdaşlar və müşahidəçilər layihənin icrası haqqında məlumatlandırıldılar, bugünə qədər əldə olunan nəticələri müzakirə etdilər və planlaşdırılan tədbirlərin təxmini təqvimi ilə tanış oldular.

İdarə heyətinin nəzərinə çatdırıldı ki, 2021-ci fevralında keçirilən son iclasdan sonra dövlət qurumları, vətəndaş cəmiyyəti və hüquqşünaslar üçün faydalı olacaq bir sıra əsas Avropa Şurası sənədləri tərcümə edilmiş, qadınlara qarşı zorakılıq və məişət zorakılığına qarşı mübarizə və İstanbul Konvensiyasına dair tədbirlərdə 166 nəfər iştirak etmiş, 500 nəfər isə sosial media vasitəsi ilə layihənin fəaliyyətinə cəlb olunmuşdur. Təqdimatdan sonra tərəfdaşlar layihənin məqsədlərinə daha yaxşı nail olmaq üçün fikirlər irəli sürdülər və müzakirə etdilər.

Layihənin İdarə Heyəti Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ədliyyə Nazirliyi, Ədliyyə Akademiyası, İnsan Hüquqları üzrə Müvəkkilinin aparatı, Bakı Dövlət Universitetinin Hüquq fakültəsi, eləcə də Avropa İttifaqının Azərbaycanda Nümayəndəliyindən ibarətdir. Vətəndaş cəmiyyəti nümayəndələri İdarə Heyətinin iclasında müşahidəçi kimi iştirak edirlər. İdarə Heyəti layihənin icrasını izləyir, layihə əməkdaşlarına qadına qarşı zorakılıq və məişət zorakılığına qarşı mübarizə sahəsində səylərini gücləndirmək və nəticə əldə etmək üçün dəstək verir.

 

Bu tədbir Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqı və Avropa Şurasının birgə proqramı olan Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq II (PGGII) çərçivəsində “Azərbaycanda İstanbul Konvensiyası və digər gender bərabərliyi standartlarına dair məlumatlılığın artırılması” fəaliyyəti tərəfindən həyata keçirilir. Digər məqsədlərlə yanaşı birgə fəaliyyət Azərbaycanın dövlət qurumlarına İstanbul Konvensiyasının imzalanması istiqamətində dəstək göstərir.

Layihə haqqında daha ətraflı məlumat üçün layihənin səhifəsinə baxın.

PGGII haqqında daha ətraflı məlumatı PGGII-nin səhifəsindən əldə etmək olar.

Bakı, Azərbaycan 4 oktyabr 2021-ci il
  • Diminuer la taille du texte
  • Augmenter la taille du texte
  • Imprimer la page