Image: Theme 'Children' by Pancho

Uşaq Hüquqları Konvensiyası

İnsan hüquqları qanunu 18 yaşdan aşağı olan hər bir insanı uşaq kimi müəyyən edir. 2005-ci ildə YUNİSEF dünyadakı uşaqların ümumi sayının 2,2 milyard olduğunu hesablamışdır. Avropadakı uşaqların sayının bu rəqəmin 1/10-ə bərabər olduğu – təxminən 200 milyon – ehtimal edilir.

 

Hər  bir  uşaq  bir  möcüzə olduğunu və dünya yaranandan bəri və dünyanın sonuna qədər onun kimi başqa bir uşaq olmadığını və olmayacağını bilməlidir. Pablo Kasalz

Uşaqlar da insandır, buna görə də onların da böyüklər kimi eyni insan hüquqları vardır. Lakin uşaqlar xüsusi qayğı və yardıma ehtiyacı olan biriləri kimi tanınırlar və bu səbəbdən onların "öz şəxsi" insan hüquqları üzrə sazişi - Uşaq Hüquqları Konvensiyası (UHK) vardır.

Uşaq Hüquqları Konvensiyası (UHK) 1989-cu ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul edilmiş və 1990-cı ilin 2 sentyabr tarixində qüvvəyə minmişdir. UHK onu qəbul etmiş ölkələrdə 18 yaşdan aşağı olan bütün uşaqlar üçün tətbiq edilir. Demək olar ki, bütün ölkələr bu sənədi qəbul etmişdir. Yalnız Amerika Birləşmiş Ştatları və Somali dövləti bu Konvensiyanı ratifikasiya etməmişdirlər.

UHK nə üçün vacibdir?

UHK dünyada ən geniş şəkildə ratifikasiya olunan insan hüquqları alətidir. Bu konvensiya xüsusilə uşaqların hüquqlarını qorumaq üçün qəbul edilən əsas baza sənədidir. UHK uşaqlara digər insanlara nisbətən daha çox hüquq t əqdim etmir, lakin uşaqların hər kəsin sahib olduğu insan hüquqlarından istifadə edə biləcəyinə əmin olmaq üçün əlavə təminatlara ehtiyac ola biləcəyini bildirir.

Beynəlxalq sazişlər arasında insan hüquqlarının bütün spektrlərini vurğulamaq diqqətəlayiqdir: mülki, siyasi, sosial, iqtisadi və mədəni hüquqlar.

Analıq və körpəlik xüsusi himayə və yardım hüququ verir. Nikahlı və yaxud nikahsız doğulmuş bütün uşaqlar  eyni sosial müdafiədən istifadə etməlidirlər. ÜİHB, Maddə 25(2)

UHK uşaqlara münasibət baxımından yaxşılığa doğru bir dəyişiklik etdi. Belə ki, UHK hesab edir ki, uşaqların hüquq və vəzifələri olan fərd olmaları onların şəxsi inkişafına təsir göstərir.

Bundan əlavə, UHK uşaqların hüquqlarını tələb etmək üçün xüsusi bir çərçivə müəyyən etmişdir.

Əgər hər bir uşaq cinsiyyətindən, etnik mənşəyindən, sosial statusundan, dilindən, yaşından, milliyətindən və ya dinindən asılı olmayaraq bu hüquqlara malikdirsə, onda onların həm də bir-birinə insani baxımdan hörmət etmək vəzifələri vardır. Əgər uşaqlar münaqişə, qəddarlıq, istismar və etinasızlıqdan qorunmaq üçün hüquqlara malikdirsə, onda bir-birinə qarşı da zorakılığa və ya zərər verməməyə görə məsuliyyət daşıyırlar. Əgər uşaqlar təmiz ətraf mühitə sahib olmaq hüququna malikdirlərsə, o zaman onlar da ətraf mühitin qayğısına qalmaq üçün cavabdehlik daşıyırlar.1

Sual: Nə üçün bəzi hüquqlara çıxış imkanı böyüklərlə müqayisədə uşaqlar üçün daha çətindir?

UHK necə fəaliyyət göstərir?

Sizin uşağınız sizin deyil. Onlar davamlı bir həyatın özünə həsr etdiyi oğulları və qızlarıdır.Siz onların cisminə sahib çıxa bilərsiniz, lakin onların ruhuna, qəlbinə sahib çıxa bilmərsiniz. Çünki onların ruhu sizin hətta yuxularınızda belə gedə bilməyəcəyiniz gələcəyin evində yaşayır.
Xəlil Gibran

Hər 5 ildən bir UHK-ə imza atan ölkələr uşaqların hüquqları üzrə əldə edilmiş nailiyyətlər haqqında Konvensiyaya daxil olan hüquqlara uyğun olaraq hesabat verməlidirlər. Eyni zamanda digər təşkilatlar da hesabat təqdim etməyə təşviq edilirlər və burada bir çox hallarda Qeyri Hökumət Təşkilatları (QHT-lər) hökumətin hesabatında qeyd olunmayan lakin Konvensiyanın mümkün pozuntuları barədə məlumatlara toxunurlar.

Komitə müstəqil ekspertlərdən ibarətdir və bütün hesabatları – hökumət və QHT-lər tərəfindən t əqdim olunmuş - nəzərdən keçirdikdən və Cenevrədə hökumət nümayəndələrinə suallar ünvanlamaq üçünsessiya keçirdikdən sonra Yekun Müşahidələri tərtib edir. Bunlar Komitənin UHK-nin lazımi səviyyədə yerinə yetirilm ədiyini hesab etdiyi sahələr üzrə düzəlişlərin və irəliləyişlərin həyata keçirilməsi üçün ölkələrə verilən tövsiy ələrdir. Daha sonra onlar hökumətin təqdim etdiyi növbəti hesabatında bu tövsiyyələrin yerinə yetirilib və ya yetirilmədiyini yoxlayacaqlar.

Sual: Uşaq Hüquqları Komitəsinə ölkənizdə uşaq hüquqları ilə əlaqəli nəyə dair hesabat verərdiniz?

UHK-in fakultativ protokolları

UHK- in iki fakultativ protokolu vardır. Bu sənədlərin hər ikisi 2000-ci ilin may ayında qəbul edilmişdir. Onların icrasına nəzarəti də Uşaq Hüquqları üzrə Komissiya həyata keçirir. Birinci fakultativ protokol silahlı qarşıdurmalara uşaqların cəlb edilməsinə və ikinci fakultativ protokol isə uşaq alveri, uşaq fahişəliyi və uşaq pornoqrafiyasına aiddir. 2011-ci ilin iyun ayında Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Şurası tərəfindən üçüncü əlavə protokolun layihəsi qəbul edilmişdir. Uşaq Hüquqları Komitəsi uşaqların və ya nümayəndələri tərəfindən onların hüquqlarının pozulmasına dair edilmiş müraciətləri araşdırır.

UHK-nin əsas xüsusiyyətləri

UHK-də tam və geniş hüquqları özündə əks elətdirən 54 maddə var – mülki, siyasi, mədəni, sosial və iqtisadi hüquqlara aid maddələr. Bunların hamısı 18 yaşdan aşağı olan hər bir şəxsin hüquqlarının müdafiəsinə xidmət edir. UHK insan hüquqlarının 3 kateqoriyasına əsaslanır və 4 əsas prinsip üzrə idarə edilir.

Üç “P”

UHK-də hüquqların qorunması maddələri 3 kateqoriya üzrə qruplaşdırıla bilər ki, bunları da çox vaxt üç “P” kimi adlandırırlar - iştirak (participation), müdafiə (protection) və təminat (provision).

İştirak uşaqların qanunun obyekti kimi deyil, bir subyekt olaraq başa düşülməsidir. Bir çox böyüklər və bir çox cəmiyyətlər ən azından uşaqların rifahı ilə bağlı olan qərarlarda elə davranırlar ki, sanki uşaqlar müstəqil düşüncəyə qadir deyil və sanki onların istəkləri və ya hissləri böyük önəm kəsb etmir. Buna baxmayaraq, Konvensiya “uşaqlar da bir insandır” ideyasını təşviq edir və uşaqların istəklərinin nəzər ə alınmasını lazım bilir. Konvensiyada deyilir ki, uşaqların hansı yaşda olmasından asılı olmayaraq insan olduqları üçün onlarla hörmət və ləyaqətlə davranılmalıdır. Bu cür “ləyaqətli davranış” onlara müstəqil bir varlıq olmağa imkan verəcək, özlərini hazır hiss etdikləri zaman arzu və düşüncələrini ifadə etməyə şərait yaradacaqdır. Beləliklə, uşaqlara aid qərar qəbul ediləndə onların arzuları və düşüncələri vacib bir faktor kimi nəzərə alınacaqdır.Konvensiya uşaqların iştirak hüquqlarının tanınmasından əlavə onların xüsusi müdafiəyə, məsələn, sui-istifadə, zorakılıq, istismar və qəddarlıq hallarına qarşı müdafiəyə ehtiyac duya biləcəklərini də qəbul edir.

Üçüncü “P”, təminat (provision) uşaqların tam inkişafı üçün lazım olan hüquqları, məsələn, kifayət qədər qida, təmiz su, formal təhsil, sığınacaq və səhiyyə hüquqlarını əhatə edir.

Goto top

Sual: Çalışdığınız gənclərin arzularını nə qədər dinləyir və onların arzularına hörmət edirsiniz?

Finlandiyada fəaliyyət göstərən uşaq parlamenti

Fin Uşaq Parlamentinin istifadəsi üçün onlayn virtual parlament binası qurulmuşdur. Bu virtual bina, vaxt və yerləşməsindən asılı olmayaraq, öz fəaliyyətlərini davam etdirmək v ə ünsiyyətdə olmaq üçün nümayəndələrə məkan təmin edir. Uşaq Parlamentinin Şurası və Komitələri hər həftə çat otaqlarında onlayn görüşür, məsələləri müzakirə edir və gələcək plenar sessiyalara hazırlaşırlar. Uşaq Parlamentinin üzvləri öz diskusiya forumlarında məsələləri onlayn müzakirə edir, qərarvericilər t ərəfindən təqdim olunmuş sorğuları cavablayır və iki həftəlik onlayn plenar sessiya həyata keçirirlər. Şura və uşaqlar həmçinin şəxsən görüşürlər. http://www.lastenparlamentti.fi

Dörd Prinsip

İştirakçı dövlətlər öz baxışlarını formalaşdırmağa qadir olan uşağı özünə aid bütün məsələlər barəsində həmin baxışları sərbəst ifadə etmək hüququ ilə təmin edirlər, həm də uşağın baxışlarına onun yaşına və yetkinliyinə uyğun lazımi diqqət yetirilir.
UHK, Maddə 12

Konvensiyanın əsasını dörd rəhbər prinsip t əşkil edir və ümumi hüquqlar üçün tələblər sənəddə nəzərdə tutulmuşdur. Bu prinsiplər həmçinin sənədd ə ayrı-ayrı maddələr kimi də öz əksini tapır. BMT-nin Uşaq Hüquqları Komitəsi Konvensiya üçün hesabata dair Təlimat hazırlayan zaman bu dörd prinsipi ayrı-ayrı bəndlər kimi siyahıya almışdır.

Prinsip 1: Ayrı-seçkiliyin olmaması (Maddə 2)

Ayrı-seçkiliyə yol verilməməsi madd əsi heç zaman məhdudlaşdırıla bilməz: Siyahıda göstərilən səbəblərə görə ayrı-seçkilik qadağan edilir və eyni zamanda burada qeyd edilməyən digər formalara da icazə verilmir. Qızlara oğlanlar kimi eyni imkanlar, əmək qabiliyyətlilərə əlil uşaqlar kimi eyni, müsəlmanlara induslar kimi, xristianlar kimi eyni, varlıya kasıblar kimi imkanlar və s verilməlidir.

İştirakçı dövlətlər uşağın, onun valideynlərinin və ya qanuni qəyyumlarının irqindən, dərisinin rəngindən, cinsindən, dilindən, dinindən, siyasi və ya digər əqidələrindən, milli, etnik və ya sosial mənşəyindən, əmlak vəziyyətindən, səhhətindən və doğum şəraitindən və ya hər hansı başqa hallardan asılı olmayaraq, heç bir ayrı-seçkiliyə yol vermədən, onların yurisdiksiyası daxilində hər bir uşaq üçün bu Konvensiyada nəzərdə tutulan bütün hüquqlara hörmət bəsləyir və onları təmin edirlər.
UHK, Maddə 2

Prinsip 2: Uşaqların ən yaxşı maraqları (Maddə 3)

Bu prinsip uşaqların tam hüquqlu insan olması ilə bağlıdır. Burada qeyd edilir ki, uşaqlar haqqında qərar qəbul edilərkən ilk olaraq bu faktor nəzər ə alınmalıdır. Amma bu o demək deyil ki, uşaqlar hər bir vəziyyətdə ist ədiklərini etməlidirlər. Çünki bəzi hallarda, xüsusil ə uzunmüddətli perspektivdə, kənardan izləyən şəxs uşağın maraqlarını daha yaxşı müəyyən edir.

Sual: Sizin fikrinizcə, uşaq üçün ən yaxşı qərarı kim qəbul etməlidir? Valideynlər, uşağın özü və ya dövlət orqanları?

Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir.
UHK, Maddə 3

Prinsip 3: Yaşamaq, sağ qalmaq və sağlam inkişaf hüququ (Maddə 6)

Bu prinsip ilk baxışdan göründüyündən daha genişdir: Belə ki, bu prinsip UHK- ni imzalamış dövlətl ərə yalnız uşaqların fiziki inkişafına deyil, həmçinin onların zehni, mənəvi, əqli, psixoloji və sosial inkişafına da diqqət yetirmələri üçün öhdəliklər tətbiq edir. Hökumətlər azad cəmiyyətdə hər bir uşağın sərbəst yaşamağa hazırlanması məqsədi ilə ən uyğun olan "mühiti yaratmalıdır” .

Prinsip 4: Uşağın fikirlərinə hörmət edilməsi (Maddə 12)

Yuxarıda qeyd edilən “iştirak” hissəsində artıq bu prinsipə qismən müraciət edilmişdir. Uşaqların ailə həyatı, məktəb həyatı, institusional və digər qayğı yerləri, habelə sığınacaq axtarma prosedurları ilə bağlı mövzular çərçivəsində uşaqlar üçün yaradılan imkanlar tərəfdaş dövlətlər tərəfindən Uşaq Hüquqları üzrə Komitəyə təqdim edilən hesabatda qeyd olunmalıdır.

Uşaqların vəziyyəti: faktlar və rəqəmlər

Goto top

UHK-ın qəbul edilməsi hökumətlərin öhdəliklərinin formalaşdırılması və hər-hansı bir formada hesabatlılığın təmin edilməsi üzrə proseslərinin başlanılması istiqamətində atılmış böyük bir addım idi. Buna baxmayaraq, bu yalnız bir başlanğıc idi. Dünyanın hər bir ölk əsində Konvensiyada nəzərdə tutulmuş standartlara nail olmaq üçün uşaq hüquqları sahəsində hələ uzun bir yol qət edilməlidir.

States Parties shall ensure to the maximum extent possible the survival and development of the child.
CRC, Article 6.2

Dünyadakı uşaqlar

Dünyada olan 2.2 milyard uşaqdan 600 milyonu həddindən artıq yoxsulluq içində yaşayır. Bu o deməkdir ki, hər dörd uşaqdan biri gündəlik bir avrodan aşağı olan məbləğ hesabına yaşayır.2
Hər il təxminən yaşı beşdən aşağı olan 9 milyon uşaq əsas etibarı ilə qarşısı alına bilinən səbəblərdə n dünyasını dəyişir. Buna baxmayaraq, bu rəqəm 20 il bundan əvvəl daha yüksək idi və hal-hazırda azalmağa doğru davam edir.3Hər gün 17.000 uşaq aclıqdan ölür. BMT-nin hesablamalarına görə, 18 yaşına çatmamış təxminən 250,000 oğlan və qız uşaqlarının silahlı qruplar və ya silahlı qüvvələr ilə əlaqələri vardır. Orta məktəb yaşında olan 100 milyondan artıq uşaq məktəblərə getmir. Qızlar oğlanlara nisbətən daha çox məktəblərdən kənarda qalır.

Avropada uşaqlar

Avropada olan uşaqlar bir çox problem lərlə qarşılaşırlar ki, bunların da bir qismi aşağıda göstərilən statistikada öz əksini tapmışdır. Bəzi spesifik problemlər haqqında daha ətraflı bu fəsilin digər bölmələrində məlumat verilir.

Avropada uşaqların hüquqları

  • Bir çox uşaqlar ailə daxilində, cəmiyyətdə, internatda və digər yerlərdə zorakılıqdan əziyyət çəkirlər. Mərkəzi və Şərqi Avropada aparılmış sorğuya cavab verən məktəblil ərin 35%-i bildirir ki, onlar bu müsahibədən əvvəlki iki ay ərzində zorakılığa məruz qalmışdılar. Bu göstərici 15 ilə 64 faiz arasında dəyişir.
  • Avropa Birliyində yaşayan uşaqlarının 19%-i yoxsulluq riski altındadır.
  • Mərkəzi və Şərqi Avropaya (MŞA), Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil olan 22 ölkədə 626,000-dən çox uşaq internatlarda yaşayır.
  • Çox zaman müxtəlif səbəblərə görə bəzi qrup uşaqlar ayrı-seçkilikdən əziyyət çəkirlər. Məsələn, Avropada yaşayan qaraçı uşaqların təhsild ən kənarda qalmaları və səhiyyə xidmətlə rinə çıxışlarının zəif olması hallarına tez-tez rast gəlinir. Bir çox əlil uşaqların mütəmadi olaraq təhsildən və müntəzəm olaraq onlara təsir edən qərarların qəbul edilməsində iştirakdan kənarda qalma hallarına rast gəlinir.
  • Avropa İttifaqının dünyanın ən zəngin bölgələrindən biri olmasına baxmayaraq, bölgədəki uşaqlar yoxsulluqda yaşamağa davam edirlər. 9 yaşdan kiçik uşaqların 9% -i məvacib almayan böyükləri ilə bir evdə yaşayırlar. Son iyirmi il ərzində bəzi Aİ ölkələrində uşaq yoxsulluğu və sosial təcrid olunma əhəmiyyətli dərəcədə artmışdır. Burada kiçik uşaqlar digər qrup uşaqlara nəzərən daha çox yoxsulluq riski ilə üzləşirlər.

Dörd ay ərzində biz məktəbə getmədik. Biz altı evə, daha doğrusu yeddi evə və altı yeni məktəbə getdik… Mən köçməyi sevmirəm. Çünki hər dəfə yeni dostlarla tanış oluram, amma sonra yenidən harasa köçməyə məcbur qalıram.
10 yaşında qız, "Dinləyin-Evsiz uşaqların səsləri"ndən sitat

Küçə uşaqları

YUNİSEF üç qrup küçə uşaqları müəyyən etmişdir: ailələrindən qaçıb küçələrdə tək yaşayanlar - küçədə yaşayan uşaqlar; vaxtlarını ən çox küç ələrə sərf edən, özü-özlərinin qayğısına qalanlar – küçədə işləyən uşaqlar; və küçə ailələrindən olmuş və ailələri ilə birlikdə küçədə yaşayan uşaqlar:

  • İspaniyaya daxil olan yetkinlik yaşına çatmayan mərakeşlilərin sayı 1998-ci ildə İspaniyanın Daxili İşlər Nazirliyi tər əfindən ilk dəfə qeydiyyata alındıqları vaxta nisbətən davamlı olaraq yüksəlmişdir. Belə ki, 1998-ci ildən 2002-ci ilə qədər bu rəqəm dörd dəfədən çox, 811-dən 3500-dək artmışdır.
  • Rusiyanın Sankt-Peterburq şəhərində küçədə işləyən uşaqların sayı 10,000 və 16,000 arasında hesablanmışdır. Həmin uşaqların 20% -i fahişəliyə cəlb olunmuşdur.
  • Ukraynada f əaliyyət göstərən bəzi uşaq evlərinin məlumatlarında qeyd edilir ki, orada yaşayan uşaqların 97% -i evsizdir.
  • Gürcüstanda yaşayan təxminən 2500 uşaq dilənçilik yolu ilə və ya fahişəliklə məşğul olaraq pul qazanmaq üçün küçələrə üz tutublar.
  • Hər il Böyük Britaniyadan 100,000 gənc evdən qaçır: Qaçanların 6.7%-nin doğma olan hər iki valideyni, 13%-nin doğma olan yalnız bir valideyni, 18%-nin ögey ailəsi və 30.8%-nin isə “digər ailə forması" vardır

Uşaqların, yəni, bizim uşaqlarımızın müdafiəsi üçün zaman yetişdi. Bizi dini mənsubiyyətin, mədəni ənənələrin, siyasi oriyentasiyanın sərhədləri boyunca yalnız bu səbəb birləşdirə bilər. Biz yaddan çıxmış qadağalarımızı geri qaytarmalı və uşaqların sui-istifadəsini və onlara qarşı qəddarlığı sadəcə qəbul edilə bilməz hala gətirməliyik.

Olara Otunnu, BMT-nin Uşaqlar və Silahlı münaqişələr üzrə xüsusi nümayəndəsi

Sual: Ölkənizdə nə qədər uşağın küçədə yaşadığını bilirsiniz?

İnsan alveri

Demək olar ki, hər bir ekspert insan alverinin artan problem olduğunu düşünür. Lakin zərər çəkmiş insanların sayı üzrə müvafiq rəqəmlərlə bağlı ekspertlər arasında çox az razılığın olması çətinliklərdən biri hesab edilir. ABŞ Hökumətinin hesablamalarına görə, hər il 600-800 min şəxs beynəlxalq sərhədlər boyunca insan alverinə məruz qalır. Birləşmiş Millətlər Təşkilatının Narkotik və Cinayətkarlıq üzrə Bürosunun sübutları göstərir ki, sərhəd boyunca və dövlətlərin ərazisi daxilində olan bütün insan alveri qurbanlarının 20% -dən çoxunu uşaqlar təşkil edir.

 

Avropa Şurasının İnsan alverinə qarşı mübarizə haqqında Konvensiyası
Avropa Şurasının İnsan alverinə qarşı mübarizə haqqında Konvensiyası 2008-ci ilin 1 fevral tarixində qüvvəyə minmişdir. Bu sənəd insan alverinin insan hüquqlarının bir pozuntusu olması və insanların ləyaqətinə və bütövlüyünə qarşı bir cinayət olması prinsiplərinin tanınmasına əsaslanır.
Hərtərəfli bir sənəd kimi bu konvensiyanın aşağıdakı məqsədləri vardır:
İnsan alverinin qarşısının alınması
İnsan alveri qurbanlarının hüquqlarının qorunması
İnsan alveri ilə məşğul olanları məsuliyyətə cəlb etmək.
Bu sənəd zərər çəkənin kim olmasından və ya insan istismarının formasından asılı olmayaraq insan alverinin bütün formalarına tətbiq edilir.

Uşaqlara qarşı zorakılıq

Cismani cəza

Uşaqların pis davranışlarına görə onlara şapalaq vurmaq yalnız bir dərs deyil, bu həmçinin: balaca və zəif şəxslərin insan hüquqlarına qarşı edilmiş hörmətsizliyin güclü bir nümayişidir.
Tomas Hammarberq, Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı

İnsan hüquqları üzrə qanunlarda uşaqların evdə, məktəbdə və ya hər hansı bir digər şəraitdə cismani cəzaya məruz qalma halları da daxil olmaqla hər cür zorakılıqdan qorunma hüququna malik olduğu qeyd olunur.
Avropa ölkələri də daxil olmaqla bütün dünya cəmiyyətl əri uşaqlara qarşı şiddətin müəyyən formalarına, xüsusi ilə evdə olan zorakılıqlara hələ də dözür və hətta qəbul edir.
1998-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsi ilk dəfə olaraq cismani cəzaya görə valideynlərin cəzalandırılması haqqında mühüm hökm çıxarmışdı. “A” adlı bir gənc ingilis oğlan uşağı öz ögey atası tərəfindən döyülmüş və bədənində ağır zədələr qalmışdı. Avropa Məhkəməsi həmin oğlanın alçaldıcı cəzadan müdafiə olunmaq hüququnun pozulduğunu müəyyən etdi.
2011-ci ilin iyun ayından etibarən 117 ölkənin məktəblərində cismani c əza qanuna zidd hesab edilmişdir. Lakin buna baxmayaraq, bu ölkələrin yalnız 29-unda uşaqların ev də daxil olmaqla harada olmasından asılı olmayaraq zorakılıq cəzasından müdafiəsi təmin edilir. Avropa Şurasının iyirmi iki üzv ölkəsində evdə, məktəbdə, cəzaçəkmə sistemlərində və digər alternativ qayğı sistemlərində zorakılıq qadağan edilmişdir.

Sual: Uşaqlara qarşı cismani cəzanın bütün növlərini qadağan etmək düzgündür?

Tədris prosesinin düzgünlüyünün yoxlanılması uşaqların xoşbəxtliyidir.
Mariya Montessori

Kiber təhdidlər və cinsi istismar təsvirləri

Uşaqlar internetdən istifadə zamanı geniş çeşidli risklərə, məs ələn, uyğun olmayan materiallar izlənilməsi, onlayn zorakılıq və təcavüz və ya sui-istifadənin və istismarın qurbanı olmaq kimi bir çox digər risklərə məruz qala bilərlər. Uşaqlarla müntəzəm təmasda çalışan insanlar bu cür təhlükələrdən uşaqları qorumaq üçün aşağıdakı tədbirləri görməlidirlər:
Əgər uşaqların bu kimi risklərə məruz qalmasından xəbərdar olarlarsa və ya qeyri-qanuni və təhlükəli internet materiallarını aşkarlayarlarsa məruzə etmək, şikayət etmək və ya sorğu-sual etmək kimi fərdi tədbirlərin görülməsi;
Uşaqları məlumatlandırmaq və məsələni onlarla müzakirə etməklə onları dəstəkləmək;
Məlumata ehtiyacı olan valideynləri internetdən istifadənin təhlükələri və uşaqların ziyarət etdikləri saytlara baxa bilmə imkanları haqqında məlumatlandırmaq.
Avropa Şurası gənc uşaqlar üçün “Wild Web Woods” adlı interaktiv oyun hazırlamışdır. Bu oyun, uşaqlara təhlükəsiz bir mühit daxilində internetdən istifadə etdikləri zaman virtual təhlükələri müəyyən etməyə və müqavimət göstərməyə kömək edir.

Mən qərar verdim ki, fəryad etmək daha yaxşıdır. Sükut insanlığa qarşı əsil bir cinayətdir.
Nadejda Mandelstam, rus yazıçı

Cinsi zorakılıq

Mövcud məlumatlar göstərir ki, Avropada yaşayan təxminən hər beş uşaqdan biri cinsi zorakılığın müxtəlif formalarının qurbanıdırlar. Aparılmış araşdırmalara əsasən 70-85% hallarda təcavüzkar uşağın tanıdığı və inandığı biri olmuşdur. Uşaqlara qaşı cinsi zorakılığın bir çox formaları ola bilər: ailə daxilində cinsi istismar, uşaq pornoqrafiyası və fahişəliyi, korrupsiya, həmyaşıdları tərəfindən cinsi həmlə və internet vasitəsi ilə çağırışlar.
Uşaqlara qarşı cinsi zorakılıq Avropanın hər bir ölkəsində mövcuddur, lakin bu zorakılığın dərindən aydın təsvirini əldə etmək üçün bir çox mane ələr vardır. Əksər vaxtlarda bu cür halların hesabatları olmur, zorakılığın ifşa olunması illərlə vaxt çəkə bilir, etibarlı statistikanın əldə edilməsi çətin olur və məlumatların yığılması üçün standart və koordinasiya olunmuş heç bir metod olmur.
Uşaqların Cinsi İstismar və Seksual Xarakterli Hərək ətlərdən Müdafiəsinə dair Avropa Şurası Konvensiyasında (Lanzarote Konvensiyası) cinsi zorakılığın qarşısını alınması, uşaqların müdafiəsi və təcavüzkarların ittiham edilməsi kimi zəruri olan bütün tədbirlər əks olunmuşdur. Bu Konvensiya uşaqlara qarşı cinsi zorakılığın müxtəlif formalarına müraciət edən ilk beynəlxalq sənəddir. Bu sənədin ticari adı dörd “P” yanaşması adlanır: Zorakılığın qarşısının alınması (“prevention of violence”) , zərər çəkmiş uşaqların müdafiəsi (“protection of child victims”), cinayətkarların mühakiməsi (“prosecution of offenders”) və tərəfdaşlığın təşviqi və iştirak siyas əti (“promotion of partnerships and participation policies”). Lanzarote Konvensiyası uşaqlarla təmasda olan mütəxəssilərin cinsəllik təhsili, maarifləndirmə və potensial cinayətkarlara qarşı müdaxilə proqramları üzrə seçilməsini və təlimini xüsusi ilə tələb edir

Beşdə Bir
Xüsusi hüquqi vasitələrlə uşaqlara qarşı cinsi zorakılığa qarşı mübarizə v ə əhatəli maarifləndirmə tədbirləri Avropa Şurasının “Uşaqlarla birlikdə uşaqlar üçün Avropa yaratmaq” proqramının iki əsas strateji m əqs ədi hesab edilir. 2010-cu ilin noyabr ayında Avropa Şurası uşaqlara qarşı zorakılığa son vermək üçün Beşdə Bir Kampaniyasını başlatdı. Beşdə Bir Kampaniyası Avropa Şurasının Cinsi İstismara və Sui-istifadəyə qarşı Uşaqların Müdafiəsi Konvensiyasının imzalanması, ratifikasiyası və həyata keçirilməsinə nail olmaq və uşaqları, onların ailə/qəyyumlarını, geniş mənada cəmiyyətlərini məlumatla təmin etmək, uşaqlara qarşı törədilən cinsi zorakılığın bəyan edilə bilməsi və qarşısının alına bilinməsi üçün vasitələrlə təchiz etmək niyyətindədir.
Daha ətraflı oxuyun: www.coe.int/oneinfive

Avropa təşəbbüsləri

Goto top

Avropa Şurası

Avropa şurası və onun üzv dövlətləri Avropada yaşayan uşaqların üzləşdikləri bəzi problemləri həll etmək üçün bir sıra hüquqi sənədlər, proqramlar və tövsiyələr qəbul etmişdir.
Avropa Şurasının xüsusilə uşaqlara aid olan bəzi hüquqi sənədləri bunlardır:
Uşaqların Cinsi İstismar və Seksual Xarakterli Hərəkətlərdən Müdafiəsinə dair Avropa Şurası
Konvensiyası (2007) – uşaqların cinsi istismarını cinayət hesab edən ilk beynəlxalq hüquqi sənəddir.
Uşaqların övladlığa götürülməsi haqqında Avropa Konvensiyası (2008-ci ildə yenilənmişdir)
Əlbəttə ki, insan hüquqları ilə bağlı olan bütün hüquqi sənədlər də uşaqlara aid edilir.

Uşaqlarla birlikdə uşaqlar üçün Avropa yaratmaq
Bu proqram Avropa Şurası Dövlət və Hökumət Başçılarının Üçüncü Sammitinin nəticəsi olaraq təqdim edilmişdir. (Varşava 2005). O, bir-birinə yaxın olan iki məsələni əhatə edir: uşaq hüquqlarının təmin edilməsi və uşaqlara qarşı zorakılığın qarşısının alınması. Proqramın əsas məqsədi bütün qərarverənlərə və iştirakçılara uşaq hüquqlarının qorunması və uşaqlara qarşı zorakılığın qarşısının alınması üçün milli strategiyaları hazırlamağa və həyata keçirməyə yardım etməkdir.

Avropa Şurası həmçinin insan hüquqları və uşaq hüquqlarına təsir edən ən mühüm məsələlər üzrə məlumatlılığın artırılması və kampaniyaların həyata keçirilməsinə önəm verir.
2007-ci ildə Avropa Şurasının gənclər sektoru insan hüquqlarına dair uşaqlar üçün maarifləndirici təlimat kitabını - Kompasitonu nəşr etdi. Dərs vəsaiti gənc yaş qrupunda olan insanların hüquqlarına diqqətin artırılması məqsədi il ə və artan tələblərə cavab olaraq hazırlanmışdır. Kompasitonun Avropaya sonradan yayılması həyatının erk ən illərində olan uşaqlarda insan hüquqları üzrə maarifləndirmənin çox səmərəli olduğunu sübut etmişdi.
Demokratik. Vətəndaşlıq üzrə Təhsil Proqramı uşaqların vətəndaş olmasını gücləndirən və demokratiyanın mexanizmlərini anlamağa imkan verən maarifləndirici tədbirlərin həyata keçirilməsi sahəsində qaydaları müəyyən etmişdir.

Gənc Məsləhətçilərin Avropa Şəbəkəsi
Gənc Məsləhətçil ərin Avropa Şəbəkəsi uşaqları fəal şəkildə fəaliyyətə cəlb etmək, onlarla işləmək və onların Avropa səviyyəsində eşidilməsi üçün şərait yaratmaq məqsədi ilə 2008-ci ildə yaradılmışdır. Bu Şəbək ə vasitəsi ilə uşaqlara, hüquq sahibləri və öz şəxsi həyatının və böyüdüklə ri ətraf mühitin mütəxəssisləri kimi, UOAŞ-ın fəaliyyətində öz təcrübələrini bölüşmək, uşaqları    narahat    edən məsələlərlə bağlı Ombudsmanlara aydın bir fikir təqdim etmək və UHK-də qeyd olunan hüquqlarının qorunmasının və təbliğinin necə təmin edilməsi ilə bağlı qeyd olunan proseslərdə iştirak etmək imkanı veriləcəkdir.

Uşaqların işləri üzrə Ombudsmanların Avropa Şəbəkəsi

“Ombudsman” sözü skandinaviya sözü olan “ombud” sözündən əmələ gəlir ki, bu da nümayəndə, müvəkkil və ya xüsusi səlahiyyət verilmiş komissar mənaları anlamına gəlir.
Bu o deməkdir ki, həmin şəxs müəyyən bir qrupun maraqlarını/hüquqlarını müdafiə edir və həmin qrupu təmsil edir, onların şikayətləri ilə məşğul olur və ya araşdırır, həmin qrupun adından danışır və fərdi şəxslər və qrup üçün vəziyyəti yaxşılaşdırmağa çalışır.
Uşaqların işləri üzrə Ombudsmanların Avropa Şəbəkəsi (UOAŞ) yaradılmışdır. Belə bir ombudsmanın rolu tam müstəqil olaraq hökumət və digər dövlət orqanlarından asılı olmadan UHK-nin tam həyata keçirilməsini təmin etməkdir. Uşaqların işləri üzrə Ombudsman adətən dövlət və özəl qurumlarla il ə əlaqəli işlərdə uşaqların maraqlarını/hüquqlarını qoruyacaq və onları dəstəkləyəcək və həmçinin hadisələrin inkişafını izləyəcəkdir.
2011-ci ilədək 30 ölkədə 39 belə təşkilat yaranmışdır. Ombudsmanın mandatı uşaq hüquqlarının təşviqini və qorunmasını asanlaşdırmaqdır.

Sual: Sizin ölkənizdə uşaqların ombudsmanı var?

Avropa İttifaqı

2006-cı ildə Avropa Komissiyası “Uşaq hüquqları üzrə Aİ strategiyasına doğru“ adlı sənəd irəli sürdü. Bu sənəd Avropa İttifaqı Gündəliyində uşaq hüquqlarına yeni bir təkan verir, Komissiyanın fəaliyyəti üçün yeddi məqsədi əhatə edir və 2011-ci il Aİ Gündəliyinin kriteriyalar müəyyən edir. 2010-cu ildə Komissiya həmçinin yetkinlik yaşına çatmayan uşaqlar üçün fəaliyyət planını hazırladı və uşaqlara, gənclərə və qadınlara qarşı zorakılıqla mübarizədə DAPHNE proqramının fəaliyyətlərini davam etdirirdi. Uşaq Hüquqları üzrə Avropa İttifaqının Gündəliyi, Lissabon müqaviləsində və Fundamental Hüquqlar Xartiyasında təsbit olunduğu kimi, Avropa İttifaqı ölkələrinin uşaq hüquqlarının tanınması, qorunması və yerinə yetirilməsi üzrə bütün müvafiq siyasətlərində və fəaliyyətlərində Aİ-nin tam öhdəliyini yenidən gücləndirmək məqs ədi daşıyırdı. Bu gündəlik Aİ -nin uşaqların rifahına və təhlükəsizliyinə effektiv töhfə verə biləcək 11 xüsusi fəaliyyəti əhatə edir.

Eurochild
“Eurochild”
“Eurochild” uşaqlar və gənclərin həyat keyfiyyətini yaxşılaşdırmaq üçün Avropada və Avropa boyunca çalışan təşkilatların və fərdi şəxslərin şəbəkəsidir. “Eurochild” Avropada və ondan kənarda uşaqları şəbəkələşmə, tədqiqat, kommunikasiya, vəkillik vasitəsilə qorumaq üçün fəaliyyət göstərən vətəndaş cəmiyyətinin bir nümunəsidir. Daha ətraflı məlumatı www.eurochild.org saytından əldə edin.

Qeyri Hökumət təşkilatları

Qeyri hökumət təşkilatları yalnız UHK-ya nəzarət edilməsi ilə bağlı səsə malik deyil, həmçinin, gündəlik iş və təcrübələri ilə uşaq hüquqlarının həyata keçirilməsinə töhfə verir. Uşaqların rəhbərlik etdiyi təşkilatlar da mühüm rol oynayır. Qeyri hökumət təşkilatlarının (QHT) fəaliyyəti insan hüquqları sahəsində uşaqların maarifləndirilməsindən başlayaraq, araşdırmaların aparılması, uşaqların müdafiəsi naminə təşəbbüslərin irəli sürülməsi və uşaq yönümlü siyasətin həyata keçirilməsi istiqamətində dövlət orqanları ilə əməkdaşlıq da daxil olmaqla müxtəlif hüquqlarla bağlı olan bir çox digər fəaliyyətlərdən ibarətdir.
Beynəlxalq Uşaqların Müdafiəsi təşkilatı, 40 ölkədə təmsil olunmaqla işi birbaşa müdaxilələr, lobbiçilik, monitorinq və mütəxəssislərin peşə hazırlığı vasitəsilə uşaq ədalətinə nail olunmasına yönəlmiş olan beynəlxalq QHT-dir.
ECPAT, dünyanın 70-dən çox ölkəsində uşaq fahişəliyinin, uşaq pornoqrafiyasının və cinsi məqsədlər üçün uşaq alverinin aradan qaldırılması istiqamətində fəaliyyət göstərən beynəlxalq bir şəbəkədir.
Uşaq Hüquqları Konvensiyasının QHT Qrupu, 70 milli və beynəlxalq QHT-ləri özündə birləşdirən və vəzifəsi UHK–nin təşviqini və icrasını asanlaşdırmaq olan bir şəbəkədir.
Avropa Gənclər Forumu, Avropa institutları, Avropa Şurası və Birləşmiş Millətlər Təşkilatı qarşısında gə nclərin ehtiyaclarını, maraqlarını müdafiə edən və onları təmsil edən 98 milli gənclər şurasının və beynəlxalq gənclər təşkilatlarının təmsil olunduğu bir platformadır.
Gənclərin Klubları üzrə Avropa Konfederasiyası (ECYC), 27 Avropa ölkəsində 28 üzv təşkilat vasitəsilə açıq gənclər işini, qeyri-formal təhsili tətbiq və təşviq edən gənclər işi və gənclər klubu təşkilatlarının bir şəbəkəsidir.
Uşaqları Qoruyun, 120 ölkədə təmsil olunmaqla uşaq hüquqlarının qorunması və təbliğində, ehtiyacı olan uşaqların dəstəklənməsinə aparıcı təşkilatlardan biridir. Genişmiqyaslı təşəbbüsləri əhatə etməklə, birbaşa müdaxilə dən vəkillik və lobbiçiliyə qədər, təşkilatın görmək istəyidi dünya hər bir uşağın sağ qalmaq, müdafiə, inkişaf və iştirak hüququ əldə etdiyi bir dünyadır.
Beynəlxalq Şahin Hərəkatı - Sosialist Təhsil İnternasionalı (IFM-SEI) təhsilə və həssas uşaqlarla birbaşa işləm əyə dair seminarlar və təlim kursları, beynəlxalq düşərgələr, konfranslar və kampaniyalar təşkil edərək uşaq və gəncləri gücləndirən və onların hüquqları üçün mübarizə aparan beynəlxalq bir təhsil hərəkatıdır.

Goto top

İstinadlar

1 YUNİSEF üzrə BK Komitəs, vərəqə:: www.unicef.org/pakistan/rightsleaflet.pdf
2  "Dünya Uşaqlarının Vəziyyəti 2008", YUNİSEF 2008: www.unicef.org/sowc08/docs/sowc08.pdf
3 "Dünya Uşaqlarının Vəziyyəti Xüsusi buraxılış, Uşaq Hüquqları Konvensiyasının 20-ci ilinə həsr olunur", YUNİSEF, 2010: www.unicef.org/rightsite/sowc/pdfs/SOWC_Spec%20Ed_CRC_Main%20Report_EN_090409.pdf
4 Baş Katibin bəyanatı, "BMT rəsmisi: Aclıq gündəlik 17000 uşağın ölümünə səbəb olur", CNN, 2009: http://edition.cnn.com/2009/WORLD/europe/11/17/italy.food.summit/
5 “Humanitar Fəaliyyət Hesabatı 2009”, YUNİSEF, 2009: www.unicef.pt/docs/HAR_2009_FULL_Report_English.pdf
6 EFA Qlobal Nəzarət Hesabatı, “Gizli Böhran: Silahlı Münaqişə və Təhsil”, Oksford Universiteti Nəşriyyatı, YUNESKO, 2011: http://unesdoc.unesco.org/images/0019/001907/190743e.pdf
7 Parlamentarilər üçün Təlimat kitabı, No. 13, 2007, Uşaqlara qarşı zorakılığı aradan qaldırmaq, Parlamentlərarası İttifaq və YUNİSEF: www.ipu.org/PDF/publications/violence_en.pdf
8 Baxın: Avropa Komissiyası Ədalət Vebsaytı: http://ec.europa.eu/justice/fundamental-rights/rights-child/index_en.htm
9 “Evdə yoxsa evin içərisində? Şərqi Avropa və Mərkəzi Asiyada formal qayğı və uşaqların övladlığa götürülməsi”, UNICEF, 2010: www.unicef.org/ceecis/At_home_or_in_a_home_report.pdf
10 Baxın: www.oecd.org/dataoecd/2/17/43198877.pdf
11 Dünya küçə uşaqları xəbərləri, Küçə uşaqları Konsorsiumu: http://streetkidnews.blogsome.com/ and www.streetchildren.org.uk/news.asp?newsID=73
12 “Küçə uşaqları statistikası”, Küçə uşaqları Konsorsiumu, 2009: www.streetchildren.org.uk/_uploads/resources/Street_Children_Stats_FINAL.pdf
13 Baxın:  http://england.shelter.org.uk/__data/assets/pdf_file/0004/114853/Child_Poverty_and_Housing.pdf
14 “İnsan alveri Hesabatı”, ABŞ Dövlət Departamenti, İnsan alverinə nəzarət və mübarizə Ofisi, 2006: www.state.gov/g/tip/rls/tiprpt/2006/65983.htm
15 "Uşaqlar və cismani cəza: "Döyülməmək hüququ da uşaq hüququdur", Avropa Şurası, 2006: https://wcd.coe.int/wcd/ViewDoc.jsp?id=1237635&Site=CM
16 ewell, Peter. Məktəblərdə cismani cəza və Avropa və Mərkəzi Asiyada bütün növ cismani cəzanın qadağan olunması istiqamətində İrəliləyiş, Uşaqların bütün formalarda cismani cəzalandırılmasına son qoymaq üzrə Qlobal Təşəbbüs, 2011 www.endcorporalpunishment.org
17 Avropa Qanunvericiliyi: http://europa.eu/legislation_summaries/human_rights/fundamental_rights_within_european_union/index_en.htm  
18 Baxın:  http://eur-lex.europa.eu/LexUriServ/LexUriServ.do?uri=CELEX:52011DC0060:en:NOT