Image: Theme 'Citizenship and Participation' by Pancho

Vətəndaşlıq nədir?

Tarix boyunca dünyanın müxtəlif ölkələrinə, tarixlərinə, cəmiyyətlərinə, mədəniyyətlərinə və ideologiyalara uyğun olaraq vətəndaşlığa yanaşmalar və ənənələr dəyişir və vətəndaşlıq anlayışı da müxtəlif formalarda başa düşülür.

Yaxşı vətəndaş olmaq və yaxşı insan olmaq həmişə eyni deyil.
Aristotel

Vətəndaşlığın mənşəyi qədim Yunanıstan ilə əlaqəlidir, o zaman "vətəndaş"lar dövlətin işlərində iştirak etmək hüququ olan şəxsl ər idi. Ancaq hər bir kəs vətəndaş sayılmırdı: köl ələr, kəndlilər, qadınlar və ya rezident əcnəbilər yalnız subyektlər idi. Vətəndaş statusuna sahib olan şəxslər üçün iştirak hüququ yalnız bir haqq deyil, həm də ilk növbədə bir vəzifə hesab edildikdən sonra "ləyaqətli vətəndaş" və ya "yaxşı" vətəndaş ideyası bu konsepsiyanın mühüm tərkib hissəsi olmuşdu. Öz vəzifələrini yerinə yetirməyən hər bir vətəndaş cəmiyyət qaydalarını pozmuş hesab edilirdi.

Vətəndaşlıq siyasi və    tarixi kontekstləri özündə birləşdirməli olan kompleks və çoxölçülü bir reallıqdır…
Demokratik vətəndaşlıq, demokratik bir cəmiyyətdə çoxlu vətəndaşları olan xüsusilə də hüquq və vəzifələri olan bir sistemdə fərdi şəxslər tərəfindən fəal iştiraka aid edilir.
Avropa Şurasının Demokratik Vətəndaşlıq Proqramı üzrə Təhsilə dair Məsləhətləşmə Görüşü, 1996

Vətəndaşlıq konsepti günümüzün ən geniş yayılmış vətəndaşlıq anlayışında da əks olunmuşdur, bu anlayış fərd və dövlət arasındakı hüquqi əlaqə ilə bağlıdır. Dünyadakı bir çox insanlar bir və ya başqa bir milli dövlə tin qanuni vətəndaşlarıdırlar və bu onlara müəyyən imtiyazlara və ya hüquqlara sahib olmaq haqqı verir. Vətəndaş olmaq da həmçinin dövlətin yurisdiksiyasına uyğun olaraq ondan gözlənilən müəyyən vəzifələrin icrasını qarşıya qoyur. Beləliklə, vətəndaşlar da öz dövlətləri üçün müəyyən öhdəliklər yerinə yetirirlər və bunun qarşılığında mühüm maraqlarının qorunmasını dövlətdən gözləyə bilərlər.

Ancaq vətəndaşlıq konsepsiyası qanuni vətəndaşlıq anlayışından daha çox məna daşıyır. Buna baxmayaraq, vətəndaşlıq anlayışı hüquqi vətəndaşlıqdan daha çox mənalara malikdir. Hazırda “vətəndaşlıq” hüquqi anlayışdan daha geniş məna kəsb edir və - digərləri ilə yanaşı – şəxsin özünü aid hiss etməsi ilə əlaqədardır, məsələn, özünü formalaşdıra və birbaşa təsir göstərə biləcəyin cəmiyyətə aid hiss etmək.

Belə bir cəmiyyət bir sıra elementlər vasitəsil ə, məsələn, ümumi əxlaq norması, identik hüquq və öhdəlikl ər dəsti, ortaq mədəniyyətə sadiqlik və ya identiklik hissi kimi vasitələr ilə müəyyən edilə bilər. Coğrafi baxımdan “cəmiyyət” adətən bir-birindən fərqlənən iki səviyyədə müəyyən olunur – şəxslərin yaşadığı yerli cəmiyyətlər və şəxslərin aid olduğu dövlətlər.

Biz şəxslər və cəmiyyət arasındakı əlaqəni cəmiyyətdə qəbul edilə bilən və mövcud olması vacib hesab edilən dörd ölçü üzrə alt sistemlərdə qruplaşdıra bilərik: siyasi / hüquqi ölçü, sosial ölçü, mədəni ölçü və iqtisadi ölçü.1Image: Dimensions of citizenship

Vətəndaşlığın siyasi ölçüsü siyasi hüquqlara və siyasi sistemlə əlaqəli öhdəliklərə aid edilir. Bu ölçünün inkişafı siyasi sistem üzrə biliklərdən və demokratik münasibətlərin və iştirak bacarıqlarının təşviqindən irəli gəlməlidir.

Vətəndaşlığın sosial ölçüsü cəmiyyətdə şəxslər arasında davranışa və sadiqlik və həmrəylik üzrə ölçü meyarına uyğun olaraq aparılmalıdır. Sosial bacarıq və cəmiyyətdə sosial əlaqələr üzrə biliklər bu ölçünün inkişafı üçün vacib hesab edilir.

Vətəndaşlığın mədəni ölçüsü ümumi mədəni irsin dərk edilməsin ə aid edilir. Mədəni cəhətdən ölçü mədəni irs, tarix və əsas bacarıqlar (oxumaq, yazmaq və dil bacarıqları) üzrə biliklər vasitəsi ilə inkişaf etdirilməlidir.

Vətəndaşlığın iqtisadi ölçüsü insanların, əməyin və istehlak bazarının bir - biri ilə qarşılıqlı əlaqəsinə əsaslanır. Bu ölçmə, işləmək hüququnu və minimum yaşayış səviyyəsini nəzərdə tutur. İqtisadi bacarıqlar (işlə əlaqəli olan və digər iqtisadi fəaliyyətlər) və peşə üzrə professional təhsil bu iqtisadi ölçünün yerinə yetirilməsində əsas rol oynayır.Image: Chair - dimensions of citiizenship

Vətəndaşlığın qeyd olunan bu dörd ölçüsü məktəblərdə, ailələrdə, vətəndaş təşkilatlarında, siyasi partiyalarda və eləcə də birliklərdə, kütləvi informasiya vasitələrində, qonşuluqda və yaşıd qruplarda yer alan sosiallaşma prosesləri vasitəsilə əldə edilir. Stulun dörd ayağında olduğu kimi hər bir şəxsin də bu dörd ölçmə üsulu ilə özünü balanslı və bərabər bir şəkildə yoxlamaq imkanı olmalıdır. Əks halda tam vətəndaşlığın balansı olmayacaqdır.

Sual: Özünüzün hara mənsub olduğunuzu qəbul edirsiniz?

Biz cəmiyyətin bir hissəsi olaraq onun inkişafında iştirak edə, təsir göstərə və rifahına töhfə verə bilərik. Buna görə də vətəndaşlıq cəmiyyətimizdə vacib rol oynayan fəaliyyət kimi başa düşülür. Cəmiyyətdə belə iştirak qonşularımız arasında, formal və ya formal olmayan ictimai bir qrup daxilində, ölkəmizdə və ya bütün dünyada ola bilər.
Fəal vətəndaşlıq anlayışı cəmiyyətin bütün iştirakçıları üçün həyatı yaxşılaşdırmaqdan ötrü iştirak vasitəsilə icmanın yaxşılaşması istiqamətində çalışmaqla bağlıdır.
Demokratik vətəndaşlıq, vətəndaşlığın demokratik prinsiplərə və pluralizm kimi dəyərlərə, qanunun aliliyinə və insan ləyaqətinə hörmətə əsaslanmalı olduğu fikrini göstərən yaxın mənalı bir anlayışdır.

Sual: Özünüzü fəal vətəndaş hesab edirsiniz?

Vətəndaşlıq, iştirak və insan hüquqları

Hər bir insan, cəmiyyətin mədəni həyatında iştirak etmək, incəsənətdən zövq almaq, elmi tərəqqidə iştirak etmək və onun faydalarından istifadə etmək hüququna malikdir.
Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Maddə 27

Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 15-ci maddəsi, milliyyət hüququnu, vətəndaşlığı dəyişmək hüququnu və vətəndaşlıqdan məhrum edilməmək hüququnu tanıyır. Milliyyət hüququ bir çox digər beynəlxalq alətlərdə, o cümlədən Avropa Şurasının Milliyyət üzrə Avropa Konvensiyasında (1997) təsdiqlənir. Beynəlxalq normalar çərçivəsində, adətən “milliyyət" və "vətəndaşlıq" sözləri sinonim kimi istifadə olunur. Bu həmçinin Konvensiyanın İzahlı Hesabatında4 qeyd olunan fikirə uyğundur: milliyyət “.... dövləti tərəfindən tanınan şəxslər ilə həmin dövlət arasındakı xüsusi hüquqi əlaqəyə aid edilir. …Konvensiyanın təsirlərinə uyğun olaraq “milliyyət" və "vətəndaşlıq" sözləri sinonimdirlər.

Vətəndaşlıq hüququ, hər bir ölkədə şəxslərin gündəlik həyatına təsiri olduğu üçün son dərəcə əhəmiyyətlidir. Ölkə tərəfindən vətəndaş kimi tanınmanın bir çox hüquqi üstünlükləri vardır. Bunlar ölkələrdən asılı olaraq dəyişir: səs vermək hüququ, dövlətdə vəzifə tutmaq hüququ, ictimai t əhlükəsizlik, səhiyyə xidmətləri, ictimai təhsil, daimi yaşayış yerinə sahib olmaq hüququ, şəxsi torpaqlara sahib olmaq hüququ və əmək fəaliyyəti ilə məşğul olmaq hüququ bu kimi hüquqlardan bəziləridir.

Hər bir ölkə öz millətinin və vətəndaşlarının kimlər olduğunu və onların hansı hüquq və öhdəliklərinin olduğunu müəyyən edə bilməsinə baxmayaraq, beynəlxalq insan hüquqları alətləri vətəndaşlığın tənzimlənməsi çərçivəsində dövlətin suverenliyinə aid bəzi məsələlərdə məhdudiyyətlər yaradır. Xüsusilə, insanlara qarşı ayrı-seçkilik edilməməsi ilə bağlı olan ümumdünya insan hüquqları prinsipi və vətəndaşsızlıqdan qaçma prinsipi dövlətin vətəndaşlıq üzərində nəzarətini məhdudlaşdırır.

Siyasi və mədəni həyatda iştirak, Ümumdünya İnsan Hüquqları Bəyannaməsindən başlayaraq qəbul edilmiş digər bir çox beynəlxalq insan hüquqları sənədlərində ən əsas insan hüququ hesab edilir. Bu hüquq hökumətdə və seçkilərdə iştirak etmək hüququnu, cəmiyyətin mədəni həyatında iştirak hüququnu, dinc toplaşmaq və birləşmək hüququnu və həmkarlar ittifaqlarına qoşulma hüququnu təmin edir. İştirak həmçinin insan hüquqlarının təməl prinsipidir və eləcə də bütün insanlar üçün səmərəli demokratik vətəndaşlıq şəraiti sayılır.

Uşaq Hüquqları Konvensiyasının rəhbər prinsiplərindən biri də iştirakdır. Bu s ənəddə deyilir ki, böyüklər uşaqlara təsir edəcək qərar qəbul etdiyi zaman, uşaqlar (on səkkiz yaşdan aşağı olan bütün insanlar) səslərinin eşidilməsi hüququna sahibdirlər və onların baxışlarına uşağın yaşı və yetkinliyinə uyğun şəkildə dəyər verilməlidir. Onların öz fikirlərini azad şəkildə ifadə etmək, məlumat almaq və paylaşmaq hüququ var. Konvensiya uşaqların potensialının onlara aid qərarlara t əsir edə biləcəyini, onların düşüncələrini bölüşə biləcəyini və beləliklə də onların vətəndaş kimi iştirakını qəbul edir.

İnsan hüquqlarının tam spektri olmadan iştirak etmək çətin olur. Sağlamlığın zəif olması, təhsilin aşağı səviyyədə olması, ifadə azadlığına qoyulan məhdudiyyətl ər, yoxsulluq və s. kimi faktorların hamısı bizə və bizim hüquqlarımıza təsir edən proseslərdə iştirak etmə yimizə mənfi təsir edir. Eynilə, iştirak olmadan bir çox insan hüquqlarına çıxışın əldə edilməsi çətindir.
Biz “iştirak etmək” vasitəsi ilə insan hüquqlarına əsaslanan bir cəmiyyət qura, ictimai birliyimizi inkişaf etdirə, qərar qəbul edən şə xlərə təsir etmək üçün səsimizi eşitdirə, dəyişikliklərə nail ola və nəticədə həyatımızın obyekti deyil, subyekti ola bilərik.

Sual: Seçkilərdə səs verməkdən başqa, sıravi bir vətəndaş üçün iştirakın və cəlb edilmənin hansı formaları mümkündür?

Vətəndaşlığın həyata keçirilməsi

Hər bir insan öz ölkə sinin idarə edilməsində bilavasitə və yaxud azad seçilən nümayəndələr vasitəsilə iştirak etmək hüququna malikdir.
Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Maddə 21

Vətəndaşlıqla bağlı müzakirələrin çoxu vətəndaşların demokratik cəmiyyətin proseslərində iştirakını və cəlb olunmasını artırmaq probleminə h əsr olunmuşdur. Sıravi vətəndaşların cəmiyyətdə rolunun güclə ndirilməsini təşviq etmək və ya aralıq dövrdə idarə edənl ərin tam məsuliyyətlə hesabatlı olmasına nail olmaq baxımından vətəndaşların yalnız dövri olaraq səs verməsinin qaneedici olmaması fikri getdikcə daha da artmaqdadır.

Hər bir insan dinc yığıncaqlar keçirmək və assosiasiyalar qurmaq hüququna malikdir.
Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Maddə 20

Bundan əlavə, seçkilərdə az iştirak edən seçicilər əhali arasında siyasi düşkünlüyün (apatiya) səviyyəsini göstərir ki, bu da öz növbəsində demokratiyanın effektiv fəaliyyətinə ciddi zərbə vurur. Hər hansı bir səbəbdən vətəndaşlığın faydalarını əldə edə bilmə yən şəxslə r sual doğuran ikinci məsəl ədir. Cəmiyyət daxilində davam edən ayrı-seçkiliyin izləri bu məsələnin birinci aspekti hesab edilir: azlıq təşkil edən qruplar çox vaxt yaşadıqları ölkənin rəsmi vətəndaşlığını ala bilməsinə baxmayaraq həmin cəmiyyətdə tam iştirakdan yenə də məhrum ola bilərlər.

Məsələnin ikinci aspekti isə artan qloballaşma nəticəsində ortaya çıxan miqrasiya və iş üzrə yeni modellər çərçivəsində dünyada kifayət sayda insanın xaricdə rezident olmasına baxmayaraq rəsmi vətəndaşlıq üçün müraciət edə bilməməsi hallarıdır. Belə insanlara immiqrant işçiləri, qaçqınları, müvəqqəti sakinləri və hətta başqa bir ölkədə daimi yaşayış üçün qərar verən insanları aid etmək olar.

Sual: İmmiqrant işçilər formal vətəndaşlıqları olmasa da, vətəndaşlığın müəyyən etdiyi aspektlərindən faydalana bilməlidirlər?

Hesablamalara görə Avropada təxminən 70,000-80,000 qaraçının vətəndaşlığı yoxdur.5 

Üçüncü aspekt vətəndaşlığın olmaması məsələsidir. Vətəndaşlıq hüququnun beynəlxalq insan hüquqları qanunları ilə təmin edilmiş bir insan hüququ olmasına baxmayaraq, dünya üzrə milyonlarla insan heç bir ölkənin vətəndaşları deyildir. BMTQAK, BMT-nin qaçqın agentliyinin hesablamalarına görə, 2010-cu ilin sonunda 12 milyon insan heç bir dövlətin vətəndaşı olmamışdır. Vətəndaşlığın olmaması adətən ölkələrin (məsələn Sovet İttifaqı və ya Yuqoslaviya kimi ölkələr) parçalanması nəticəsində olur. Lakin vətəndaşlığı olmayan insanlara məcburi köçkünlər, qovulmuş miqrantlar və səlahiyyətli orqanlar tərəfindən doğuşları qeydiyyata alınmayan şəxslər də aid edilə bilər.

Vətəndaş iştirakı ideyası bir az ispanaq yeməyə bənzəyir. Prinsipcə heç kim ona qarşı deyil, çünki bu sizin üçün yaxşıdır.6
Şeri R. Arnsteyn

İştirakın formaları

Vət əndaşların hökumətdə iştirakı demokratiyanın təməl daşıyıcısı hesab edilir və bu fərqli mexanizm və formalar ilə müxtəlif səviyyələrd ə hə yata keçiril ə bilər. İştirakın müxtəlif modelləri mövcud olub, onlar arasında birincisi və, çox güman ki, ən çox tanınanı Şerri Arnşteynin iştirak nərdivanıdır (1969).

Arnşteyn, hər biri nərdivanın bir pilləsinə müvafiq olaraq iştirakın səkkiz səviyyəsini müəyyənləşdirmişdi. Burada birinci pillə vətəndaş iştirakının kiçik və ya heç olmaması və sonuncu pillə isə tam vətəndaşlıq formasını əks etdirir. Nərdivan üzərində yuxarı pillədə nə qə dər çox olsanız bu nəticələri ayırd etmək üçün o qədər çox gücünüzün olması anlamına gəlir. Aşağıdakı iki pillədə - manipulyasiya və müalicə - pillələrində olanlar iştirakçı sayılmırlar və onları kənar etmək lazımdır. Növbəti üç pillə - məlumatlandırma, məsləhətləşmə və mülayimləşmə tokenizm hesab edilir. Onlar vətəndaşlara səslərinin eşitdirməyə icazə verir, lakin onların fikirləri hakimiyyət tərəfindən düzgün qiymətləndirilə bilməz. Sonuncu üç pillə - tərəfdaşlıq, nümayəndəlik və vətəndaş nəzarəti - real vətəndaş gücünü və vətəndaşların iştirakının tam formasını təşkil edir.

Hüquqlar Reallığa Qarşı
Avropanın bir çox yerlərində müntəzəm olaraq qaraçıların cəmiyyətlərinə qarşı ayrı-seçkilik edilir. Bəzi hallarda, qaraçılara yaşadıqları ölkənin vətəndaşlığını verməkdən imtina edirlər. 1990-cı illərdə Çexoslovakiya və Yuqoslaviya dövlətləri parçalanan zaman varis dövlətlər qaraçıları öz dövlətlərinə aid etmədiyi v ə v ətəndaşlıqdan imtina edən qanunvericiliyi tətbiq etdiyi üçün bəzi qaraçılar vətəndaşlığı olmadan qaldı. Bundan başqa, vətəndaşlığı olmayan və ya başqa bir ölkəyə köçmüş qaraçı valideynlər çox hallarda təzə doğulmuş uşaqlarını beynəlxalq hüquqa əsas ən vətəndaşlıq hüququna malik olmasına baxmayaraq qeydiyyata aldıra bilmirdilər. Nəticə etibarı ilə belə uşaqlar onların əsas hüquqları olan təhsil və səhiyyə kimi bəzi hüquqlardan istifadə edə bilmirdilər. Digər səyahət edən qruplar – məsələn, İngiltərədəki səyahətçilər oxşar problemlərlə üzləşə bilərlər. Hətta qaraçılar rəsmi olaraq vətəndaş kimi tanınsalar belə onlar cəmiyyətdəki tam iştirakdan kənarlaşdırıla və geniş yayılmış ayrı-seçkiliyə və qərəzli fikirlərə görə ikinci sinif vətəndaşlar hesab edilə bilərlər.

İştirakçı dövlətlər uşağın assosiasiyalara üzv olmaq
azadlığını və dinc yığıncaqlarda iştirak etmək azadlığını tanıyırlar.
Uşaq Hüquqları Konvensiyası

Arnşteynin modeli Roger Hart tərəfindən daha da inkişaf etdirildi və uşaq və gənclərin iştirakı məsələsinə uyğunlaşdırıldı. Hart, vətəndaşın əsas hüququnun "iştirak" olmasını vurğulamışdı, çünki bu yolla "vətəndaşın" nə anlam kəsb etdiyini və necə olmalı olduğunu öyrənmək mümkündür. Gənclərin iştirakı həmçinin gənclər və böyüklər arasında tərəfdaşlığın bir forması kimi də qəbul edilə bilər. Yerli şəraitdən, resurslar, ehtiyaclar və təcrübədən asılı olaraq, gənclərin cəlb oluna və ya məsuliyyət daşıya biləcəyi müxtəlif dərəc ələr var. Hartın iştirak nərdivanı uşaqlar və gənclərin layihələr, təşkilatlar və ya icmalarda müxtəlif cəlb olunma dərəcələrini nümayiş etdirir.

Aşağıdakılar gənclərin iştirakının səkkiz səviyyəsidir:

Yer kürəsi bir ölkədir, bəşəriyyət isə onun vətəndaşlarıdır.
Baha’ullah

8-ci pillə: Qərarların birgə qəbulu
Layihələr və ya fikirlər qərarlarının qəbul edilməsi prosesində böyükləri tərəfdaş kimi iştirak etməyə dəvət edən gənclər tərəfindən irəli sürülür.

7-ci pillə: Təşəbbüskar və rəhbər gənclər
Layihələr və ya fikirlər gənclərin t əşəbbüsü və rəhbərliyi ilə ir əli sürülür; Lazım ola biləcək dəstəyin göstərilməsi məqsədi ilə böyüklər qərar qəbulu zamanı dəvət edilə bilərlər, amma layihə böyüklərin müdaxiləsi olmadan belə icra edilə bilər.

6-cı pillə: Təşəbbüskar böyüklər, gənclərlə paylaşılan qərarlar
Layihələr və ya fikirlər böyüklər tər əfindən irəli sürülür. Lakin gənclər bərabar hüquqlu bir tərəfdaş kimi qərar qəbulunda məsuliyyətləri və gücü bölüşmək üçün dəvət olunurlar.

5-ci pillə: Məsləhət və məlumat verən gənclər
Layihələr böyüklər tərəfindən irəli sürülür və idarə olunur. Lakin gənclər məsləhət və təkliflər verirlər və bu təkliflərin son qərarlara və nəticələrə necə kömək edə biləcəyini məlumatlandırırlar.

4-cü pillə: Təyin edilən lakin məlumatlı gənclər
Layihələr böyüklər tərəfindən irəli sürülür və idarə olunur; Gənclər layihə çərçivəsində bəzi xüsusi rolu və ya vəzifələri götürməyə dəvət olunur, lakin onlar əslində hansı təsirin ola biləcəyindən məlumatlıdırlar.

İştirak sözü cəlb olunmaq, vəzifələrə sahib olmaq və məsuliyyəti bölüşmək və götürmək anlamına gəlir. Bu söz hər hansı bir fəaliyyətə çıxışın olması və onun daxilində olmaq kimi başa düşülür.
Peter Lauritzen3

3-cü pillə: Tokenizm
Gənclərə layihə çərçivəsində bəzi xüsusi rollar verilir, lakin onların hər hansı bir real təsiri və qərarları   olmur. Beləcə gənclərin iştirakı ilə bağlı saxta görünüş yaradılır (məqsədli və ya məqsədsiz şəkildə). Lakin əslində gənclərin hər hansı bir seçimi yoxdur.

2-ci pillə: Dekorasiya
Layihədə gəncləri imtiyazları az olan bir qrup olaraq təmsil etmək üçün gənclərə ehtiyac var. Onların hər hansı bir məna kəsb edən rolu yoxdur (yalnız təmsil etməkd ən başqa) və onlar dekorasiya kimi layihə çərçivəsində və ya təşkilatda görünən bir vəzifədə olur və bununla da kənardakıların diqqətini asanlıqla cəlb edirlər.

Həmçinin səhifə 29-da iştirakın pillələrinə baxın.

1-ci pillə: Manipulyasiya
Gənclər layihədə iştirak etməyə dəvət edilirlər, lakin onların qərarlara və nəticələrə real təsiri olmur. Faktiki olaraq onların mövcudluğundan yerli seçkiləri qazanmaq, t əşkilatın daha yaxşı bir görünüşünü yaratmaq və ya gənclərin iştirakını dəstəkləyən təşkilatlardan bəzi əlavə vəsaitlərin alınması kimi digər müxtəlif məqsədlərə nail olmaq üçün istifadə olunur.

Gənclərin öz c əmiyyətlərində fəal vətəndaş kimi rol oynaya bilməsinin bir çox yolu vardır. 2011-ci ildə Avropa İttifaqı vətəndaşlarının cəmiyyətdə necə iştirak etdiyini öyrənmək üçün Aİ- ə üzv dövl ətlərdə yaşayan 15-30 yaş arası gənclər arasında sorğu aparılmışdır. Sorğu, təşkilatlarda (məsəl ən, idman klubları, könüllü təşkilatlar), siyasi seçkilərdə, könüllü fəaliyyətlərdə və digər ölkələrdəki gənclərlə əməkdaşlığı inkişaf etdirən layihələrdə onların iştirakına yönəldilmişdir.
Nəticələr bunlardır:

  • Ölkələrin əksəriyyətində az sayda gənclər digər ölkələrin gəncl əri ilə əməkdaşlığı inkişaf etdirməyə yönəlmiş tədbirlərdə iştirak etdiyini söylədi. Bu göstərici İtaliyada 4% olmaqla Avstriyada 16%-ə qədər idi.
  • 2010-cu ildə təxminən gənclərin dörddə biri könüllü fəaliyyətin təşkilinə cəlb olunmuşdu. Yüksək göstəricilər Sloveniya, Danimarka, İrlandiya və Hollandiyada müşahidə edilmişdi (36%-40%).
  • Səs vermək üçün kifayət qədər yaşı olan gənclər arasında hər 10 nəfərdən 8-i əvvəlki 3 il ərzində yerli, regional, milli və ya Avropa İttifaqı səviyyəsində siyasi seçkilərdə səs verdikərini söylədilər.
  • Bu göstərici Lüksemburqda 67% olmaqla Belçikada (burada səsvermə məcburidir) 93%-ə qədər dəyişirdi.8
  • 2010- cu ildə Avropa yaşayan gəncl ərin təxminən üçdə biri idman klublarında aktiv iştirak etmişdir. Təqribən altıda biri gənclər təşkilatlarına cəlb olunub və yeddidən biri mədəniyyət təşkilatının işində iştirak etmişdir.

Sual: İştirak etdiyiniz gənclər qrupunda, təşkilatınızda və ya məktəbinizdə səsinizi necə eşitdirə bilərsiniz?

Avropa Şurasında gənclərin iştirakı

Avropa Şurasının gənclər siyasətinin məqsədi gəncləri – qızlar və oğlanları, gənc qadın və kişiləri - cəmiyyətin bütün aspektlərində tam rol oynamaq üçün bilik, bacarıq və vərdişləri inkişaf etdirməkdən ötrü bərabər imkanlar və təcrübə ilə təmin etməkdir.9

Avropa Şurası iştirakı və fəal vətəndaşlığı dəstəkləmək və həvəsləndirməkdə əsas rol oynayır. İştirak bir sıra yollarla Şuranın gənclər siyasətində mərkəzi rol oynayır:

İştirak etmək və aktiv vətəndaş olmaq daha yaxşı cəmiyyətin qurulmasına öz töhfəsini vermək məqsədilə qərarların qəbulunda iştirak etmək və onlara təsir etmək, fəaliyyətlər və işlərlə məşğul olmaq üçün hüquqlara, vasitələrə, yerə, imkanlara və lazım olduğunda dəstəyə malik olmaq deməkdir.
Gənclərin ictimai həyatda yerli və regional səviyyə də iştirakı haqqında yenilənmiş Avropa Xartiyası

  • Gənclər siyasəti cəmiyyətin müxtəlif sahələrində, xüsusilə də onlarla əlaqəli olan sahələrdə gənclərin iştirakını təşviq etməlidir. Belə tədbirlərə gənclər təşkilatlarına dəstəyin verilməsi, gənclər platformalarının və ya məşvərətçi orqanların yaradılması kimi fəaliyyətlər aiddir.
  • Gənclərin prioritetlərini, perspektivlərini və maraqlarını nəzərə alan gənclər siyasəti gənclər ilə birgə inkişaf etdirilməli, həyata keçirilməli və qiymətləndirilməlidir, həmçinin gəncləri prosesə cəlb etməlidir. Bu siyasət gənclər şuraları və forumlar (milli, regional və ya yerli) və/və ya gənclərlə məsləhətləşmənin digər yolları ilə, o cümlədən e-iştirak formaları da daxil olmaqla digər vasitələr ilə həyata keçirilə bilər.
  • Gənclər siyasəti və proqramları təhsil və fəaliyyətin mərkəzində iştirakçının olmasını təşviq etməlidir, məsələn, insan hüquqları təhsilində iştirakçılar iştirakı və vətəndaşlığı öyrənir və həyata keçirirlər.

Gənclərin iştirakının bu ölçüləri Gənclərin İctimai Həyatda Yerli və Regional Səviyyədə İştirakına dair yenilənmiş Avropa Xartiyasının yanaşmalarını özündə əks etdirir və qeyd olunan s ənəddə bununla bağlı aşağıdakılar vurğulanır: iştirak gəncləImage: RMSOS approach to young people’s participatipationrin həyatına təsir edən qərar və fəaliyyətlər üzrə və zifələrə təsir göstərə bilmək və ya sadəcə onlar üçün vacib olan qərarlara təsir edə bilmək anlamına gəlir. Təcrübədə bu yerli seçkilərdə səs vermək, eləcə də gənclərin hobbi və maraqları haqqında məlumat mübadiləsi üçün İnternet forumu və ya gənclər təşkilatı qurmaq yaxud gəncl ər və gənclərin cəlb olunmasına digər yaradıcı yanaşma mənasına gələ bilər. Xartiyada iştiraka verilən tərif də gənclərə və gənclərin cəlb olunmasına münasibətdə dəyişikliyi göstərir. Gənclərlə müdafiə və köməyə ehtiyac duyan qurbanlar və ya həssas qrup (“problem əsaslı“ yanaşma adlandırılan) kimi rəftar edilmir. Onlara böyüklərin müdaxilə obyekti kimi yanaşılmır, belə ki, böyüklər adət ən gənclər üçün nəyin ən yaxşı olduğunu bildiyini güman edirlər. Hal-hazırda gənclər təşkilatların və ya cəmiyyətin həyatında fəal oyunçular olaraq qəbul edilir; onlar çox potensiallı, qabiliyyətli və güclü tərəfdaşlar kimi görülür. Gənclər ehtiyaclarını ifadə etmək üçün imkan axtarmalı və onları qane etməyən məsələlərdə çıxış yolları tapmağı bacarmalıdırlar.10

Gənclərin İctimai Həyatda Yerli və Regional Səviyyədə İştirakına dair Avropa Xartiyası11 (1992-ci ildə hazırlanmış və 2003-cü ildə yenidən işlənmişdir) Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi tərəfindən təsdiqlənmiş beynəlxalq bir sənəddir. Xartiya gənclərin yerli səviyyədə iştirakının müxtəlif aspektlərinə aid üç hiss ədən ibar ətdir. Birinci hissədə bir sıra sahələr üzrə gənclərə təsir göstərən siyasətlərin aparılması ilə bağlı yerli və regional hakimiyyət orqanlarına məlumatlar verilir. İkinci hissədə isə gənclərin iştirakının daha da genişləndirilməsi üçün vasitələr nəzərdə tutulur. Nə hayət, üçüncü bölmə gənclərin iştirakı üçün institusional şəraitin necə təmin olunması ilə bağlı məsləhətlər verir.

Öz sözünü de! Avropa Şurasının Gənclərin İctimai Həyatda Yerli və Regional Səviyyədı İştirakı haqqında yenil ənmiş Avropa Xartiyası12 üzrə təlimat kitabıdır, onlayn olaraq 11 dildə mövcuddur.12 

Xartiya gənclərin cəlb edilməsi üçün əsasən 14 sahəni özündə əks etdirir.
Bu sahələr aşağıdakılardır:
1.    İdman, asudə vaxt və assosiativ həyat
2.    Əmək və məşğulluq
3.    Mənzil və nəqliyyat
4.    Təhsil və təlim
5.    Mobillik və mədəniyyətlərarası mübadilələr
6.    Sağlamlıq
7.    Gender bərabərliyi
8.    Kənd yerlərində yaşayan gənclər
9.    Mədəniyyətə çıxış
10.    Davamlı inkişaf və ətraf mühit
11.    Zorakılıq və cinayət
12.    Ayrı-seçkiliyə qarşı mübarizə
13.    Sevgi və cinsiyyət
14.    Hüquqlara və qanunlara çıxış.

Gənclər siyasətində gənclərin iştirakını unikal bir şəkildə həyata keçirm ək üçün Avropa Şurası gəncl ər sektoruna birgə idarə etmə sistemi təqdim etmişdir. Bu sistemdə Avropanın gənclər üzrə qeyri hökumət təşkilatlarının nümayəndələri və hökumət rəsmiləri gə nclərə dair prioritetləri təkmilləşdirmək və tövsiyələr vermək üçün birlikd ə çalışırlar. Bu birgə idarəetmə sistemi üç qurumdan ibarətdir: Gənclərin işləri üzrə Avropa Rəhbər Komitəsi, Gənclər üzrə Məşvərət Şurası və Gənclər üzrə Birgə Şurası.
Gənclər üzrə Məsləhət Şurası gənclərə aid QHT-l ərdə və şəbəkələrdə çalışan və bütün gənclər sektorunun fəaliyyətinə fikir və çıxışlar təqdim edən 30 nümayəndə tərəfindən yaradılmışdır. Avropa Şurası çərçivəsində bu qurumun gənclərə aid hər hansı bir məsələ ilə bağlı fikir və təklifləri formalaşdırmaq vəzifəsi vardır.
Gənclərin işlə ri üzrə Avropa Rəhbər Komitəsi (CDEJ) Bu Komitə, Avropa Mədəniyyət Konvensiyasına üzv dövlətlərin gənclər üzrə məsələlərə məsul olan nazirliklərinin və təşkilatlarının nümayəndələrindən ibarətdir. Komitə hökumətlərin gənclərin məsələləri üzrə daha sıx əməkdaşlığını təşviq edir və gənclərlə bağlı milli siyasətləri müqayisə etmək, ən yaxşı təcrübələri mübadilə etmək və standart mətnlərin layihələrini hazırlamaq üçün forumlar təşkil edir. “CDEJ” həmçinin gənclərin məsələl ərinə cavabdeh olan Avropa Nazirlərinin Konfranslarını təşkil edir və üzv ölkəl ərdə gənclər siyasəti üzr ə qanun və qaydaların layihəsini hazırlayır. Gənclərin Birgə Şurası “CDEJ” və Məsləhət Şurasını bir araya gətirərək gənclər sektorunun prioritetləri, məqsədləri və büdcəsi ilə bağlı ortaq qərar qəbul edir.

Avropa Gənclər Forumu
Avropa Gənclər Forumu Avropanın 90-dan çox milli gənclər şurasının və beynəlxalq gənclər təşkilatlarının təmsil edildiyi müstəqil, demokratik, gənclərin idarə etdiyi bir platformadır.
Gənclər Forumu, gənclərin öz ehtiyaclarını bildirmək və tələb etməklə həyatlarını yaxşılaşdıra bilmələri üçün cəmiyyətdə onların fəal iştirakını gücləndirmək məqsədi ilə fəaliyyət göstərir.13

İstinadlar

1 Vətəndaşlığın dörd ölçüsü Ruud Veldhuis tərəfindən “Demokratik Vətəndaşlıq üçün Təhsil: Vətəndaşlığın Ölçüləri, Əsas Qabiliyyətlər, Dəyişənlər və Beynə lxalq Fəaliyyətlə rdə irəli sürülmüşdür, Strazburq, Avropa Şurası Counci, 997, sənəd DECS/CIT (97) 23, burada istinad edilib T-Kit 7 – Hazırlanır, Avropa Vətəndaşlığı, Avropa Şurası və Avropa Komissiyası üzrə T-Kit, Strazburq, 2003
2 T-Kit 7 – Hazırlanır, Avropa Vətəndaşlığı, Avropa Şurası və Avropa Komissiyası üzrə T-Kit, Strazburq, 2003
3 Peter Lauritzen, yerli və regional səviyyədə iştirak layihələrinin hazırlanması və yerinə yetirilməsi üzrə təlim kursunda təqdim olunmuş əsas nitq, Avropa Gənclər Mərkəzi, iyun, 006
4Milliyyət üzrə Avropa Konvensiyasına İzahlı Hesabat , Maddə 2, para. 23:
http://conventions.coe.int/Treaty/en/reports/html/166.htm#FN2
5 Megan Rowling Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Thomas Hammarbergdən sitat gətirir: “Hüquqlar Şefi vətəndaşlığı olmayan Romanlara vətəndaşlıq verməyə səsləyir”, AlertNet 23 avqust 2011: www.trust.org/alertnet/news/interview-eu-governments-should-give-stateless-roma-citizenship-commissioner
6 Sherry R. Arnstein, “Vətəndaş İştirakı nərdivanı”, JAIP, Vol. 35, No. 4, iyul, 1969, s 216.
7 Roger Hart, Uşaqların iştirakı: Tokenizmdən Vətəndaşlığa, YUNİSEF  Innocenti Tədqiqat Mərkəzi, Florensiya, 1992
8 “Gənclər Hərəkətdə”, Analitik Hesabat, Avropa Komissiyası, May 2011 http://ec.europa.eu/public_opinion/flash/fl_319a_en.pdf
9  Avropa Şurasının gənclər siyasəti üzrə Nazirlər Komitəsinin Qətnaməsi (2008)23
10 Öz sözünü de! Gənclərin İctimai Həyatda Yerli və Regional Səviyyədə İştirakı üzrə yenilənmiş Avropa Xartiyası üzrə Təlimat kitabı, Avropa Şurası Nəşriyyatı, 200
11 Xartiya burada mövcuddur: www.salto-youth.net/downloads/4-17-1510/Revised%20European%20Charter%20on%20the%20Participation%20of%20YP.pdf
12 www.coe.int/t/dg4/youth/Source/Coe_youth/Participation/Have_your_say_en.pdf
13 Avropa Gənclər Forumunun vebsaytından daha çox məlumat əldə edin: www.youthforum.org