Image: Theme 'Democracyt' by Pancho

Heç kim yaxşı bir vətəndaş kimi doğulmur, heç bir millətdə də demokratiya doğulmaz. Daha doğrusu, hər ikisi proseslərdir və bu proseslər bir ömür boyu inkişaf etməkdə davam edir. Gənclər bu prosesə doğulandan daxil edilməlidir.
Kofi Annan

Demokratiya nədir?

“Xalqdan, xalq tərəfindən, xalq üçün”
Avraam Linkoln

Demokratiya sözü yunan sözündən əmələ gəlir və “demos” xalq və “kratos” güc deməkdir. Beləliklə, demokratiya “xalqın gücü” kimi başa düşülə bilər: xalqın iradəsindən asılı olan idarəetmə yolu.

Dünyada demokratik hökumətin bir çox müxtəlif modellərinin mövcud olması səbəbindən, bəzən demokratiya ideyasını onun nə olmadığı baxımından anlamaq daha asan olur. Demokratiya, bir şəxsin hökm sürdüyü avtokratiya və ya diktatorluq deyil; və c əmiyyətin kiçik bir hissəsinin idarə etdiyi oliqarxiya deyil. Düzgün şəkildə başa düşüldükdə, əgər azlığın maraqları tamamilə təcrid olunursa, demokratiya “əksəriyyətin idarəetməsi“ belə sayılmamalıdır. Demokratiya ən azından nəzəriyyədə, bütün insanların öz “iradəsinə” əsasən onların adından çıxış edən hökumətdir.

Sual: Əgər demokratiya xalqın hökumətidirsə, dünyada real demokratiya var?

Nə üçün demokratiya?

Demokratiya ideyası mənəvi gücünü və məşhur çağırışını iki əsas prinsipdən alır:
1.    Fərdi müstəqillik: Bu ideya ondan ibarətdir ki, heç kim başqaları tərəfindən tətbiq olunan qaydalar üçün subyekt olmamalıdır. İnsanlar öz həyatlarını özləri idarə edə bilməlidirlər (ağılla).
2.    Bərabərlik: İdeya ondan ibarətdir ki, hər bir kəsin cəmiyyətdə insanlara təsir edən qərarlara öz təsirlərini göstərə bilməsi üçün eyni imkanı olmalıdır.

Bu prinsiplər intuitiv olaraq cəlbedicidir və onlar demokratiyanın nə üçün belə populyar olduğunu izah etməy ə kömə k edirlər. Əlbəttə ki, biz ümumi məsələlərə dair qərarlar verilərkən digər hər kəs kimi bizim də bu prosesdə mümkün qədər daha çox imkanlarımızın olmasının daha ədalətli olduğunu düşünürük!

Problemlər bu prinsiplərin t əcrübədə necə tətbiq oluna biləcəyini düşündüyümüz zaman yaranır, belə ki, ziddiyətli fikirlərin necə həll olunacağına dair bir mexanizmə ehtiyac vardır. Demokratiya sadə bir mexanizm təklif etdiyindən "əksəriyyətin qaydaları" ola bilər; lakin əksəriyyətin qaydası bəzi insanların maraqlarının heç vaxt təqdim olunmaması demək ola bil ər. Hamının maraqlarını təqdim etməyin daha üstün forması konsensusla qərar vermədir, burada məqsəd ortaq maraq dairələri tapmaqdır.

Sual: Qərarların çoxluq prinsipi ilə müqayisədə konsensus əsasında qəbulunun hansı üstünlükləri və mənfi cəhətləri vardır? Sizin gənclər qrupunuzda qərarlar necə qəbul olunur?

Demokratiyanın inkişafı

Qədim tarix

Dünyanın digər bölgələrində ibtidai demokratiyanın erkən nümunəl ərinin mövcud olmasına baxmayaraq, ilk demokratiyanın yaradılması qədim yunanların adı ilə bağlıdır. Yunanıstan modeli e.ə 5-ci əsrdə Afina şəhərində yaradılmışdır. Avtokratiya və oliqarxlar dənizində - (o dövrdə bunlar hökumətin normal formaları hesab edilirdi) - Afina demokratiyası fərqliliyi ilə diqqət çəkirdi.
Ancaq bizim bu gün anladığımız demokratiya ilə müqayisədə Afina modelinin iki vacib fərqi var idi:

1.    Onlarda birbaşa demokratiya forması idi, yəni başqa sözlə desək, xalqın adından idarə etməsi üçün nümayəndələri seçmək yerinə, “insanlar” özləri görüşür, hökumət məsələlərini müzakirə edir və siyasətləri icra edirdilər.

Demokratiya çoxluqların qanunu deyil, demokratiya
azlıqların qorunmasıdır.
Albert Kamyu

2.    Belə bir sistem qismən mümkün idi, çünki "insanlar" çox məhdud bir kateqoriyaya aid idi. Birbaşa iştirak hüququ olan şəxslər əhalinin kiçik bir hissəsi idi. Çünki qadınlar, qullar, əcnəbilər və əlbəttə ki, uşaqlar bu qrup insanlardan istisna olunurdu. İştirakçıların sayı yenə də müasir demokratiyada olduğundan xeyli çox olurdu: 300 min sakini olan bir əhalidən təxminən 50.000 kişinin siyasətdə birbaşa əlaqəsi var idi.

Sual: Birbaşa demokratiyanın hansı üstünlükləri və mənfi cəhətləri var?

Müasir dünyada demokratiya

Demokratiyanın ümumi xüsusiyyətləri olsa da, demokratiyanın vahid bir modeli yoxdur. 
BMT- nin demokratiyanın təşviqi və möhkəmləndirilməsi haqqında qətnaməsi (A/RES/62/7)

Bu gün dünyada demokratik xalqlar olduğu kimi, demokratiyanın da bir çox müxtəlif formaları vardır. Hər hansı iki sistem tamamilə eyni deyildir və heç bir sistem “model” olaraq qəbul edilə bilməz. Prezident   və parlament demokratiyası, federal və ya unitar demokratiya, proporsional səsvermə sistemindən və ya majoritar sistemdən istifadə edilən demokratiyalar, monarxiya olan demokratiyalar və s. kimi bir çox demokratiyalar mövcuddur.

Demokratiyanın müasir sistemlərini birləşdirən və onları qədim modeldən fərqləndirən cəhət xalqın nümayəndələrinin istifadəsidir. Müasir demokratiyalar qanunların qəbul edilməsində birbaşa iştirak etmək əvəzinə, xalq tərəfindən göndəril ən və onların adından idarəetməni həyata keçirəcək nümayəndələri seçmək üçün seçkilərdən istifadə edirlər. Belə bir sistem nümay əndəlik demokratiyası olaraq tanınır. Bu sistem “demokratik” olma iddiasında ola bilər, çünki ən azından müəyyən dər əcəyə qədər yuxarıdakı iki prinsipə əsaslanır: hamının bərabərliyi (bir nəfər - bir səs) və hər bir fərdin müəyyən dərəcədə şəxsi müstəqlillik hüququ.

Sual: Seçilmiş məmur onu seçən şəxsləri lazımi qaydada təmsil etmək üçün nə etməlidir?

“Səs vermək hüququ bir imtiyaz deyil. İyirmi birinci əsrdə demokratik dövlətin prezumpsiyası onun inkluziv olmasıdır. Ümumi seçki hüququ prinsipindən hər hansı bir şəkildə uzaqlaşma seçilən qanunvericilik orqanının demokratikliyini və onun qəbul etdiyi qanunların etibarlılığını zədələyir.”
Avropa Məhkəməsinin hökmü (Hirst-Böyük Britaniyaya qarşı)

Demokratiyanın inkişaf etdirilməsi

İnsanlar azad və açıq seçkilərə sahib olmağa başladıqdan sonra tez-tez ölkələrin demokratik “olmasından” danışırlar . Ancaq demokratiya yalnız seçkilərdən ibarət deyil və demokratik bir ölkənin nə dərəcədə demokratik olduğunu qiymətl əndirməy ə çalışdığımız zaman onun təhlilini institusional və ya səsvermə strukturları ilə deyil, xalqın iradəsinin ixtiyarını nəzərə almaqla aparmaq daha mənalı olardı. Demokratiya onun olub- olmaması ilə deyil, bizim daha çox və ya daha az demokratiyaya sahib olmağımız kimi daha yaxşı başa düşülür.

Demokratik sistemlər, demək olar ki, həmişə daha inkluziv, daha əhatəli və daha cavabdeh edilə bilər. Başqa sözlə, daha çox insanı qərarverməyə cəlb etməklə “insanların” demokratiyanın bir hissəsi olmasını inkişaf etdirmək olar; burada həmçinin xalqa daha real güc verməklə demokratiyanın "güc" və ya "iradə" hissəsini yaxşılaşdırmaq imkanı var. Tarix boyunca demokratiya üçün mübarizə normal olaraq bu elementlərdən birinə ya da digərinə cəmləşmişdir.

Bu gün dünyanın əksər ölkələrində qadınlar səs vermək hüququna malikdirlər, lakin onlar bu mübarizəni yaxın vaxtlarda qazanıblar. Ümumi seçki hüququ təqdim edən dünyanın ilk ölkəsi 1893-cü ildə Yeni Zelandiya olduğu bildirilir, lakin buna baxmayaraq, hətta burada qadınlar yalnız 1919-cu ildə parlament ə qoşulmaq hüququna malik oldular. Bir çox ölkələrdə qadınlara hamıdan əvvəl səs vermək hüququ təmin edilib və yalnız bir neçə il sonra seçkili vəzifələrə seçilməyə icazə verilibdir. Səudiyyə Ərəbistanı yalnız 2011-ci ildə qadınlara seçkilərdə səs vermək səlahiyyəti vermişdir.
Hal-hazırda hətta inkişaf etmiş demokratiyalarda belə, əksəriyyətinin vergi ödəməsinə və hamısının qanunlara tabe olmasına baxmayaraq, səs hüququ verilməyən immiqrantları, miqrant işçilərı, məhbusları və uşaqları əhatə edən digər cəmiyyət bölmələri vardır.

Məhbuslar və səsvermə hüquqları
Məhkumlara 18 Avropa ölkəsində səs verməyə icazə verilir.
20 Avropa ölkəsində məhkumların səs vermə hüququ məhdudlaşdırılır, cəzanın müddətindən, törədilmiş cinayətin ağırlığından və ya seçki növündən asılı olaraq.
9 Avropa ölkəsində məhbuslara səs verməyə hələ də icazə verilmir. Məhkumların seçki hüquqları, İcmaların Kitabxanası Standart Qeydi, SN/PC/01764, 2012-ci ildə yenilənmişdir. http://www.parliament.uk/briefing-papers/SN01764
2005-ci ildə Hirst Birləşmiş Krallığa qarşı məhkəmə işində, Avropa Məhkəməsi məhbusların Böyük Britaniyada səsvermələrinə dair ümumi qadağanı Avropa Konvensiyasının 1-ci Protokolunun 3-cü maddəsinin pozulması kimi qiymətləndirdi. Burada deyilirdi:
“Yüksək Müqavilə Tərəfləri qanunverici hakimiyyət orqanını seçərkən xalqın iradəsini sərbəst ifadə edə biləcək şəraitdə, gizli səsvermə yolu ilə, ağlabatan dövriliklə azad seçkilər keçirməyi öhdələrinə götürürlər”.

Sual: Demokratik prosesdən cəmiyyətin müəyyən hissələrini təcrid etməyə haqq qazandırıla bilər?

Demokratiya və iştirak

Mənim diktatoru devirmək və ya demokratiya qurmaq üçün heç bir düsturum yoxdur. Təklif edə biləcəyim tək bir şey özünüzü unutmaq və yalnız xalqınızı düşünməkdir. Bütün işləri həyata keçirən həmişə insanlardır.
Korazon Aquino

Hökumətdə iştirak etmənin ən açıq yolu səs vermək və ya vəzifə tutmaq və xalqın nümayəndəsi olmaqdır. Lakin, demokratiya yalnız səs verməkdən daha genişdir və burada siyasət və hökumətlə əlaqəli olmaq üçün çox sayda digər yollar vardır. Demokratiyanın səmərəli fəaliyyət göst ərməsi, əslində, digər vasitəl ərdən mümkün qədər çox istifadə ed ən adi insanlardan asılıdır. Əgər insanlar hər 4 və ya 5 ildən bir yalnız bir dəfə səs verirlərsə və ya da heç bir səs vermirlərsə və aralıq dövrdə başqa bir şey etmirlərsə, onda hökumət həqiqətən də "xalqın"-dır deyilə bilməz. Belə bir sistemin demokratiya olduğunu söyləmək çətindir.
Siz, Vətəndaşlıq və İştirak bölməsində iştirakın yolları haqqında daha ətraflı məlumat ala bilərsiniz. Burada parlament üzvlərinin sizin adınızdan demokratik şəkildə hərəkət edə bilmələri ilə əlaqəli, bəlkə də, sizə minimum lazım ola biləcək bir neçə fikir vardır:
"İnsanların adına" dair nə baş verdiyi, nə qərar qəbul edildiyi haqqında və xüsusilə də öz nümayəndənizin qəbul etdiyi qərarlar və hərəkətlər haqqında məlumatlı olun.
Fikirlərinizi parlamentdə təmsil olunan nümayəndələrinizə, və ya mətbuat ya da müvafiq məsələlərlə işləyən qruplara bildirin. "İnsanlar" tərəfindən rəy olmadan, liderlər yalnız öz istəyi və prioritetlərinə görə hərəkət edə bilərlər.
Qərarların qeyri-demokratik, ya da insan haqlarına qarşı olduğu və ya hətta sizdə onlara qarşı narahatlıq hissi olduqda, səsinizin duyulması üçün səy göstərin, belə olan halda, siyasət yenidən nəzərdən keçirilə bilər. Bunun ən effektiv şəkildə həyata keçirilməsi yolu, yəqin ki, səsinizin daha yüksək olması üçün digər insanlarla birləşməkdir.
Nə zaman imkan yaranarsa, səs verin. Əgər insanlar səs vermirlərsə, üzvlər etibarlı hesab edilə bilməzlər

Sual: Bunlardan hər hansı birində (və ya digərlərində) iştirak etmisiniz?

Demokratiya və İnsan Hüquqları

İnsan hüquqları ilə demokratiya aras ındakı əlaqələr dərindir və iki yolla davam edir: hər biri bir çox istiqamətlərdə bir-birindən asılıdır və digəri olmadan tamamlana bilməz.

Hər bir insan öz ölkəsinin idarə edilm əsində bilavasitə və yaxud azad seçilən nümayəndələr vasitəsilə istirak etmək hüququna malikdir.
Maddə 21, 1-ci hissə, Ümumdünya Insan Hüquqları Bəyannaməsi(ÜİHB)

Hər bir şeydən əvvəl, bərabərlik və müstəqilliyə aid dəyərlər də insan hüquqları dəyərləridir və hökumətdə iştirak etmək hüququ özü də bir insan hüququdur. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 21-ci maddəsində deyilir ki, “Xalqın iradəsi hökumətin hakimiyyətinin əsası olmalıdır”: beləliklədə, demokratiya əslində insan hüquqlarına uyğun olan yeganə hökumət formasıdır.

Ancaq "demokratiya" da insan hüquqlarına hörmət olunmursa o, natamam sayılır. Hökumətdə iştirak etmək, əslində, digər əsas hüquqları olan insanlara hörmət olmadan, demək olar ki, imkansızdır. Aşağıdakıları nümunə kimi nəzərdən keçirin:

Ancaq "demokratiya" da insan hüquqlarına hörmət olunmursa o, natamam sayılır. Hökumətdə iştirak etmək, əslində, digər əsas hüquqları olan insanlara hörmət olmadan, demək olar ki, imkansızdır. Aşağıdakıları nümunə kimi nəzərdən keçirin:

Democracy doesn't recognize east or west; democracy is simply people's will.
Shirin Ebadi

Ancaq "demokratiya" da insan hüquqlarına hörmət olunmursa o, natamam sayılır. Hökumətdə iştirak etmək, əslində, digər əsas hüquqları olan insanlara hörmət olmadan, demək olar ki, imkansızdır. Aşağıdakıları nümunə kimi nəzərdən keçirin:
1.    Düşüncə, vicdan və din azadlığı (ÜİHB, Maddə 18). Bu maddə demokratiya üçün vacib olan ilk hüquqlardan biridir: insanlar cəzalandırılmadan sərbəst düşünə bilməli, onlar üçün vacib olan hər hansı bir dinə sitayiş edə bilməlidirlər. Hakimiyyətlər tarix boyunca bu hüququ məhdudlaşdırmağa çalışıblar, çünki onlar insanların digər hakimiyyət formaları barədə düşünmələrindən çəkiniblər və bunun mövcud sistemə təhlükə yarada biləcəyindən qorxublar. Beləliklə də, "yanlış" fikirləri düşünməmək üçün onlar insanları sadəcə kənarlaşdırıblar. (Belə insanlar vicdan məhbusu kimi tanınırlar). Bununla yanaşı, düşüncə plüralizmi olmayan bir cəmiyyət yalnız dözümsüz deyildir. Həmçinin belə bir vəziyyət yeni və inkişafı mümkün olan istiqamətlərin yaradılmasında cəmiyyətin öz imkanlarını məhdudlaşdırır.
2.    İfadə azalığı (ÜİHB, Maddə 19). Vacib olan yalnız nə istədiyinizi düşünə bilmək deyil, bu, həm də həmin fikirlərin necə olmasından asılı olmayaraq yüksək səslə ifadə edə bilməkdir.
Əgər insanların digər insanlarla öz fikirlərini müzakirə etmələrinin və ya mətbuata fikirlərini t əqdim etmələrinin qarşısı alınıbsa, o zaman onlar hökumətdə necə "iştirak" edə bilərlər? Onların fikirləri baxılmaqda olan mümkün alternativlərdən əsasən kənarda qalmışdır.
3.    Dinc toplaşmaq və birləşmək azadlığı (ÜİHB, Maddə 20). Bu hüquq sizinlə müzakirə etmək istəyən başqaları ilə fikir mübadiləsi aparmağa, maraq qrupları və ya lobbiçilik qrupları yaratmağa və ya razı olmadığınız qərarlara dair etiraz məqsədilə bir araya gəlməyinizə imkan verir. Bəlkə də, belə bir fəaliyyət bəzi zamanlarda hökuməti narahat edir; halbuki, fərqli fikirlərin bilinməsi və nəzərə alınması zəruridir. Sadalananlar demokratiya anlayışının bir hissəsidir.

Bunlar demokratiya ideyası ilə əlaqəli olan yalnız üç insan hüquqlarıdır, lakin digər insan hüquqlarının pozulması da müxtəlif insanların hökumətdə iştirak edə biləməsinə müəyyən dərəcədə təsir edəcəkdir. Yoxsulluq, sağlamlığın zəif olması və ya evin olmaması kimi faktorlar da səsl ərini eşitdirmək istəyən şəxsləri çətinə salır və başqaları ilə müqayisədə onların seçiminin təsirini azalda bilir. Belə hüquq pozuntuları, demək olar ki, şəxsin hökumət idarəsinə seçilməsini qeyri-mümkün edir.

Sual: Sizin ölkənizdə üç demokratik hüquqa (yuxarıda sıralanmış) nə dərəcədə hörmətlə yanaşılır?

Demokratiya ilə əlaqəli problemlər

Əgər siz acsınızsa və ya evsizsinizsə və ya səhiyyə xidmətləriniz yoxdursa və ya uşaqlarınız məktəbə gedə bilmirlərsə, hətta sizin səs vermək hüququnuz olsa belə, demokratiya böyük bir anlam kəsb eləmir və səmərəsizdir.
Susan George, “ATTAC”-ın prezidenti

Seçici apatiyası

Bir neçə illərdir ki, demokratiyanın, bəlkə də, daha çox inkişaf etmiş demokratiyaların statusu ilə bağlı narahatlıqlar mövcuddur. Bunların çoxu, seçkilərdə vətəndaş iştirakı səviyyəsinin azalması ilə əlaqədar baş verir və bu da vətəndaş kimi onların seçkilərə cəlb olunmamasının və maraqlarının olmamasının göstəricisidir. Seçicilərin aşağı səviyyədə iştirak etməsi bəzi ölkələrdə həqiqətən də ümumi seçicilərin azlığı tərəfindən demokratik yolla seçilən hökumətlərin legitimliyini sual altına alır.

 

Seçkilər və apatiya
Avropa Parlamentinə seçkilərdə iştirak 1979-cu ildə keçirilmiş ilk seçkilərdən bəri hər il azalmışdır. 2009-cu ildə seçicilərin yalnız 43 faizi öz səslərini istifadə edib və bəzi ölkələrdə isə seçicilərin iştirak sayı ən aşağı səviyyəyə - 34 faizə çatıb. Avropada keçirilən milli seçkilərdə bəzi ölkələrdə seçicilərin sayı 50% -dən yuxarı, digərlərində isə 90% -dən yuxarı olmaqla dəyişir. Bəzi ölkələr, məsələn, Avropada Yunanıstan və Belçikada səs verməni məcburi edirlər. Belə ölkələrdə seçici fəallığı seçkilərinin könüllü olduğu ölkələrin orta seçiçi fəallığı ilə müqayisədə, aydındır ki, daha yüksəkdir.

Sual: Ölkənizin ən son seçkilərində seçicilərin neçə faizi səs verdilər?

Seçkilərdə insanların səs verməsinin azalması, şübhəsiz, bir problem olmasına baxmayaraq, bəzi araşdırmalar göstərir ki, müxtəlif formalarda iştirak faktiki olaraq artımda ola bilər, məsələn, təzyiq qrupları, vətəndaş təşəbbüsləri, məsləhətçi orqanlar və s. Bu iştirak formaları seçkilərdə seçicilərin fəallığı kimi demokratiyanın effektiv fəaliyyət göstərməsi üçün də vacibdir.

Demokratiya və vətəndaş iştirakı
Hökumətdən narazılığını ifadə etmək üçün kütlələrin (onların bir çoxu gənclər idi) küçələrə çıxdığı "Ərəb Baharı" hadisəsi ənənəvi demokratiyası olmayan ölkələrdə vətəndaş iştirakının yeni səviyyəsini nümayiş etdirdi. Avropada, hətta ənənəvi demokratiyalar olan yerdə belə, "insanların gücü"nün yeni bir həyat tapdığı görünür: tələbələr bir çox ölkələrdə hökumətlərin təhsil haqlarını tətbiq etmələri ilə əlaqədar onların hərəkətlərinə qarşı etiraz etmişdilər. Həmkarlar ittifaqları iqtisadi ixtisarların təsirlərinə qarşı etiraz etmək üçün insanları küçələrə toplamışdılar. Bundan əlavə, müstəqil fəal qruplar iqlim dəyişikliyinə, böyük korporasiyaların gücünə, əsas dövlət xidmətlərinin çıxarılmasına, həmçinin polisin təzyiqli tədbirlərinə qarşı nümayişlərin yeni və yaradıcı formalarını icad etmişdirlər.

Çoxluğun üstünlüyü

Azlıqlar doğru ola bilərlər, çoxluqlar isə həmişə səhvdirlər.
Henrik Ibsen

Nümayəndəli demokratiya anlayışına daha sıx bağlı olan iki problem mövcuddur ki, bunlar da azlıqların maraqlarına toxunur. Birinci problem, azlıqların maraqlarının çox zaman seçki sistemi ilə təmsil olunmamasıdır: bu problem, onların saylarının hər hansı bir təmsilçilik üçün lazım olan minimum səviyyəyə çatmaq üçün həddən artıq az olduğu zaman baş verə bilər. İkinci problem isə, hətta qanunvericilik orqanında onların təmsil olunmasına baxmayaraq, bu qrupun nümayəndələrinin sayının az olması səbəbindən çoxluqların nümayəndələrini məğlub etmək üçün zəruri səsləri yığa bilməmələridir. Buna görə də demokratiya çox zaman "çoxluğun üstünlüyü" adlandırılır.

Əgər çoxluq prinsipi hər kəs üçün insan hüquqlarına zəmanət vermirsə, onda azlıqlara zərər verə bilən qərarlar qəbul edə bil ər və bu qərarlar, aydındır ki, "xalqın iradəsi" kimi əsaslandırıla bilməz. Azlıqların, eləcə də çoxluqların əsas maraqlarının insan hüquqları prinsiplərinə riayət edilərək və çoxluqların iradəsinin nə olmasından asılı olmayaraq, effektiv hüquqi mexanizmə söykənərək hər hansı bir demokratik sistemdə qorunmasına ehtiyac vardır.

Sual: Əgər çoxluqlar müəyyən insanların insan hüquqlarından məhrum edilməsinin lehinə olarlarsa, o zaman "insanlar qərar verməlidir" deyə düşünürsünüz?

Millətçilik ideyalarının yüksəlməsi

Demokratiya ən yaxşı demokratikləşmə prosesi kimi qəbul edilir.
Patomäkim, Teivainen

Bu problem Avropa daxilində aşırı sağ tərəflərin dəstəkləməsi ilə bağlı müşaiyət olunan narahatedici bir tendensiyadır. Bu partiyalar tez-tez milliyyətçi duyğular üzərində fəaliyyət göstərirlər və əhalinin "yerli olmayan" üzvlərini, xüsusilə də sığınacaq axtaran şə xsləri, qaçqınları və dini azlıqların üzvlərini, bəzi zamanlarda zorakı yollardan istifadə etməklədə hədəf alı rlar. Belə partiyalar müdafiə məqsədi kimi tez-tez əhali arasında öz dəst əyinə və çox sayda insanın fikirlərini təmsil edən demokratik prinsipl ərə müraciət edirlər. Ancaq bir partiya şiddətin hər hansı bir formasını dəstəkləyirsə və əhalinin hər bir üzvünün insan hüquqlarına hörmət etmirsə, belə olan halda, onların demokratik prinsiplərə müraciət etmək hüququ çox azdır.

Problemin dərəcəsindən və xüsusi mədəni kontekstindən asılı olaraq, bu hüququn demokratik proseslərdə əhəmiyyətinə baxmayaraq, müəyyən qrupların ifadə azadlığı hüququnu məhdudlaşdırmaq zəruri ola bilər. Məsələn, bir çox ölkədə irqi nifrətə təhrikə qarşı qanunlar var. Bu, Avropa Məhkəməsi tərəfindən cəmiyyətin digər üzvlərinin hüquqlarının və ya cəmiyyətin quruluşunun qorunması üçün ifadə azadlığına qoyulması qəbul edilə bilən məhdudiyyət hesab edilir.

 

Sual: Milliyətçilik irqçiliyin digər bir formasıdır?

Gənclər və Demokratiya

Gənclərin çox zaman hətta səs vermək hüquqları olmur. Belə olan halda onlar demokratik proseslərin necə bir hissəsi ola bilərlər? Bir çox insanlar bu suala, gənclərin belə proseslərin bir hissəsi olmağa hazır olmadığını və yalnız 18 yaşları olduqdan sonra (ya da ölkələrində onlara səs vermə hüququ verildiyi andan) iştirak edə biləcəklərini söyləyərək cavab verəcəklər.

Əslində, bir çox gənclər səs vermək hüququnu əldə etməmişdən çox əvvəl siyasi cəhətdən olduqca fəal olurlar və bu cür fəaliyyətlərin təsiri onların sonradan hər 4 və ya 5 ildən bir əldə etdikləri tək səs hüququndan (istifadə edə və ya etməyə də bilərlər) daha güclü ola bilər. Siyasətçilər çox zaman gənclərin səsvermə hüququ ilə bağlı müraciət etməsindən narahat olurlar. Çünki, belə olan halda, gənclərin narahatlıqlarını dinləmək ehtimalı daha çox ola bilər.

Bir çox gənclər ətraf mühit qruplarında, və ya müharibəyə, korporativ istismara və ya uşaq əməyinə qarşı yürüdülən kampaniyaların etiraz qruplarında fəaliyyət göstərirlər. Yəqin ki, gənclərin cəmiyyət həyatında iştirak və siyasi fəaliyyətlə məşğul olmağa başlaya biləcəyi ən vacib yollardan biri yerli səviyyədədir: burada onlar özləri və ya əlaqə qurduqları şəxslər ilə bağlı olan xüsusi məsələləri daha yaxşı anlaya biləcəklər və onların bu məsələlərə daha yaxşı birbaşa təsir etmə şansı olacaqdır. Demokratiya yalnız milli və ya beynəlxalq məsələlərlə məşğul deyil: Onun öz məhəllələrimizdən başlanmasına ehtiyacı vardır!
Gənclər təşkilatları, əlbəttə ki, fəaliyyət göstərdikləri istiqamətdə müstəqil və demokratik olmaqla gənclərin demokratiyanı təcrübədən keçirtdikləri və tətbiq etdikləri yollardan biri hesab edilir və buna görə də, bu təşkilatlar demokratiyada mühüm rola malikdirlər!

Sual: Əgər 16 yaşındakı bir şəxs evlənmək və ya işləmək üçün kifayət qədər yetkin sayılırsa, o səs verə bilməməlidir?

Avropa Şurasının fəaliyyəti

Biz bütün vətəndaşlarımız üçün ümumi məqsədimiz olan milli, regional və yerli səviyyədə demokratiyanı və yüksək səviyy əli yaxşı idarə etməni təşviq etmək üçün səy göstərəcəyik.
Avropa Şurasının Varşava Sammitinin Fəaliyyət Planı (2005)

Demokratiya insan hüquqları və qanunun aliliyi ilə birlikdə Avropa Şurasının əsas dəyərlərindən biridir. Avropa Şurasının demokratiyanın inkişafı və gələcəyi ilə bağlı bir sıra proqramları və nəşrləri vardır. 2005-ci ildə Demokratiyanın Gələcəyi Forumu Avropa Şurasının Dövlət və Hökumət Başçılarının Üçüncü Sammiti tərəfindən yaradılmışdır. Forumun məqsədi “fikirlər, məlumat və ən mütərəqqi təcrübələrin mübadiləsi vasitəsilə demokratiyanı, siyasi azadlıqları və vətəndaşların iştirakını gücləndirməkdir”. Forumun iclası hər il keçirilir və Avropa Şurasının 47 üzv dövlətindən və müşahidəçi dövlətlərindən təxminən 400 iştirakçını bir araya gətirir.

Demokratiya üçün standartların inkişafı və həyata keçirilməsinə dəstək Qanun vasitəsilə Demokratiya naminə Avropa Komissiyası tərəfindən göstərilir - bu həm də Venesiya Komissiyası kimi tanınır – o, Avropa Şurasının konstitusiya məsələləri üzrə məşvərətçi qurumudur. Komissiya, xüsusilə yeni konstitusiya və ya konstitusiya məhkəmələri üzrə qanun layihələrinin, seçki məcəllələrinin, azlıqların hüquqlarının və demokratik təsisatlarla əlaqəli qanuni çərçivələrin hazırlanmasınd aktiv iştirak edir.

Avropa Şurası bu standart vəzifəl ərdən əlavə demokratiya və onun dəyərlərini demokratik iştiraka dair proqramlarla və demokratik vətəndaşlıq və gənclərin iştirakı üçün maariflənmə tədbirləri vasitəsilə də təşviq edir. Çünki demokratiya seçkilərdə səs verməkdən daha böyük məna daşıyır!