BMT-nin Əlillərin Hüquqları Haqqında Konvensiyası
(Qeyri-rəsmi xülasə)
Maddə 1: Məqsəd
Konvensiyanın məqsədi bütün əlil insanların bütün insan hüquqları və əsas azadlıqlarının təşviq olunması, qorunması və istifadə olunmasını təmin etməkdir. Əlil insanlara müxtəlif maneələrlə yanaşı cəmiyyətdə digər insanlarla eyni əsasda tam və effektiv iştiraka mane ola biləcək uzunmüddətli fiziki, əqli, intellektual və ya toxunma qüsurlarına malik insanlar daxildir.
Maddə 2: Anlayışlar
Bu maddədə “ünsiyyət”, “dil”, “əlilliyə əsasən ayrı-seçkilik”, “məqbul yaşayış” və “universal dizayn” da daxil olmaqla, Kon-vensiyada istifadə olunan bəzi əsas terminlər izah edilir.
Maddə 3: Ümumi prinsiplər
Konvensiya ləyaqətə hörmət; ayrı-seçkilik edilməməsi; iştirak və daxil olmaq; fərqə hörmət; imkanların bərabərliyi; əlçatanlıq; kişilər və qadınlar arasında bərabərlik; və uşaqlara hörmət prinsiplərinə əsaslanır.
Maddə 4: Ümumi öhdəliklər
Dövlətlər heç bir ayrı-seçkilik olmadan əlilliyi olan bütün insanlar üçün bütün insan hüquqları və əsas azadlıqlarının tam şəkildə həyata keçirilməsini təmin etmək və təbliğ etməklə bağlı əlilliyi olan insanların aktiv iştirakı ilə bir sıra tədbirlər görməlidir.
Maddə 5: Bərabərlik və ayrı-seçkilik
Hər kəs qanun qarşısında və qanun çərçivəsində bərabərdir. Hər kəs heç bir ayrı-seçkilik olmadan bütün qanunlardan bərabər şəkildə faydalanma və qorunma hüququna malikdir.
Maddə 6: Əlil qadınlar
Əlil qadınlar və qızlar çoxsaylı ayrı-seçkiliklə üzləşir. Dövlətlər əlilliyi olan qadınların Konvensiyada göstərilən hüquq və azadlıqlardan tam istifadə edə bilməsi üçün bütün müvafiq tədbirləri görməlidirlər.
Maddə 7: Əlil uşaqlar
Əlil uşaqlar bütün digər uşaqlarla eyni insan hüquqlarına ma-likdir. Əlilliyi olan uşaqlara dair görülən bütün tədbirlərdə əsas diqqət uşağın ən yaxşı maraqlarına yönəldilməlidir. Əlilliyi olan uşaqlar, onlara təsir edən bütün məsələlər barədə fikirlərini ifadə etmək hüququna malikdirlər.
Maddə 8: Maarifləndirmə
Dövlətlər əlilliyi olan insanların hüquqları, imkanları və fəaliyyətləri barədə maarifləndirmə aparmalıdır. Dövlətlər kampaniyalar, təhsil, mətbuat və maarifləndirmə proqramları vasitəsilə əlilliyi olan insanlar ilə bağlı stereotiplər və xurafatlarla mübarizə aparmalıdır.
Maddə 9: Əlçatanlıq
Əlil insanlar fiziki mühit, nəqliyyat, informasiya və kommunikasiya və ictimaiyyətə təqdim edilən digər imkanlar və xidmətlər də daxil olmaqla, cəmiyyətin bütün sahələrinə başqaları ilə bərabər şəkildə cəlb olunmaq hüququna malikdir.
Maddə 10: Yaşamaq hüququ
Əlilliyi olan insanlar yaşamaq hüququna malikdirlər. Əlilliyi olan insanların başqaları ilə bərabər şəkildə bu hüquqdan səmərəli istifadə edə bilməsi üçün dövlətlər bütün lazımi tədbirləri görməlidir.
Maddə 11: Risklər və humanitar fövqəladə hallar vəziyyəti
Dövlətlər silahlı münaqişələr, humanitar fövqəladə hallar və təbii fəlakətlər də daxil olmaqla, risk vəziyyətlərində əlilliyi olan bütün şəxslərin qorunması və təhlükəsizliyinin təmin edilməsi üçün bütün lazımi tədbirləri görməlidir.
Maddə 12: Qanun qarşısında bərabər tanınma Əlil insanlar qanun qarşısında şəxsiyyət kimi tanınma
hüququna malikdirlər. Əlil insanlar həyatın bütün sahələrində başqaları ilə bərabər hüquqi qabiliyyətə malikdirlər. Dövlətlər əlilliyi olan şəxslərə hüquq qabiliyyətlərini effektiv şəkildə həyata keçirmək üçün müvafiq tədbirlər görməlidir.
Maddə 13: Məhkəmə sisteminə çıxış
Əlil insanlar digər şəxslər ilə bərabər səviyyədə məhkəmə sisteminə çıxış imkanı hüququna sahibdir.
Maddə 14: Azadlıq və şəxsi toxunulmazlıq
Əlil insanlar digər insanlar ilə bərabər səviyyədə azadlıq və şəxsi toxunulmazlıq hüququna malikdir. Yalnız fiziki qüsurun mövcudluğu azadlıq hüququndan məhrum olmağa bəraət qazandıra bilməz.
Maddə 15: İşgəncə və ya qəddar, qeyri-insani və ya alçaldıcı rəftar və ya cəzadan azad olmaq
Əlil insanlar işgəncə və ya qəddar, qeyri-insani və ya alçaldıcı rəftar və cəzadan azad olmaq hüququna malikdir. Heç kim öz azad icazəsi olmadan tibbi və ya elmi təcrübəyə məruz qala bilməz.
Maddə 16: İstismar, zorakılıq və təhqirdən azad olmaq
Əlil insanlar öz ölkələri daxili və xaricində gender əsaslı aspektlər də daxil olmaqla, istismarın bütün növləri, zorakılıq və təhqirdən azad olmaq hüququna malikdir.
Maddə 17: Şəxsi bütövlüyün qorunması
Əlil olan hər bir şəxs digərləri ilə bərabər səviyyədə fiziki və əqli bütövlük hüququna malikdir.
Maddə 18: Yerdəyişmə və vətəndaşlıq hüququ
Əlilliyi olan şəxslər vətəndaşlıq hüququna malikdir. Əlilliyi olan uşaqlar valideynləri tərəfindən ad qoyulması, onları tanımaq və qayğı görmək hüququna malikdir.
Maddə 19: Müstəqil həyat tərzi və yerli icmaya cəlb olunma
Əlilliyi olan insanlar cəmiyyətdə müstəqil yaşamaq hüququna malikdirlər. Dövlətlər əlilliyi olan insanların kiminlə və harada yaşadıqlarını seçmək imkanına malik olmağından və bu-nun üçün lazım olan dəstəklə təmin olunduqlarından əmin olmalıdırlar.
Maddə 20: Fərdi hərəkət etmək
Dövlətlər əlilliyi olan insanların özlərinin seçdikləri qayda-da və vaxtda və münasib qiymətə fərdi şəkildə hərəkətinin asanlaşdırılması istiqamətində səmərəli və müvafiq tədbirlər görməlidir. Əlilliyi olan insanlar, həmçinin, keyfiyyətli mobilizasiya yardımları, köməkçi texnologiyalar və canlı yardım vasitələri və vasitəçilərə malik olma hüququna sahibdirlər.
Maddə 21: Fikir və etiqadların sərbəst ifadə olunması və məlumatdan istifadə imkanları
Əlil insanlar rəsmi ünsiyyət və məlumatlara çıxış zamanı özləri üçün müvafiq olan kommunikasiya vasitələrindən, əl işarələri, Breyl, yüksəldici və alternativ kommunikasiya, kütləvi informasiya vasitələri və digər bütün mümkün vasitələr də daxil ol-maqla, ünsiyyətin bütün formaları vasitəsilə məlumat almaq və verməklə özlərini ifadə etmək hüququna malikdir.
Maddə 22: Şəxsi həyatın toxunulmazlığı
Əlilliyi olan insanlar şəxsi həyatın toxunulmazlığı hüququna malikdir. Əlil insanlar haqqında olan məlumat, o cümlədən şəxsi məlumat və onların sağlamlığı haqqında məlumatlar qorunmalıdır.
Maddə 23: Evə və ailəyə hörmət
Əlilliyi olan insanlar evlənmək və ailə qurmaq hüququna malikdirlər. Ölkələr əlilliyi olan insanlar üçün uşaqlarını böyütməkdə səmərəli və lazımi dəstəyi təmin etməlidirlər və yaxın ailə onlara qayğı göstərə bilmədiyi təqdirdə, əlil uşaqlara alternativ qayğı göstərməlidirlər.
Maddə 24: Təhsil
Əlilliyi olan insanlar heç bir ayrı-seçkilik olmadan təhsil al-maq hüququna malikdirlər. Ölkələr əlilliyi olan insanların öz cəmiyyətlərində inklüziv, keyfiyyətli və pulsuz ibtidai və orta təhsil imkanlarını təmin etməlidirlər. Ölkələr akademik və sosial inkişafı maksimum dərəcədə təmin etmək üçün onlara məqbul yaşayış və fərdi dəstək təmin etməlidirlər.
Maddə 25: Sağlamlıq
Əlilliyi olan insanlar ayrı-seçkilik olmadan ən yüksək səviyyədə əldə olunan sağlamlıq standartlarından istifadə etmək hüququna malikdirlər. Ölkələr, gender cəhətdən həssas olan tədbirlər də daxil olmaqla, əlil insanların digər insanlarla eyni səviyyədə, keyfiyyət və standartda olan və insanların öz cəmiyyətlərinə yaxın səhiyyə sistemini təmin etmək üçün bütün lazımi tədbirləri görməlidirlər.
Maddə 26: Abilitasiya və reabilitasiya
Ölkələr abilitasiya və reabilitasiya xidmətləri və proqramlarının təmin edilməsi yolu ilə əlilliyi olan insanlara öz maksimum qabiliyyət, müstəqillik və iştirakını inkişaf etdirməsi, əldə etməsi və saxlaması üçün effektiv və müvafiq tədbirlər görməlidirlər.
Maddə 27: Əmək və məşğulluq
Əlilliyi olan insanlar açıq, əhatəli və əlçatan bir mühitdə işləmək hüququ da daxil olmaqla, əmək hüququna malikdirlər. Əlilliyi olan insanlar üçün ölkələr məşğulluq imkanları və karyera inkişafı üçün müvafiq addımlar atmalıdır.
Maddə 28: Kafi həyat səviyyəsi və sosial müdafiə
Əlil insanlar, qidalanma, su, geyim və mənzil də daxil olmaqla, kafi həyat səviyyəsi və yoxsulluğun azaldılması və ictimai mənzil ilə təmin olunma proqramları daxil olmaqla səmərəli sosial müdafiə hüququna malikdir.
Maddə 29: Siyasi və ictimai həyatda iştirak
Əlilliyi olan insanlar siyasi və ictimai məsələlərdə iştirak etmək, həmçinin, səs vermək və seçkilərdə seçilmək hüququna malikdir.
Maddə 30: Mədəni həyatda iştirak, asudə vaxtın və istirahətin təşkili və idmanla məşğul olma
Əlil insanlar mədəni həyatda başqaları ilə bərabər şəkildə iştirak etmək, mədəni materiallar, çıxışlar və xidmətlərdən yararlanmaq və asudə vaxtın və istirahətin təşkili və idmanla məşğul olmaq hüququna malikdir.
Maddə 31: Statistika və məlumatların toplanması
Ölkələr əlilliyi olan insanların fəal iştirakı ilə onların özləri haqqında məlumat toplamalıdır ki, onların yaşadıqları maneələri daha yaxşı başa düşsünlər və Konvensiya hüquqlarınıhəyata keçirsinlər.
Maddələr 32-50
32-50-ci Maddələr Konvensiya ilə bağlı olan ölkələrin necə tam şəkildə təsir göstərməli olduğunu izah edir. Onlar, həmçinin, Birləşmiş Millətlər Təşkilatının Əlillərin Hüquqları üzrə Komitəsinə Konvensiyanı necə həyata keçirdikləri barədə hesabat vermələri ilə bağlı ölkələrin məsuliyyətini izah edir.
Mənbə: Əlil İnsanların İnsan Hüquqları www.disabilityhumanrights.org
- 1-ci Fəsil – İnsan Hüquqları üzrə təhsil və Kompas: ümumi məlumat
- 2-ci Fəsil –İnsan Hüquqları Təhsili üzrə praktiki məşğələlər və metodlar
- 3-cü Fəsil – İnsan Hüquqları uğrunda hərəkətə keçmək
- 4-cü Fəsil – İnsan Hüquqlarını başa düşməkUnderstanding Human Rights
- 5-ci Fəsil – Qlobal İnsan Hüquqları Mövzuları üzrə Ümumi Məlumat
- Əlavələr
- İzahlı lüğət