Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq haqqında

Avropa İttifaqı və Avropa Şurası Avropada və onun qonşuluğunda qanunun aliliyi, insan hüquqları və əsas azadlıqlar, plüralist demokratiya kimi ümumi dəyərləri təşviq etmək üçün birgə işləyir.

2014-cü ildə Avropa İttifaqı və Avropa Şurası ümumi təşəbbüs irəli sürdülər: Şərq Tərəfdaşlığı ölkələri üçün Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq (PGG) proqramı Şərq Tərəfdaşlığı ölkələrinin ədalət mühakiməsini gücləndirmək, iqtisadi cinayətlərə qarşı mübarizə aparmaq, bərabərlik və ayrı-seçkiliyə yol verməmək, qadınların ədalət mühakiməsinə çıxış imkanlarını artırmaq və qadınlara qarşı zorakılıqla mübarizə aparmaq üçün həyata keçirilən daxili islahatları dəstəkləyir.

PGG Avropa İttifaqı və milli maraqlı tərəflərlə sıx məsləhətləşmələr əsasında, Avropa Şurasının ölkə üzrə xüsusi Fəaliyyət Planlarına və Avropa İttifaqının Şərq Tərəfdaşlığı regionu üçün prioritetlərinə uyğun olaraq tərtib edilmişdir. Onun üç ardıcıl mərhələsi var: PGG I (2015-2018), PGG II (2019-2022), PGG III (2023-2027).

Avropa İttifaqına üzvlük gündəliyində irəliləyiş Ukrayna və Moldova Respublikası üçün, eləcə də Gürcüstan üçün təkmilləşdirilmiş Avropa perspektivləri diqqət mərkəzindədir. “Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq” proqramı həmçinin Ermənistan və Azərbaycana dəstəyini davam etdirəcək və həmçinin Belarus demokratik qüvvələri və vətəndaş cəmiyyəti ilə əməkdaşlığı dəstəkləməyi nəzərdə tutulub.

İKİTƏRƏFLİ LAYİHƏLƏR

Azərbaycanda mediasiyanın təşviqi

 Web səhifə   Məlumat vərəqəsi

Azərbaycanda qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və onunla mübarizə

 Web səhifə   Məlumat vərəqəsi

Azərbaycanda iqtisadi cinayətlərin qarşısının alınması və onunla mübarizə

 Web səhifə  Məlumat vərəqəsi

Azərbaycanda bərbərliyin təşviqi

 Web page  Məlumat vərəqəsi English | Azerbaijani

 

REGİONAL LAYİHƏLƏR

Bərabərliyin və ayrı-seçkiliyin təşviqi: daha möhkəm və inklüziv cəmiyyətlərə doğru

 Məlumat vərəqəsi

Şərq Tərəfdaşlığı regionunda iqtisadi cinayətlərin qarşısının alınması və onunla mübarizə tədbirlərinin gücləndirilməsi

 Məlumat vərəqəsi

Qadınların ədalət mühakiməsinə çıxışı: Gender bərabərliyi və qadınlara qarşı zorakılığın qarşısının alınmasında Avropa Şurasının standartlarının həyata keçirilməsi

  Məlumat vərəqəsi

While the Partnership for Good Governance does not include activities with the participation of the Belarusian authorities, in line with the EU policy of non-engagement with Belarusian public bodies and state-owned enterprises enshrined in the EU Council Conclusions of October 2020, activities may be organised with the representatives of Belarusian civil society and democratic actors as appropriate, in line with the European Council Conclusions of February 2022 and the Decision of the Council of Europe Ministers’ Deputies of March 2022.