Ayrı-seçkilik və Dözümsüzlük
Ayrı-seçkilik və Dözümsüzlük
Ayrı-seçkilik və dözümsüzlük nədir?
Ayrı-seçkilik - bütün mümkün formaları və ifadələri ilə birlikdə - insan hüquqlarının pozulmasının və istismarının ən geniş yayılmış formalarından biridir. Hər gün milyonlarla insan ayrı-seçkiliyə məruz qalır və bunu müəyyənləşdirmək ən çətin problemlərdən biridir. Ayrı-seçkilik və dözümsüzlük bir-biri ilə çox yaxın əlaqəli anlayışlardır.
Dözümsüzlük - fərqli olduğunu hesab etdiyimiz insanları, məsələn, bizdən başqa sosial və ya etnik qrupun üzvlərini və ya siyasi və ya cinsi cəhətdən fərqli olanları inkar etməkdir. Dözümsüzlük nifrət dolu danışıqlardan fiziki zədəyə və ya hətta qətlə qədər bir sıra hərəkətlərlə özünü göstərə bilər.
Ayrı-seçkilik, şəxslər yalnız müəyyən qrup insanlara və ya müəyyən kateqoriya insanlara məxsus olduqları və ya aid edildiklərindən başqaları ilə müqayisədə onlara qarşı mənfi rəftar olduqda baş verir. İnsanlar ayrı-seçkiliyə öz yaşına, əlillik vəziyyətinə, etnik mənsubiyyətinə, mənşəyinə, siyasi inanclarına, irqi, dini və cinsi mənsubiyyətinə, dilinə, mədəniyyətinə və digər səbəblər üzündən məruz qala bilərlər. Çox zaman qərəzli fikirlər nəticəsində yaranan ayrı-seçkilik insanları gücsüz edir, onların aktiv vətəndaşlar olmasına maneə törədir, onların öz bacarıqlarını inkişaf etdirmələrini və bir çox hallarda isə işə, sağlamlıq xidmətlərinə, təhsilə və ya yerləşmə imkanlarına çıxışlarını məhdudlaşdırır.
Ayrı-seçkiliyin, şəxslərə və qruplara qarşı törədilməsinin onlar üçün birbaşa nəticələri olur. Lakin eyni zamanda bu ayrı-seçkilik bütün cəmiyyət üçün dolayı və dərin nəticələrə gətirib çıxarır. Ayrı-seçkiliyin icazə verildiyi və ya qəbul olunduğu bir cəmiyyət insanların özləri üçün və cəmiyyət üçün tam potensialını sərbəst həyata keçirməkdən məhrum olduğu bir cəmiyyətdir.
Bu bölmə insan hüquqlarına təsir göstərən ayrı-seçkiliyin müxtəlif formalarını, həmçinin dözümsüzlük və ayrı-seçkiliyin qarşısını almaq, sülh və insan hüquqları mədəniyyətinə yardım etmək üçün başlanılan və ya tətbiq edilməli olan tədbirlər və təşəbbüsləri özündə əhatə edir.
Ayrı-seçkiliyin əlillik, cins və dinə əsaslanan ən çox yayılmış bəzi formaları bu bölmənin digər hissələrində daha ətraflı şəkildə təqdim olunur.
Bərabərlik və ayrı-seçkililiyin olmaması prinsipləri Ümumdünya İnsan Hüquqları Bəyannaməsində müəyyən edilmişdir: “Bütün insanlar öz ləyaqətləri və hüquqları etibarilə azad və bərabər doğulurlar” (Maddə 1). Ləyaq ət və hüquq bərəbərliyi anlayışı müasir demokratiyaya daxildir və beləliklə, dövl ətlər müxtəlif azlıqları və həssas qrupları bərabər olmayan rəftardan qorumağa məcburdurlar. Bu bəy ənnamənin 2- ci Maddəsi ayrı -seçkilikdən azadlığı təmin edir: “Hər bir insan, irqi, dərisinin rəngi, cinsi, dili, dini, siyasi və digər əqidələri, milli və sosial mənsubiyyəti, əmlak vəziyyəti və digər vəziyyətlərinə görə heç bir fərq qoyulmadan hazırkı Bəyannamədə bəyan edilən bütün hüquqlara və bütün azadlıqlara malik olmalıdır.”
Avropa Şurasının üzv dövlətləri də həmçinin Avropa İnsan Hüquqları Konvensiyasının (AİHK) 14-cü maddəsinə əsasən ayrı-seçkilik etməməyə borcludurlar. Bu madd ə yalnız konvensiyada göstərilən digər hüquqlardan istifadə etməkdə ayrı-seçkilikdən qorunmanı təmin edir. AİHK-nin 12 saylı Protokolu bərab ərlik hüququna və ümumi olaraq ayrı-seçkiliyin qadağan edilməsinə dair daha güclü azadlıq hüququ təmin etmək üçün hazırlanmışdır: “Qanunla nəzərdə tutulmuş istənilən hüquqdan istifadə hər hansı digər əlamətlərə görə ayrı-seçkilik olmadan təmin olunmalıdır.”1 Beləliklə, bu protokol hətta bu Konvensiyada xüsusi qeyd olunmayan istənilən qanuni hüquqlarla bağlı ayrı-seçkiliyi əhatə etdiyi üçün AİHK-in əhatə dairəsini genişləndirir.
Sual: Sizin ölkəniz AİHK-in 12-ci Protokolunu ratifikasiya edib?
Birbaşa və dolayı ayrı-seçkilik
Ayrı-seçkilik birbaşa və ya dolayı yolla tətbiq oluna bilər. Birbaşa ayrı-seçkilik bir insana və ya bir qrupa qarşı ayrı-seçkilik etmək niyyəti ilə xarakterizə olunur. Məsələn, bir işəgötürmə idarəsi qaraçıların iş üçün müraciət ərizəsindən imtina edirsə və ya hər hansısa bir mənzil şirkəti immiqrantlar üçün mənzilləri kirayə vermirsə, bu ayrı-seçkilik birbaşa baş verir. Dolayı ayrı-seçkilik isə neytral bir mühitdə hər hansı bir meyar və ya təcrübəyə uyğun olaraq müəyyən bir qrupun nümayəndələrini başqalarına nisbətən daha az əlverişli şəraitl ə təmin etməkl ə bağlıdır. Dolayı ayrı-seçkiliklə əlaqəli nümunələr yanğınsöndürənl ər üçün minimum boy hündürlüyü meyarından (qadınlar bu səbəbdən kişilərə nisbətən daha çox istisna edilir) başlarını örtən insanları (hicablılar) işə götürməyən univermaqlara qədər dəyişə bilər. Dildə neytral görünən bu qaydalar əslində müəyyən sosial qruplar üçün qeyri-mütənasib əlverişsiz şəraitə səbəb ola bilər. İnsan hüquqları alətlərinə görə birbaşa və dolayı ayrı-seçkiliyin hər ikisi qadağandır; Çox zaman dolayı ayrı -seçkilik daha geniş yayılmış olur və onu birbaşa ayrı-seçkiliyə nəzərən sübut etmək daha çətin olur.
Sual: Özünüzə qarşı nə vaxtsa ayrı-seçkilik hiss etmisiniz?
Struktur ayrı-seçkilik
Struktur ayrı-seçkilik bizim cəmiyyətimizin təşkil olunma şəklinə əsaslanır. Bu sistemin özü müəyyən qrup insanlar üçün əlverişsiz şərait yaradır. Struktur ayrı-seçkilik normalar, nizam-intizam qaydaları, münasibət və davranış nümunələri vasitəsilə gerçək bərabərliyə və ya bərabər imkanlara nail olmaq üçün maneələr yaradır. Struktur ayrı-seçkilik adətən özünü institusional qərəzdə, davamlı şəkildə bir qrupun xeyrinə olan və digərinə qarşı ayrı-seçkilik edən mexanizmlərdə göstərir. Bu hallarda nəticədə ortaya çıxan ayrı-seçkilik insanın şəxs və ya qrup haqqında olan mühakiməsinə deyil, institusional strukturlara, istər hüquqi, istərsə də təşkilati və s., əsaslanır. Çox zaman böyüdüyümüz mühitdə struktur ayrı-seçkiliyin mübahisəsiz və sualsız olduğunu düşündüyümüz üçün onu görünən etmək struktur ayrı-seçkiliyin əsas problemlərindəndir.
Struktur ayrı- seçkiliyin mövcudluğu dövlətləri siyasətlərin qəbulu zamanı yalnız qanuni çərçivəni deyil, digər təşviq formalarını, habelə davranış nümunələrini və müxtəlif qurumların necə fəaliyyət göstərdiyini nəzərə almaq çağırışı ilə üz-üzə qoyur. İnsan hüquqları sahəsində maariflənmə bu problemin həllinə istiqamətlənmiş cavablardan biri ola bilər.
Müsbət fəaliyyətlər
Struktur bərabərsizlik, müəyyən qrupların öz rolları, funksiyaları, hüquqları və imkanları vasitəsi ilə bərabərsizliyə səbəb olmaqla digər qruplara münasibətdə bərabər olmayan şərtlərdən faydalanması nəticəsində ortaya çıxan bir vəziyyətdir. Ayrı- seçkiliyə qarşı mübarizə artıq məhkəmələrdə deyil təhsil və siyasət sahələrində aparılmalıdır.
Mirjana Najkevska, Afrika Əsilli Xalqlar üzrə BMT Ekspertlərinin İşçi Qrupunun sədri
Bəzi hallarda müəyyən qruplara mənsub olan insanların imtiyazlı və ya müsbət rəftarı struktur ayrı-seçkiliyə görə yaranan zərərlərin təsirini yüngülləşdirmək və ya aradan qaldırmaq cəhdi kimi qəbul oluna bilər. Bərabərsizliyə qarşı hərək ətlər üçün müsbət fəaliyyətlərə (bəzi hallarda “müsbət ayrı-seçkilik” kimi adlandırırlar) yalnız icazə verilmir, hətta bu hərəkətlər bərabərsizliyə qarşı müsbət qarşılana da bilər. Məs ələn, kənd və şəhər yerləri arasındakı iqtisadi fərqlər xidmətlərə çıxış imkanını fərqli bir səviyyəyə gətirib çıxara bilir. Bu isə, orijinal iqtisadi tarazsızlığın təsirlərini bərabərləşdirmək üçün xüsusi səylər göstərilmədiyi təqdirdə qeyri-bərabərliyə səbəb ola bilər. Belə hallarda qeyri-bərabərliyə s əbəb olmaqdansa, səmərəli bərabərliyi təmin etmək üçün imtiyazlı münasibətin tətbiq edilməsi daha vacibdir.
İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi haqqında Beynəlxalq Konvensiya sistemli ayrı-seçkiliyi aradan qaldırılması məqsədi ilə konvensiyanı ratifikasiya etmiş ölkələrdən müsbət fəaliyyət proqramlarını tələb edə bilər. Bununla belə, bu cür tədbirl ər, "heç bir halda, onların istədiyi məqsədlərə nail olduqdan sonra müxtəlif irqi qrupların qeyri-bərabər və ya ayrı olan hüquqlarının saxlanılmasına səbəb olmamalıdır.”
Çoxşaxəli ayrı-seçkilik
Hər birimiz bir neçə sosial qrupa mənsub oluruq və ya aid edilirik. Hər hansı bir üstünlüyə az malik olan qrupda fəaliyyət göstərən zaman bu qrupun daxili müxtəlifliyi və çoxşaxəli ayrı-seçkiliyə məruz qalma potensialı haqqında məlumatlı olmaq vacibdir. Bu çoxşaxəli müəyyənləşmələr insanlara qarşı ayrı-seçkiliyin yalnız bu imkanlarından deyil, eyni zamanda bir neçə istiqamətdən də baş verə bilər: məsələn, hər hansı bir qaraçı lezbiyan qadın qaraçı olmayan heteroseksual qadın tərəfindən çoxşaxəli ayrı-seçkiliyə məruz qala bil ər; eyni zamanda həmin qadın, qaraçı cəmiyyətində də homofobiya və cinsi azlıq icması çərçivəsində irqçiliyə məruz qala bilər. Çoxşaxəli ayrı-seçkilik bir çox hallarda azlıqlara, qadınlara və əlilliyi olan insanlar qarşı baş verir.
Çoxluqlar və azlıqlar
Sivilizasiyanın qiymətləndirilməsi onun azlıqlara qarşı münasibətinə əsaslanmalıdır.
Mahatma Qandi
Azlıqlar tərəfindən ayrı -seçkilik halları mövcud olsa da, adətən ayrı-seçkilik çoxluqlar tərəfindən azlıqlara qarşı baş verir. Çoxluqlara mənsub olmaq bir çox amillərdən asılı olaraq statik və ya dinamik bir vəziyyətdir. Demokratik bir seçkidə qalib tərəf olduğumuz zaman, biz öz qənaətlərimizin, qərarlarımızın, və ya məs ələn, səslərimizin nəticəsi olaraq çoxluq hesab ediləcəyik. Əgər bizim qənaətimiz dəyişsə və ya d əst əklədiyimiz tərəf növbəti seçkiləri uduzsa, o zaman bizim çoxluq statusumuz artıq qüvvədə olmayacaq. Çoxluq və azlığa dair daha çox statistik mövqe is ə bizim şəxsiyyətimizin bir və ya bir neçə aspektindən (milliyət, din, cins, həyat tərzi, əlillik) asılı olaraq müəyyən bir coğrafi vahidin bütün əhalisinin 50% -dən azını (adətən, daha çox az) təşkil edən bir qrupun nümayəndəsi olduğumuz zaman mövcud olur.
Demokratiyalar "çoxluqların zülmünə" həssasdır: bu elə bir vəziyy ətdir ki, burada çoxluqların qaydası azlıqların ehtiyac və istəklərini tamamilə rədd etdiyi üçün çox qəddar hesab edilir. İnsan hüquqları çərçivəsi, yalnız fərdi və ya fərdi şəxslərin kiçik bir qrupunu təzyiqdən qorumaq anlamına gəlmir, eyni zamanda azlıqların çoxluqlara qarşı qorunması anlamına gəlir.
Question: Can you think of someone who may never experience discrimination?
Stereotiplərin və qərəzli fikirlərin rolu
Mənə qərəzli bir fikir verin və mən dünyanı dəyişim.
Qabriel Qarsiya Markez
Stereotip, müəyyən bir qrup haqqında ümumiləşdirilmiş inam və ya fikirdir. Məsələn, “sahibkarlar iddialıdırlar”, “dövlət məmurlarının yumor hisləri yoxdur” və ya “qadınların uzun saçları var və onlar ətək geyinirlər” kimi bir çox stereotiplər mövcuddur. Stereotiplərin əsas funksiyası reallığı asanlaşdırmaqdır. Stereotiplər, adətən, bəzi şəxsi təcrübələrimizə və ya erkən uşaqlıq dövrümüzdə sosiallaşma zamanı evdə, məktəbdə bizi əhatə edən yetkin insanlardan və ya kütləvi informasiya vasitələrindən əldə etdiyimiz təəssüratlarımıza əsaslanır və bu stereotiplər bir-biri ilə əlaqəli insanları ümumiləşdirmək üçün istifadə olunur.3
Bütün təmsilçilik növləri bu və ya digər formada düzgün olmayan təmsilçilik formasıdır.
Edvard Səid
Qərəzli fikirlər adətən mənfi mənada real olaraq tanıdığımız və ya tanımadığımız digər bir insan haqqında yürütdüyümüz fikirlərdir. Qərəzli fikirlər stereotiplər kimi bizim sosiallaşma prosesimizin bir hissəsi olaraq öyrənilir. Stereotip ilə qərəzli fikir arasındakı yeganə fərq ondan ibarətdir ki, fərdi və ya müəyyən bir vəziyyət haqqında kifayət qədər məlumatlar mövcud olan zaman biz artıq stereotiplərimizi kənara qoyuruq. Qərəzli fikir isə bizim qavradığımız hər hansı bir reallığı necə qəbul etdiyimizi göstərir: beləliklə, tək məlumatlar qərəzli fikirl ərdən qurtulmaq üçün kifayət deyil; biz müvafiq məlumatlar ı reallığa nəzər yetirmədən və ya “unudaraq” öz qərəzli fikrimizin qəbul etdiyi kimi emal edəcəyik. Buna görə də, qərəzli fikirlərin öhdəsindən gəlmək çox çətindir; faktlarla ziddiyyətdə olduqda, biz qərəzli fikirləri yenidən nəzərdə keçirmək yerinə, faktları inkar edərik (“axı o, həqiqi xristian deyil”, “o, istisnadır”).
Ayrı-seçkilik və dözümsüzlük çox zaman insanların və sosial qrupların şüurlu və ya qeyri-ixtiyari qərəzli fikirləri və stereotiplərinə haqq qazandırmağa əsaslanır; onlar təcrübədə qərəzli fikirlərin bir ifadəsidir. Struktur ayrı-seçkilik qərəzli fikirlərin davamlı formasının nəticəsidir.
Dözümsüzlüyün və ayrı-seçkiliyin formaları
Ksenofobiya
Ksenofobiya sözü Oksford İngilis dili lüğətində "əcnəbilərə və ya xarici ölkələrə qarşı pataloji qorxu" kimi müəyyən edilir. Başqa sözlə, bu, yad insanlara və ya əcnəbilər ə qarşı irrasional nifrətdeməkdir. Bu, ona görə irrasionaldır ki, ksenofobiya xaricilərin hər hansı bir konkret təhlükəsinə əsaslanmır. Ksenofobiya digər ölkələrdən, qruplardan, mədəniyyətlərdən və digər dillərdən olan insanlar üçün təhlükə yaradan yanlış fikirlərlə bağlı qərəzdir.
Ksenofobiya irqçiliklə yaxından əlaqəlidir: Başqaları nə qədər çox “fərqli” qəbul edilirsə, güclü qorxu və neqativ hisslər də bir o qədər çox olur. Ksenofobiya ayrı-seçkiliyə səbəb olan ən yayılmış formalardan biridir və buna görə də insan hüquqları məsələsi üçün bu problemdir.
Sual: Cəmiyyətinizdə ksenofobiyanın hədəfləri kimlərdir?
İrqçilik
Qərəzli fikirlər insanları baxanda çaşdırır və danışanda isə yalan söyləməyə vadar edir.
Laure Junot, Abrantenin knyazı
Bəzi qərəzlər ideologiyalara çevrilə və nifrət hissini artıra bilər. Belə ideologiyalardan biri irqçilikdir. İrqçilik, insanlarda təsəvvür edilən "zəiflik" səbəbiylə onlara qarşı ayrı-seçkilik və ya haqsız davranışları nəzərdə tutur. İnsan cinsinin fiziki fərqlər əsasında nəzərə çarpan müxtəlif növ insan irqləri olması inancı geniş yayılmışdır. Elmi araşdırmalar göstərir ki, "insan populyasiyaları tamamilə birmənalı deyil, aydın şəkildə sərhədləri müəyyənləşdirilməyib, bioloji cəhətdən fərqli qruplar deyil"4 və irq xəyali bir varlıq və ya sosial quruluşdur. Bütün insanlar eyni növlərə aiddir və buna görə də "irqlər"dən danışmaq heç bir məna daşımır.
İrqçi ideologiyaların təsiri insanlığa ötürülmüşdür; Bu ideologiya köləliyə, müstəmləkəçiliyə, aparteidə, məcburi sterilizasiyaya və xalqların məhv edilməsinə haqq qazandırır. Belə yanaşma nasist ideologiyalarının, yəhudilər və digər "zəif xalqların" məhv edilməsi proqramlarının əsası olmuşdur.
Təəssüf ki, müasir Avropa cəmiyyətlərində və siyasətində irqçilik hələ də davam edir. Irqin artıq bioloji bir kateqoriya olaraq qəbul edilməməsinə və hal-hazırda yalnız az sayda insanın “yüksək irqə” mənsub olduğunu düşünərək digər “zəif”lər üzərində öz gücündən istifadə etməsinə baxmayaraq irqçiliyin təsirləri daha da genişlənir və mədəni irqçilik və ya etnosentrizm kimi digər formalar ortaya çıxmağa başlayır. İrqçiliyin bu formalarında bəzi mədəniyyətlər adətən öz mədəniyyətlərinin üstün olduğuna və ya başqa mədəniyyətlərin, ənənələrin, adətlərin və tarixlərin öz dəyərləri ilə uyğun gəlmədiyinə inanırlar.
İrqi Ayrı-seçkiliyin Aradan Qaldırılması üçün Beynəlxalq Gün
21 mart tarixi 1960-cı ildəki Şarpevil qətliamının anım günü kimi xatırlanır. O zaman Cənubi Afrikanın Şarpevil şəhərində polislər "aparteid" qanununa qarşı dinc nümayiş keçirən insanlara atəş açdı və 69 nəfər bu hadisədə həyatını itirdi.
Millətçiliyə, irqçiliyə, faşizmə qarşı fəaliyyət göstərən və miqrantlara və qaçqınlara dəstək verən Mədəniyyətlərarası Fəaliyyət üzrə “UNITED” Avropa şəbəkəsi olaraq, tolerantlıq və bərabər hüquqların təşviqi və Avropada olan müxtəlifliyi qeyd etmək üçün bütün Avropada fəaliyyət həftəsi həyata keçirir.7
Dünyanın müxtəlif yerl ərində ayrı-seçkilik, ksenofobiya və irqçilik geniş yayılmışdır: Hindistanda kasta sistemindən əziyyət çəkən 160 milyon Dalit (Toxunulmazlar) var. ABŞ-da ölümə məhkum edilmədə irq əsas amil rolunu oynayır.5 21-ci əsrdə Çexiya Respublikasında, Slovakiyada və Macarıstanda yerləşən xəstəxanalar qaraçı qadınların məcburi sterilizasiyasını həyata keçirirdilər.6
Miqrantlara qarşı qeyri-bərabər rəftar və geniş yayılmış deportasiya halları, eləcə də bir çox hökumətlər tərəfindən qaraçılar kimi müəyyən etnik qruplara qarşı struktur ayrı-seçkiliklər ksenofobiya və gizli irqçilik hislərinin inkişaf etməsinə kömək edir. İrqçi ideologiyanın dəstəklədiyi nifrətlə törədilən cinayətlər mütəmadi olaraq Avropa Şurasının bir çox üzv ölkələrinin xəbərlərində yer alır.
Sual: Ölkənizdə irqi zorakılıqla ilə bağlı ən son olmuş hər hansı bir hadisəni göstərə bilərsiniz?
Antisemitizm
Antisemitizm “tez-tez sosial, iqtisadi və siyasi ayrı-seçkilik ilə müşayiət olunan, dini və ya azlıq qrupu olaraq yəhudilərə qarşı düşmənçilik” kimi müəyyən edilə bilər.9 Antisemitizm günümüzə qədər Avropa tarixində geniş yayılmışdır. 19-cu əsrin sonlarında Rusiyada yaşayan yəhudi icmaları müntəzəm olaraq qırğınların qurbanı olmuşdular. Qırğınlar zamanı yerli əhali tərəfindən yəhudi icmalarına qarşı sistematik ayrı-seçkilik hərəkətləri təşkil olunur və bunlar hüquq mühafizə orqanlarının razılığı və ya aktiv iştirakı və hökumətlərin antisemitik siyasətləri ilə dəstəklənirdi. Yəhudi icmalarına qarşı hücumlar Fransa və Avstriya da daxil olmaqla, digər Avropa ölkələrində də yayılmışdı.
20-ci əsrin birinci yarısında faşizm ideologiyasının yüksəlişi nəticəsində antisemitizm, iqtidarda olan irqçi ideologiyanın bir hissəsi olaraq Avropada olan bir çox yəhudilərin vəziyyətini daha da çətinləşdirdi. Qeyd olunanlar holokost dövründə Alman Nasist rejimi ilə birbaşa və ya dolayısı ilə işləmiş faşist rejimləri və partiyalar üçün həqiqəti əks etdirmiş, eyni zamanda irqçi ideologiyalardan təsirlənmiş digər cəmiyyətlərə və sistemlərə də böyük təsirlər göstərmişdir.Holokost dövründə İkinci Dünya Müharibəsi zamanı, həmçinin “Shoah” kimi tanınan bir dövrdə (Shoah - yəhudi sözü olub xarabalıq mənasını verir) Nasist Almaniyası və onun müttəfiqləri tərəfindən təxminən 6 milyon yəhudi, yalnız yəhudi olmaları səbəbindən, sistematik şəkildə məhv edilmişdir.
Bolşevik İnqilabının müvəffəqiyyəti ilə Sovet İttifaqında belə qırğınlar dayandırıldı, lakin antisemitizm məcburi deportasiya, əmlakın müsadirəsi və məhkəmə nümayişləri kimi nümunələr də daxil olmaqla müxtəlif formalarda davam etməyə başladı. Kommunist rejimi altında antisemitizm çox zaman rəsmi olaraq "anti-sionist" siyasəti altında gizlənmişdi.
İrqçilik siyasi problemləri həll etmək üçün ümumi bir həll yolu kimi yeni bir hörmət qazandı. Əlbəttə ki, biz bunu irqçilik adlandırmırıq. Biz buna terrorla mübarizə və ya immiqrasiya siyasəti deyirik.
Alana Lentini8
Hətta hal-hazırda bəzi hallarda ictimaiyyət tərəfindən müəyyən edilməsi və ya qəbul edilməsi çətin olsa belə, antisemitizm Avropada geniş yayılmışdır. Son illərdə yəhudi qəbiristanlıqları təhqir edilmişdir, yəhudilər müntəzəm olaraq nifrət dolu danışıqların hədəfləri olmuşlar və bəzən də onlar fiziki hücumlara məruz qalmışlar. Müntəzəm olaraq aparılan araşdırmalar Avropa cəmiyyətləri arasında davam edən və hərdən bir sıçrayışlarla müşaiyət olunan yüksək səviyyəli antisemitizmin mövcudluğunu göstərir.
İrqçilik və Dözümsüzlüyə qarşı Avropa Komissiyası (ECRI) qeyd edir ki, antisemitizm Avropada təhlükəli bir tendensiyadır və bütün səylərə baxmayaraq, antisemitizm "yalnız ekstremist partiyalar tərəfindən deyil, eyni zamanda müəyyən əsas partiyalar da daxil olmaqla, bir çox siyasi partiyalar və liderlər tərəfindən açıq və ya gizli şəkildə təbliğ edilir"10 və bir çox hallarda əhalinin müəyyən seqmentləri tərəfindən bu proseslərlə bağlı dözümlülük, hətta qəbul edilmə halları müşaiyət edilir.
Sual: İkinci Dünya Müharibəsi dövründə ölkənizdə yəhudi xalqına qarşı nələr baş vermişdir?
Antisemitizmə qarşı fəaliyyət göstərən gənclər
Dözümsüzlüyə qarşı hərəkat (İspaniya)
Ali m əktəb tələ bələri Pikassonun "Guernica" əsərinin hissələrini yenidən rəsm etmiş və ictimai fəaliyyət zamanı böyük divarda toplamışlar, bununla, keçmişin ölümcül nəticələrinin indiyə və buraya qədər mövcud olduğu nümayiş etdirilmişdir. Bu proses zamanı rəsmdə istifadə olunan simvollar və onların Holokost və "Kristallnacht Pogrom" ilə əlaqəsi tamaşaçılara izah edilib.
Holokost Mərkəzi və Fondu (Rusiya): Beynəlxalq müsabiqələr "Holokost dərsləri - Tolerantlıq yolu"
2002-ci ildən bu mərkəz Rusiyanın, digər Avropa və MDB ölkələrinin, İsrailin və ABŞ-ın tələbələri və müəllimləri üçün illik müsabiqə də daxil olmaqla, tolerantlıq və Holokost haqqında xatirə proqramları və beynəlxalq təhsil fəaliyyətləri həyata keçirir.
Avropa Şurası Parlament Assambleyasının 1563 nömrəli qətnaməsi (2007) üzv dövlətləri fərdlər, qruplar və ya hətta siyasi partiyalar tərəfindən törədil ən, Holokostun inkarı da daxil olmaqla, antisemitizmi qınayan qanunvericiliyin tətbiq edilməsinə çağırır.11
Avropa İttifaqının Fundamental Hüquqlar Agentliyi (FHA) üzv dövlətlərdəki antisemitizm vəziyyətinin qiymətləndirmələrini dərc edir. Aİ-də antisemitizm vəziyyəti haqqında 2010-cu ildəki hesabatda, Agentlik "əksər üzv dövlətlərdə antisemitik hadisələr haqqında rəsmi və ya qeyri-rəsmi məlumatlar və statistik məlumatlar olmadığını" qeyd etdi. Agentlik, Holokost təhsilinin antisemitizmə qarşı mübarizə vasitəsi kimi əhəmiyyətini tanıyır və illər ərzində bu sahədə bir neçə birgə layihəyə başlamış və iştirak etmişdir.12
Qaraçılara qarşı ayrı-seçkilik: Romafobiya və Antigipsizm
Roma (Qaraçı) və ya Romani adı müxtəlif alt-qrupların üzvləri kimi özünü müəyyən edən çoxsaylı etnik qrupun kollektiv adıdır. Məsələn, cari və ya keçmiş coğrafi mövqeyinə, dialektinə və ərazisinə görə əsaslanan qruplar bura daxildir. Avropada təxminən 10 milyon Roma (qaraçı) yaşayır. Bir neçə qrup daimi evi olmayan səyahətçilər kimi yaşayır, lakin əksəriyyət artıq oturaq şəraitdə yaşayır: bəziləri kiçik şəhərlərdə və kəndlərdə yaşayan şəhərli olmuş qaraçılardır. Qaraçılar demək olar ki, bütün Avropa ölkələrində mövcuddur.
Antigipsizm, irqçiliyin xüsusi bir forması, irqi üstünlük ideologiyası, dehumanizasiya forması və qaraçı xalqına qarşı tətbiq olunan institusional irqçilik kimi təsbit edilə bilər. “Bunlar bir tərəfdən təsəvvür edilən qorxuya, mənfi stereotiplərə və miflərə, digər tərəfdən qaraçılar qarşı uzun illər davam edən ayrı-seçkilik tarixinin ictimai vicdanından imtinasına və ya silinməsinə əsaslanır.13
Romalara qarşı ayrı-seçkilik Avropa daxilində d ərin köklü və ümumi bir reallıqdır. Avropa Şurasının İnsan Hüquqları üzrə Müvəkkilinin qeyd etdiyi kimi, Avropanın bütün ərazilərində nasist ideologiyasına və Qaraçılar ilə bağlı düşüncələrə bənzəyən t əhlükəli tendensiyalar mövcuddur. Bütün qaraçı əhalisinin cəzalandırılmasına dair ritorika üzv dövlətlər arasında çox yayılmışdır.14
Qaraçıların ayrı-seçkiliyə məruz qalma ehtimalının daha çox olduğu üçün qaraçı əhalisi silahlı münaqişələrə, təbii fəlakətlərə və ya iqtisadi böhranlara nisbətən daha həssas qruplardırlar. Bir çox ölk ələrdə qaraçılar zorakı irqçi qrupların qurbanı olmuşlar (Bolqarıstan, Macarıstan, İtaliya, Rumıniya və s.) və nəticədə öldürülmüşdülər. Qaraçılar keçmiş Yuqoslaviyadakı silahlı qarşıdurmalar zamanı atəşə tutulmuşdular.; Qaraçı məhəllələri və kəndləri çox zaman ayrı olurlar və təcrid olunurlar.15 Bir çox gənc qaraçılar onlara qarşı ədavətli sosial mühitdə böyüyür və burada onlara dəstək yalnız öz cəmiyyəti və ya ailəsi tərəfindən həyata keçirilir. Onlar təhsil və ya sağlamlıq kimi bir çox əsas hüquqlardan məhrum olurlar və ya onların məhdud imkanları olur.
Sual: Ölkənizin əhalisinin təxminən neçə faizi qaraçılardır?
2010-cu ildə Rumıniya və Bolqar qaraçılarının deportasiyası
2010-cu ildə Fransa hökuməti son dövrlərdə Fransaya köçmüş qanunsuz qaraçıların düşərgələrinə qarşı təzyiqlər elan etdi və qaraçı yaşayış məntəqələrinin cinayətlərin və ictimai çətinliklərin əsas mənbəyi olduğunu iddia edərək bir neçə min qaraçını geriyə, Ruminiya və Bolqarıstana göndərdi.
BMT-nin İrqi ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsi Fransanın bu müdaxiləsini ciddi tənqid etdi və irqçilik və ksenofobiyanın yenidən dirçəldiyini bildirdi. Eyni zamanda, rəy sorğularının nəticələrinə görə, Fransa əhalisinin 65%-i hökumətin qəddar xəttini dəst əkləyirdi.16 Avropa Sosial Hüquqlar Komitəsi yekdilliklə qaraçıların məcburi köçürülməsinin yenidən baxılmış Avropa Sosial Xartiyasında nəzərdə tutulmuş hüquqların pozuntusu olduğu, o cümlədən ayrı-seçkiliyə məruz qalmamaq və yaşayış hüququnun təmin edilmədiyi qərarına gəldi.17
“Porrajmos” 1933-1945 illər arasında Nasistlər və onların müttəfiqlərinin törətdikləri Avropa qaraçılarının soyqırımına aid edilir. Müxtəlif mənbələrə görə, bu soyqırım qurbanlarının sayı yarım milyondan 2 milyona qədər dəyişir və bu müharibədən əvvəlki qaraçı əhalisinin 70 faizinin məhv olması demək idi.
Sual: Sizin ölkənizin xəbərlərində adətən qaraçılar necə təqdim olunur?
Qaraçılar haqqında daha geniş məlumatlar və narahatlıqlar yavaş-yavaş ortaya çıxır. 2005-2015-ci illər üzrə Qaraçıların İnteqrasiyasının Onilliyi Avropa hökumətləri tərəfindən qaraçıların sosial- iqtisadi vəziyyətini və sosial inteqrasiyasını yaxşılaşdırmaq məqsədi ilə misli görülməmiş siyasi öhdəlik olaraq qalır.19 Gənclər tərəfindən həyata keçirilən tədbirlər və proqramlar qaraçılara aid və bizim çoxumuza məlum olan çoxlu sayda stereotipləri aradan qaldırmaqla onlara qarşı dözümsüzlük və qərəzli fikirlərin qarşısını almağa kömək etdi. Məsələn, "Typical Roma" beynəlxalq kampaniyası qaraçıların sosial təcrid olunmasının köklü səbəbləri kimi damğalanmaya və stereotiplərə qarşı yönəlmişdi.20
Gənclər üzərindəki "Romafobiya"-nın təsirlərinə passivlik, məyusluq, təcrid olunma, eləcə də qarşılıqlı stereotipləşmə və ayrı-seçkilik səbəbind əndən başqaları ilə qarşılıqlı əlaqə yaratmaq qorxusu, "başqalarının" yanlış anlayışları və qarşılıqlı təsir imkanlarının olmaması daxildir.18
Avropa Şurası 1969-cu ildə "Qaraçıların və digər səyahətçilərin Avropada vəziyyəti" haqqında ilk rəsmi mətni qəbul edərək qaraçıların ayrı-seçkiliyinə qarşı mübarizə aparmağa başladı. 2006-cı ildə Avropa Şurası qaraçı olmayanlar ilə qaraçıları bir yerə gətirmək məqsədi ilə maarifləndirici “Dosta!” Kampaniyasını həyata keçirtdi.
2010-cu ildə qaraçılara dair Strazburq Bəyannaməsi yüksək səviyyəli görüşdə qəbul edilmişdir; bu bəyannamədə üzv dövlətlər qaraçıların fəal iştirakı da daxil olmaqla, onlara qarşı ayrı-seçkilik edilməməsi və qaraçıların sosial fəaliyyətə cəlb olunması ilə bağlı tədbirləri ön plana çəkmək barədə razılığa gəliblər.
2012-ci ildə Avropa Şurasının gənclər sektoru Avropa Qaraçı şəbəkələri və təşkilatları ilə birlikdə qaraçılar və gənclərə dair Avropa siyasətlərində qaraçı gənclərinin iştirakını yaxşılaşdırmaq və gənc qaraçıların ayrı-seçkilik təsirlərinə qarşı mübarizə məqsədilə Qaraçı Gənclərin Fəaliyyət Planını başlatdı.
İrqçilik və Dözümsüzlüyə qarşı Avropa Komissiyası da (ECRI) Avropada qaraçıların vəziyyətinə diqqət yetirir; bu komissiyanın Qaraçılara qarşı Antigipsizmlə və Ayrı-seçkiliklə Mübarizə üzrə 13 saylı Ümumi Tövsiyəsi (2011), antigipsizmin “irqçiliyin xüsusi ilə inadkar, zorakı, tez-tez təkrarlanan və qeyri-adi bir forması" olduğunu vurğulayır və hökumətləri təhsil, məşğulluq, mənzil və sağlamlıq sahələrində antigipsizmlə mübarizəyə çağırır və qaraçılara qarşı olan irqçi zorakılıq və cinayətlər ilə mübarizə aparır.
Qaraçılar əsl avropalılardır.
Günter Grass
Avropa İttifaqı da üzv ölkələrində yaşayan qaraçılara qarşı ayrı-seçkiliyin təsirləri ilə mübarizənin zəruriliyini getdikcə daha çox qəbul edir. 2011-ci ilin aprel ayında Avropa Komissiyası "2020-ci ilə qədər Qaraçıların İnteqrasiyası üzrə Milli Strategiyaları üçün Avropa İttifaqının Çərçivə parametrləri" sənədini hazırladı.21 Bu sənəd "Son illərdə həm üzv dövlətlərdə, həm də Aİ səviyyəsində əldə edilmiş bəzi irəliləyişlərin olmasına baxmayaraq, əksər qaraçıların gündəlik vəziyyətlərində az dəyişiklik baş verdi"yini vurğulayırdı.
Dinə əsaslanan dözümsüzlük
Dini etiqad azadlığı və dini tolerantlıq hər bir Avropa ölkəsində mövcud olan əsas dəyərlərdəndir. Lakin dinə əsaslanan ayrı- seçkilik hərəkətləri həl ə də yoxa çıxmamışdır. Dini dözümsüzlük çox zaman irqçilik və ksenofobiya ilə - xüsusilə Antisemitizm və İslamofobiya ilə - əlaqələndirilir. Halbuki keçmişdə Avropa çox zaman, Protestant və ya Katolik xristianlar, Qaraçılar və Şərq ortodoksları və ya "rəsmi" kilsələr və müxalif qruplar arasında münaqişələr və ayrı- seçkiliklər ilə xarakterizə olunmuşdur. Günümüzdə xristian məzhəbləri arasındakı siyasi fərqlər daha az əhəmiyyətə malikdir. Eyni zamanda, azlıqda olan bir çox dini icmalar, o cümlədən Bahalar, Buddistlər, Xristianlar, Hindular, Yəhudilər, Müsəlmanlar, Rastafarianlar, Avropa boyunca firavan yaşamağa davam edir.
Bu artan dini müxtəliflik çox zaman inkar edilir. Belə insanlara dini olmayan milyonlarla Avropalı aid edilə bilər. Dini dözümsüzlük və ayrı- seçkilik çox zaman irqçilik və ksenofobiya ilə əlaqələndirilir və buna görə, çoxşaxəli ayrı-seçkiliyə yol açır.
Dinə əsaslanan ayrı-seçkilik haqqında daha ətraflı məlumatı Din və İnam bölməsində tapa bilərsiniz.
Sual: Sizin ölkənizdə hansı dini azlıqlar mövcuddur?
Cinsiyyətə və ya cinsi oriyentasiyaya əsaslanan ayrı-seçkilik
Cinsiyyətə bağlı ayrı- seçkiliyə kişilərdən fərqli olaraq qadınlar (buna həmçinin seksizm və ya cinsi ayrı-seçkilik də deyilir) və cinsiyyəti müəyyən edilməyən və ya öz cinsinə uyğun olmayan “transseksual” və ya “transgender” insanlar daxildir. Qadınlar və kişilər arasında bərabərlik haqqında "gender" bölməsində daha ətraflı müzakirə olunub, burada biz yalnız gender və ya cinsi əlaqəli ayrı-seçkiliyin digər formalarına müraciət edirik.
Homophobia is often defined as "an irrational fear of and aversion to homosexuality and of lesbian, gay, bisexual and transgender (LGBT22) people, based on prejudice, similar to racism, xenophobia, antisemitism and sexism"23, as well as people who are perceived as being LGBT. If directed against transgender people, it is called "transphobia". Various totalitarian regimes of the 20th century made homophobia a part of their political ideology, such as Nazism in Germany, Stalinism in the Soviet Union or Fascism in Spain. Democratic regimes in Europe have, nonetheless, justified homophobic legislation, including pathologisation and criminalisation of homosexuality, and, with it, structural discrimination of LGBT people for a long time. Today, discrimination against LGBT people still occurs in all societies in Europe in spite of the fact that many states have adopted anti-discrimination legislation. Many LGBT people cannot fully enjoy their universal human rights, run the risk of becoming victims of hate crime and may not receive protection when attacked in the street by fellow citizens.
When I was in the military, they gave me a medal for killing two men and a discharge for loving one.
Epitaph on the grave of Leonard Matlovich, gay and war veteran
In many parts of the world, LGBT people are subjected to different forms of violence that range from verbal attacks to being murdered. In many countries in the world, the practice of homosexuality is still a crime and in some of them it is punishable by a prison sentence or the death penalty24.
61% of young gay, lesbian, bisexual and transgender persons from 37 European countries claimed that they experienced prejudice and/or dis-crimination in school, and 51% in their family. 38% of respondents said they had experienced prejudice and/or discrimination in a community they belonged to and 30% did so in their circle of friends.25
Şəxsin əmniyyət və təhlükəsizlik hüququ insanların (gənclərin) məktəbdə təhdidlərə və ya iş yerində təcavüzə məruz qalması ilə daha tez-tez pozulan hüquqlardandır. Avropanın bir çox ölkəsində lezbiyan və qey cütlüklər evlənmək, ailə qurmaq və ya uşaqları övladlığa götürmək hüququ kimi bir çox sahələrdə ayrı-seçkilik ilə qarşılaşırlar.
Sual: Sizin ölkənizdə cinsi azlıqlar hansı sahələrdə ayrı-seçkiliyə məruz qalırlar?
Avropa Şurasının fəaliyyəti
Avropa İnsan Hüquqları Məhkəməsi tez-tez homofobiya hallarınınnın sanksiyalaşdırılmasında qabaqcıl rola malik olmuşdur. Bir sıra məhkəmə işləri yetkinlər arasında qarşılıqlı razılığa əsaslanan münasibətlərlə bağlı cinayət qanunvericiliyində olan ayrı-seçkiliyin Avropa İnsan Hüquqları Konvensiyasının şəxsi həyatla əlaqədar 8-ci maddəsinə zidd olduğunu aşkarladı (Dudgeon Böyük Britaniya qarşı,1981; Norris İrlandiya qarşı, 1988; Modinos Kiprə qarşı məhkəmə işləri, 1993.). Məhkəmə əslində cinsi oriyentasiya ilə əlaqəli cinayət qanunvericiliyinin insan hüquqlarını pozduğunu aşkarlayan və cinsi oriyentasiya məsələlərini həll etmək üçün ən uzun müddətli və ən geniş məhkəmə təcrübəsinə malik olan ilk beynəlxalq orqan idi. Burada həmçinin tək valideynli övladlığa götürmə ilə bağlı bir sıra məhəkəmə işləri də olmuşdur.
In 2011, the Council of Europe Commissioner for Human Rights published his report on discrimination on grounds of sexual orientation and gender identity. The report welcomed the advances made in the field of LGBT rights in most member states, stating that "the pathologisation and criminalisation of homosexuality in Europe clearly belong to the past". At the same time the report noted that serious concerns remain in many areas of human rights of LGBT persons, and this is especially true of the rights of transgender persons.26
Avropa Şurası cinsi azlıq məsələlərini diqqət mərkəzinə gətirmək üçün onların işləri ilə bağlı bir qurum yaratdı. Bu onun tarixində ilk belə struktur olaraq beynəlxalq hökümətlərarası qurum kimi elan edildi və Avropada insan hüquqları çərçivəsində LGBT problemlərinin əhəmiyyətini bildirdi.
Education, both formal and non-formal, play a central role in reducing and eradicating prejudice against LGBT people. It is only through education that prejudices can be addressed and challenged. The programmes of the European Youth Centres and of the European Youth Foundation regularly feature human rights education and training activities for multipliers and activists against homophobia. These include study sessions organised in co-operation with youth organisations such as the International Lesbian, Gay, Bisexual, Transgender, Queer Youth and Student Organization (IGLYO) and the Association of Nordic and Pol-Balt LGBTQ Student Organizations (ANSO).
Ayrı-seçkiliyə qarşı mübarizə
Təhsil
Gender Məsələləri
Gənclər sektoru gənclərə qarşı cinsi zorakılıq və gənclərin məsələləri ilə işləyən təlimçilərə və gənc liderlərə dəstək olmaq üçün Gender Məsələləri dərs vəsaitini nəşr etmişdir.
Anti-diskriminasiya və anti-irqçi fəaliyyətlərə aid bir neçə yanaşma mövcuddur:
- ayrı-seçkiliyin yol verilməməsi hüququnu tətbiq etmək üçün hüquqi hərəkətlər;
- qərəzli fikir və dözümsüzlük mexanizmləri haqqında məlumatlılığın artırılması üzrə təhsil proqramları və onların insanlar arasındakı ayrıseçkiliyə və incikliklərə necə töhfə verməsi və müxtəlifliyin qiymətləndirilməsinə və tolerantlığın inkişafına kömək etməsi ilə bağlı fəaliyyətlər;
- vətəndaş cəmiyyətləri tərəfindən ayrıseçkilik və qərəzli fikirləri inkar etmək, nifrətlə baş tutan cinayətlərə və nifrət dolu çıxışlara qarşı əks hərəkət etmək, ayrı-seçkilik qurbanlarını dəstəkləmək və ya qanunvericilik dəyişikliklərini təşviq etmək kimi fəaliyyətlər.
Tədrisçilər hər bir insanda tolerantlıq, qeyri ayrı-seçkilik münasibətlərinin inkişaf etdirilməsi ehtiyacını tanıyır və müxtəlifliyi inkar və ya istisna etmək əv əzinə onu anlayan və ondan faydalanan bir təhsil mühiti yaradır. Bu dəyişikliyin bir hissəsi kimi, uşaqlar və ya gənclərlə işləyən şəxslər, eləcə də uşaqlar və gənclər özlərinin və digərlərinin ayrı-seçkiliyə əsaslanan davranışlarından xəbərdar olmalıdırlar. Məsələn, insan hüquqları üzrə təhsil tədbirl əri iştirakçıları bir tərəfdən maarifləndirə, digər tərəfdən isə insanların ayrı- seçkilikdən qaça bilməsi, qarşısını ala bilməsi və ayağa qalxması üçün möhkəmləndirə və iddialı olmağa kömək edə bilər.
Avropa Şurası irqçiliyə, antisemitizmə, ksenofobiyaya və dözümsüzlüyə qarşı hərəkətləri və maarifləndirməni təşviq etmək məqsədilə "Hər kəs fərqli – Hər kəs bərabər" Təhsil Paketini hazırlamışdır.
www.coe.int/compass
Mədəniyyətlərarası təhsil müxtəliflik haqqında öyrənmə prosesidir və bu təhsil Avropa gənclərinin işində mərkəzi bir yanaşma olmuşdur. Avropa Şurasının gənclik sahəsində mədəniyyətlərarası təhsil, "müxtəlif mədəniyyətlərə mənsub olan insanlar və qruplar arasında müsbət əlaqələrin inkişaf etdirilməsinə yönəldilmiş sosial təhsil prosesi"27 kimi təqdim olunur və qarşılıqlı hörmət və həmrəyliyi təşviq edir.
Beynəlxalq insan hüquqları çərçivəsi
Birləşmiş Millətlər Təşkilatı
BMT sistemində ayrı-seçkiliyə qarşı mübarizə üçün əsas vasitələrindən biri İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Aradan Qaldırılması haqqında Beynəlxalq Konvensiyadır və bu sənəd onu imzalayan dövlətləri irqi ayrı-seçkiliyə qarşı mübarizə aparmağa sövq edir. Konvensiya fərdi şikayət mexanizminə malikdir və ona İrqi Ayrı-seçkiliyin Aradan qaldırılması üzrə Komitə (CERD), müstəqil ekspertlər qurumu, tərəfindən nəzarət edilir. Bütün tərəfdaş ölkələr Komitəyə müntəzəm olaraq hesabat təqdim etməlidirlər. Komitə də öz növbəsində narahatlıq və tövsiyələri dövlət tərəfinə "yekun müşahidələr" formasında yönləndirir. Komitə öz nəzarət funksiyalarını həyata keçirmək üçün daha üç mexanizmə malikdir: erkən xəbərdarlıq proseduru, dövlətlərarası şikayətlərin araşdırılması və fərdi şikayətlərin araşdırılması. Qadınlara Qarşı Ayrı -seçkiliyin Aradan Qaldırılması haqqında Konvensiya və Əlillərin Hüquqları haqqında Konvensiya kimi BMT-nin digər Konvensiyaları da xüsusi qruplara qarşı ayrı-seçkiliyin edilməsi məsələlərinə yönəlmişdir.
Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT)
ATƏT üç qitədən (Avropa Şurasının bütün üzv dövlətlərini də daxil olmaqla) 56 üzvü olan regional təhlükəsizlik təşkilatıdır. ATƏT də öz növbəsində antisemitizm ilə, xristianlara və müsəlmanlara qarşı ayrı- seçkilik də daxil olmaqla irqçiliyin bütün formaları, ksenofobiya və ayrı-seçkiliklə mübarizədə iştirak edir. ATƏT-in təşkilatlarından biri olan Varşavada yerləşən Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (ODIHR) :
- Nifrətlə törədilən cinayətlər haqqında məlumatları və statistikanı toplayır və yayır;
- Dözümsüzlük və ayrı-seçkiliklə mübarizədə ən yaxşı təcrübələri təbliğ edir;
- Dözümsüzlük və ayrı-seçkilik səbəbindən yaranan cinayətlərə dair qanunvericiliyin hazırlanmasında və nəzərdən keçirilməsində tərəfdaş iştirakçı dövlətlərə köməklik göstərir.
ATƏT-in milli azlıqların məsələləri ilə bağlı Milli Azlıqlar üzrə Ali Komissarı fəaliyyət göstərir və onun mandatına milli azlıqların məsələlərini əhatə edən gərginliklərin erkən həllini müəyyənləşdirmək və axtarmaq daxildir.
Avropa İttifaqının anti-diskriminasiya siyasəti
Biz ... köləlik və qul ticarətinin insanlığa qarşı bir cinayət olduğunu … və bunların irqçilik, irqi ayrı-seçkilik,
ksenofobiya və dözümsüzlüyün əsas mənbələri və təzahürləri olduğunu qəbul edirik
Durban Bəyannaməsi və Fəaliyyət Proqramından28
Fundamental Hüquqlar üzrə Avropa İttifaqı Xartiyasının 21.1- ci maddəsinə əsas ən “cins, irq, dəri rəngi, etnik və ya sosial mənşə, genetik xüsusiyyətlər, dil, din və ya inanc, siyasi və ya başqa fikirlər, milli azlıqlara mənsubluq, əmlak, doğulduğu yer, əlillik, yaş kimi istənilən səbəbdən yaranan ayrı-seçkiliklər qadağan olunmalıdır".
Aİ-nin anti-diskriminasiya ilə əlaqəli bir çox direktivləri vardır. İrqi bərabərlik Direktivi irqi və etnik mənsubiyyətindən asılı olmayaraq, insanlar arasında bərabər münasibəti təmin edir. Məşğulluq sahəsində Bərab ərlik üzrə Çərçivə Direktivi, əlilliyə, dinə və ya inama, yaşa görə iş yerindəki ayrı-seçkiliyi qadağan edir. Qadın və kişi bərabərliyi iki direktivdə öz əksini tapır. Bunlardan biri məşğulluq və fəaliyyət məsələlərinə, digəri isə mal və xidmətlərin əldə edilməsi və təchizatı məsələlərinə aiddir.29
Aİ qanunvericiliyi həmçinin hər bir üzv dövlətin məsləhət və dəstək üçün əlaqələndirilə biləcək milli bərabərlik orqanına malik olmasını tələb edir.
Qaçqınlara sığınacaqların verilməsindən imtina, Aİ sərhədlərində bir çox miqrantların ölümləri, İslamofobiya və qaraçıların deportasiyası ilə bağlı suallar Avropa İttifaqı üzvlərini bölməkdə davam edir və ayrı-seçkilik əleyhinə görülmüş işlərə kölgə salır. Hakimiyyətdə olan siyasi partiyalar tərəfindən ayrı-seçkilik yaradan qanunvericiliyin qəbul edilməsi də insan hüquqlarına qarşı təhdidə səbəb olur. Bu problemlər, ayrı-seçkilik, irqçilik və dözümsüzlüklə mübarizə sahəsində gənclərin siyasəti də daxil olmaqla yalnız hərtərəfli siyasət sayəsində aradan qaldırıla bilər.
Avropa Şurası
1949-cu ildə Avropa Şurası yaranandan bəri irqçilik və dözümsüzlüklə mübarizə onun əsas məqsədlərindən biri olub və bu gün də Şuranın prioritetlərindən biri olaraq qalır. Avropa İnsan Hüquqları Konvensiyasına və digər konvensiyalara əlavə olaraq, Avropa Şurası irqçilik, ayrı-seçkilik və dözümsüzlüklə əlaqəli xüsusi alətlər yaradıbdır. ECRI 1993-cü ildə hər bir üzv dövlətd ə irqçilik, irqi ayrı-seçkilik, ksenofobiya, antisemitizm və dözümsüzlük ilə bağlı vəziyyətə nəzarət etmək üçün müstəqil insan hüquqları qurumu kimi yaradılmışdır və bu qurum öz hökumətlərinə xüsusi tövsiyələr və digər bütün üzv dövlətlərə isə ümumi tövsiyələr ünvanlayır.
AİHK Avropa Şurasının irqçilik və dözümsüzlüklə mübarizədə əsas orqanı olsa da, təşkilatın digər qurum və departamentləri, o cümlədən Nazirlər Komitəsi, Parlament Assambleyası, İnsan Hüquqları Komissarı, Milli Azlıqların Qorunması haqqında Çərçivə Sazişi üzrə Məşvərət Komitəsi, Avropa İnsan Hüquqları Məhkəməsi bu məqsədə xidmət edir.
Milli Azlıqların Müdafiəsi haqqında Çərçivə Konvensiyası “Milli azlıqların və bu azlıqlara mənsub şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, insan hüquqlarının beynəlxalq müdafiəsinin ayrılmaz tərkib hissəsi” olduğunu qəbul edir. (Maddə 1) Konvensiyanın iştirakçı dövlətləri - milli azlıqlara qanun qarşısında bərabərlik hüququ, eləcə də iqtisadi, sosial, siyasi və mədəni həyatın bütün sahələrində zəmanət verməyi öhdələrinə götürürlər; dinc toplantı, birlik, ifadə, düşüncə, vicdan və din azadlıqlarını təmin edirlər; milli azlıqların üzvlərinin öz mədəniyyətlərini qoruyub saxlamaq, inkişaf etdirmək və qoruya bilməsi üçün imkanlar yaradırlar. Bu da məcburi assimilyasiyanı qadağan edir.30
AİHM Çex Respublikası tərəfindən roma uşaqların təcridini qınayır31
“Ərizəçilər öyrənmə əlilliyi olan şagirdlər üçün nəzərdə tutulan "xüsusi məktəblərdə" yerləşdirilən qaraçı mənşəli məktəblilər idi. Onlar qaraçı mənşəli olmayan uşaqlarla müqayisədə özlərinə qarşı təhsil sahəsində fərqli davranıldığını bildirdilər. Belə ki, onlar xüsusi məktəblərdə əsaslandırılmadan yerləşdirilərək adi ibtidai məktəblərdə nəzərdə tutulandan son dərəcə aşağı təhsil almış, bunun nəticəsində, peşə təlim mərkəzlərindən başqa yerlərdə orta təhsil almaq imkanından məhrum edillmişdirlər.”
"Məhkəmə 1 saylı Protokolun 2-ci maddəsi (təhsil hüququ) ilə birlikdə 14-cü (ayrı-seçkiliyin qadağan edilməsi) pozuntusunu aşkara çıxartdı.”32
Sual: Sizin ölkənizdə ayrı-seçkiliklə mübarizə aparmaq üçün hansı dövlət orqanlarının səlahiyyətləri vardır?
Avropa gənclər siyasətinə ənə nəvi olaraq mədəniyyətlərarası maariflənmənin kəskin ölçü meyarları və irqçilik və qərəzli fikirlər ilə mübarizə daxil edilibdir. Avropa Şurasının gənclər siyasəti üzrə əsas sənədi olan "2020-ci il Gündəliyi" hər-hansı bir səbəbdən yaranan irqçilik və ayrı-seçkiliyin istənilən formasının qarşısının alınması və əks tədbirlər görülməsinə xüsusi diqqət yetirir və mədəniyyətlərarası maariflənməni "xüsusi ilə mədəniyyətlərarası dialoqun təşviq edilməsi və irqçilik və dözümsüzlüklə mübarizə" üzrə qeyri formal təhsil metodu kimi görür.33 Gənclər siyasətinin və fəaliyyətinin ayrı-seçkiliyə qarşı ən böyük tədbirlərindən biri "Hər kəs fərqli - Hər kəs bərabər" adlı Avropa gənclər kampaniyasıdır və bu kampaniya gəncləri irqçiliklə, antisemitizmlə, ksenofobiya və dözümsüzlüklə mübarizə və müxtəliflik, insan hüquqları və iştirakla əlaqəli məqsədlər üçün səfərbər etmişdir. Minlərlə gənc Avropa boyunca bu kampaniyanın müxtəlif fəaliyyətlərində iştirak etmişdir.
European youth policies have traditionally included a strong dimension of intercultural learning and combating racism and prejudice. Agenda 2020, the main youth policy document of the Council of Europe, puts a special emphasis on "preventing and counteracting all forms of racism and discrimination on any ground" and recognises intercultural learning as a non-formal educational method "particularly relevant for promoting intercultural dialogue and combating racism and intolerance"33.
“Ləyaqətlə Bərabərhüquqlu Birgə Yaşama” adlı Mədəniyyətlərarası Dialoqa dair Ağ Kitab 2008-ci ildə Avropa Şurası tərəfindən qəbul edilmişdir və bu Kitab siyasətçiləri və bu sahədə praktiki çalışanları mədəniyyətlərarası dialoqun təşviq edilməsi üçün qaydalarla və analitik və metodik vasitələrlə təmin edir. Bu sənəd, insan ləyaqəti və bizi əhatə edən "ümumi insanlığımız və ümumi ləyaqatimiz" əsasında mədəni müxtəlifliyin idarə olunması üçün mədəniyyətlərarası yanaşmaları təbliğ edir.
İrqçilik, ksenofobiya və ayrı-seçkiliklə mübarizə aparmaq üçün mövcud alətlərin və yanaşmaların geniş spektri olmasına baxmayaraq, əcnəbilərə qarşı düşmənçilik, azlıqların hüquqlarının pozulması, yüks ək səviyyəli aqressiv milliyyətçilik və ayrı-seçkilikin bayağı növləri Avropada əksər cəmiyyətlərdə hələ də günümüzün reallığıdır. Buna görə də müxtəlifliyi, bərabərliyi, ayrı-seçkilik edilməməsini və insan hüquqlarını təşviq etmək üçün günümüzdə fəal və yaradıcı olmaq çox vacib hesab edilir.
İstinadlar
1 İnsan Hüquqları və Əsas Azadlıqlarının Qorunması haqqında Konvensiyanın 12 saylı Protokolu
2 Mario Peucker, “İdmanda irqçilik, ksenofobiya və struktur ayrı-seçkilik”, Ölkə hesabatı, Almaniya, Bamberq, 2009, s26:
www.efms.uni-bamberg.de/pdf/RACISM_in_SPORT_2010.pdf
3 “Hər kəs Fərqli – Hər kəs Bərabər” Təhsil Paketi – “Gənclər və böyüklərlə mədəniyyətlərarası qeyri-formal təhsil üçün fikirlər, resurslar, metodlar və məşğələlər” (yenilənmiş nəşr) Avropa Şurası, 2005
4 Məsələn, “İrq” üzrə Amerikan Antropoloji Assosiasiyasının Bəyanatına baxın: www.aaanet.org/stmts/racepp.htm
5 İrqçilik və ədalətin administrasiyası, Beynəlxalq Amnistiya, 2001, AI Indeks: 40/020/2001: www.amnestymena.org/Documents/ACT%2040/ACT400202001en.pdf
6 Lydia Gall, Dağıdıcı Sterilizasiya – Çoxşaxəli Ayrı-seçkilik Nümunəsi, 2010: www.errc.org/cikk.php?page=10&cikk=3564
7 www.unitedagainstracism.org
8 Alana Lentin, “Dəyişiklik etmək öhdəliyi. İrqçilik, antisemitizm, ksenofobiya, dözümsüzlük və onların Avropadakı gənclərə təsiri” (simfozium hesabatı), 2006
9 Webster's Third New International Dictionary
10 ECRI Ümumi Siyasət Tövsiyyəsi No.9: Antisemitizm əleyhinə mübarizə, iyun 2004, CRI (2004)37
11 http://assembly.coe.int/main.asp?Link=/documents/adoptedtext/ta07/eres1563.htm
12 http://fra.europa.eu/fraWebsite/attachments/Antisemitism_Update_2010.pdf
13 Valeriu Nicolae, ergonetwork: www.ergonetwork.org/antigypsyism.htm
14 “Romaların insan hüquqları üzrə mövqelər”, İnsan Hüquqları Komissarından Mövqe Vərəqi
https://wcd.coe.int/ViewDoc.jsp?id=1631909
15 Dosta! Kampaniya üzrə ümumi məlumat. www.dosta.org/en/node/55
16 S&C: Fransada Roman təcridləri, BBC məqaləsi www.bbc.co.uk/news/world-europe-11027288
17 Qətnamə CM/ResChS (2011)9 Kollektiv Şikayət No. 63/2010 https://wcd.coe.int
18 Ingrid Ramberg, “Dəyişiklik etmək öhdəliyi. İrqçilik, antisemitizm, ksenofobiya, dözümsüzlük və onların Avropadakı gənclərə təsiri” (simfozium hesabatı), 2006
19 Daha ətraflı www.romadecade.org
20 Daha ətraflı www.typicalroma.eu
21 http://ec.europa.eu/justice/policies/discrimination/docs/com_2011_173_en.pdf
22 Intersex people (variety of conditions in which a person is born with a reproductive or sexual anatomy that doesn't seem to fit the typical definitions of female or male) and the ones who identify themselves as "queer" may associate themselves with the LGBT community, which is then collectively referred as LGBTIQ.
23 European Parliament resolution on homophobia in Europe (P6_TA(2006)0018), January 18, 2006, www.europarl.europa.eu/sides/getDoc.do?type=TA&reference=P6-TA-2006-0018&language=EN
24 ILGA "State Sponsored Homophobia", May 2009: www.ilga.org/statehomophobia/ILGA_State_Sponsored_Homophobia_2009.pdf
25 "Social Exclusion of Young Lesbian, Gay, Bisexual and Transgender (LGBT) People in Europe", ILGA-Europe and IGLYO, April 2006, www.iglyo.com/content/files/2006-Report-SocialExclusion.pdf
26 www.coe.int/t/Commissioner/Source/LGBT/LGBTStudy2011_en.pdf
27 Equipe Claves-dan İngrig Ramberg tərəfindən “Avropa Gənclər İşində Mədəniyyətlərarası Öyrənmə: Hansı Yollar Mövcuddur?”-da gətirilmiş sitat, Avropa Şurası, 2009.
28 İrqçilik, İrqi Ayrı-seçkilik, Ksenofobiya və Əlaqədar Dözümsüzlüyə qarşı BMT Dünya Konfransı: www.un.org./WCAR/durban.pdf
29 Direktivlər (2000/43/EC), (2000/78/EC), (2006/54/EC) ve(2004/113/EC)
30 Milli Azlıqların Qorunması haqqında Çərçivə Konvensiyası, http://conventions.coe.int/Treaty/en/Treaties/Html/157.htm
31 D.H. və digərləri Çex Respublikasına qarşı Məhkəmə işi (Ərizə No. 57325/00), Hökm, Strazburq, 13 Noyabr 2007: www.asil.org/pdfs/ilib071214.pdf
32 Avropa İnsan Hüquqları Konvensiyasının 60 ili: Roman Hüquqları, 2010, Avropa Şurası
33 Yekun Bəyannamə: Avropa Şurası gənclər siyasətinin gələcəyi: GÜNDƏLİK 2020, Avropa Şurasında Gənclər üzrə məsul Nazirlərin 8-ci Konfransı, Kiyev, 2008: www.coe.int/t/dg4/youth/ig_coop/8_cemry_declaration_EN.asp
compass-key-date
- 27 YanvarHolokost qurbanlarının xatirəsinə həsr olunmuş Beynəlxalq Anma
- 21 Martİrqi ayrı-seçkiliyin aradan qaldırılması üçün Beynəlxalq Gün
- 8 AprelDünya Qaraçılar Günü
- 17 MayBeynəlxalq Homofobiya və Transfobiya ilə Mübarizə Günü
- 20 IyunDünya Qaçqınlar Günü
- 2 AvqustQaraçıların Holokostunun Beynəlxalq Anım Günü
- 9 NoyabrFaşizm və Antisemitizmə qarşı Beynəlxalq Gün
- 16 NoyabrBeynəlxalq Tolerantlıq Günü
- 18 DekabrInternational Migrants’ Day
Struktural ayrı-seçkiliyin əsas elementi niyyət deyildir, əsas element azlıq qruplarını tabe olan alt mövqedə saxlamaq istəyidir.
Fred Pinkus