Tarix boyunca insan hüquqları                                                                                                                      Rusiya, Plyussadan bir qrup məktəbli Stalin dövrü və bu rejimdə yaşamağın necə olduğu haqqında daha çox bilmək istəyirdi. Onlar həmin illəri yaşamış insanlardan soruşmaq qərarına gəldilər, beləliklə, bu insanlara necə yanaşmaq, müsahibələr aparmaq, məlumatı toplamaq, tutuşdurmaq və ictimaiyyətə təqdim etmək formaları barədə razılığa gəlmək üçün bir neçə dəfə görüşdülər. Onlar qohumları, qonşuları, məktəbdən müəllimləri və ümumi tarix barədə xatirələrini bölüşmək istəyən digər insanlarla 70-dən artıq müsahibə apardılar. Bundan sonra, uşaqlar Pskov regionunun ayrı-ayrı kəndlərində müxtəlif müsahibələrdən toplanmış fotolar və fraqmentlərdən ibarət sərgi təşkil etdilər. Müsahibə olunanlar maraq obyekti olmaqlarına və onlar üçün çətin, lakin formalaşmaları üçün vacib olan illər barəsində danışmaq imkanına malik olduqlarına görə şad oldular. Bəzən, danışılanlar həm yaşlı nəsil, həm də gənclər üçün ağrılı və məyusedici olurdu. Buna baxma-yaraq, bütün tərəflər bir-birinə qarşı daha dərin anlayış və empatiya əldə etdilər, eləcə də həmin çətin vaxtların hadisələri, motivasiyaları, şəxsi həyatlara təsiri və insanların təcrübələrində əksini tapmasını daha dərindən başa düşdülər. Müsahibələr üçün baxın - http://wiki.antarchia.org/tiki-index.php.

Əgər “İrəli” deyə səsləyirsinizsə, hansı istiqamətə gedəcəyinizlə bağlı səhvsiz plan qurmalısınız. Görmürsünüz ki, bunu etməsəniz, həmin sözü həm rahibə, həm də inqilabçıya dedikdə onlar tamam fərqli istiqamətlərdə gedəcəklər?
Anton Çexov

Ümumiyyətlə, istənilən fəaliyyət, o cümlədən uğurlu aktivizm planlaşdırmanı tələb edir. Qrupda planlaşdırma sessiyası nəyə diqqət yetirmək istədiyinizi müəyyən etməyə və bunu həyata keçirməyə yardım edəcəkdir və məqsədlərinizə nail olmağın ən yaxşı yoludur. Bu, daha ambisiyalı məqsədlər üçün məsləhət görülən ilk addımdır, çünki arzuolunan məqsədlərə çatmayan və ya gözlənilməz problemlər yaradan fəaliyyət ruhdan sala bilər. Atdığınız ilk addım effektiv olmalıdır.

Bu bölmə plan üçün struktur hazırlamağın bir yolunu əks etdirir, eyni zaman-da, qrupun diqqətini qarşıya qoyduqları məqsədə çatmaq üçün ən effektiv yolun hansı olduğuna yönəltməyə kömək edir. Bu metodlar əvvəlki bölmədə müzakirə olunmuş birdəfəlik fəaliyyətlər üçün faydalı olsa da, həmçinin, vahid məqsədə yönəlmiş çoxsaylı müxtəlif fəaliyyətləri əhatə edən uzunmüddətli kampaniya barədə düşünmək üçün istifadə oluna bilər.

Başlamazdan əvvəl…

Özünüzü tanıyın – SWOT təhlil

Sual: Qrupdakı iştirakçıların hansı bacarıqlara malik olduğunu bilirsiniz?Onların məxsusi maraqlarını bilirsiniz?

Bacardığını düşünən insan bacarır. Budda

Hər qrupun gizli qabiliyyətləri var və qrupdakı hər bir şəxsin öz fərdi zövqləri, müəyyən bacarıqları və böyük çətinliklə yerinə yetirə bildiyi digər məsələlər mövcuddur. Qrupun özünün ayrı-ayrı üzvlərinin bilik və bacarıqlarından tam şəkildə faydalandığından əmin olmaq üçün bunların nəzərdən keçirildiyi bir sessiya təşkil etmək faydalı olar. SWOT təhlil bunun üçün effektiv metoddur. Belə təhlil qrup xaricində sizin edə bidiklərinizə təsir göstərə biləcək digər şərtləri də əhatə edir.

SWOT akronimi aşağıdakıları təmsil edir:

  • Güclü cəhətlər (strengths): qrupun yaxşı edə bildikləri
  • Zəif cəhətlər (weaknesses): qrupun yaxşı edə bilmədikləri
  • İmkanlar (opportunities): fəaliyyətə fayda verə biləcək qrupun nəzarəti xaricində olan faktorlar
  • Təhdidlər (threats): fəaliyyətin məqsədinə çatmasına maneə törədə biləcək qrupun nəzarəti xaricində olan faktorlar.

Təhlili aparmaq üçün çox vaxt ayırın; heç olmasa, bir saat ayrılması məsləhət görülür. Qrupu dörd kiçik işçi qrupa ayırın və Güclü, Zəif cəhətlər, İmkanlar və Təhdidləri müəyyən etmək tapşırıqlarını onların arasında bölüşdürün. Daha sonra, qrupu yenidən bir araya toplayın və insanların öz kolleqalarının təhlilləri ilə razılaşıb-razılaşmadıqlarını müəyyən edin. Müvafiq bölmələrə uyğun şəkildə dəyişikliklər və əlavələr edin.

Aşağıdakı diaqram tamamlanmış təhlilin bir nümunəsi olmaqla qrupa nə edəcəkləri barədə fikir vermək üçün faydalı ola bilər. Buna baxmayaraq, onların bu diaqrama həddən artıq bağlı qalmasına imkan verməyin! Hər qrupun özünəməxsus olduğunu və onların öz güclü və zəif cəhətlərini müəyyən etməli olduqlarını nəzərə alın.

Tamamlanmış SWOT təhlili nümunəsi

Bizim qrupun güclü cəhətləri hansılardır?

Bizim qrupun zəif cəhətləri hansılardır?

  • Böyükdür!            
  • Vaxtımız var və nəsə etməyə həvəsliyik
  • Mişanın atası siyasətçidir
  • Şəhərin mərkəzində görüş yerimiz var
  • Qabriela yaxşı natiqdir
  • Bojkanın kompyuteri var
  • Pulumuz yoxdu
  • Liderlərin sayı həddən artıq çoxdur!
  • Əvvəl belə iş görməmişik və həyəcanlıyıq
  • Bəzilərimiz şəhər mərkəzindən uzaqda yaşayır
  • Həmişə qrup kimi yaxşı işləmirik

Qrup xaricində hansı imkanlar var?

Fəaliyyətimiz üçün hansı xarici təhdidlər mövcuddur?

• Seçkilər yaxınlaşır
Qaçqınlarla layihələr üçün müəyyən qrantlar verilir
• Avropa Məhkəməsi yaxınlarda bu ölkəyə qarşı məhkumlarla rəftarına görə hökm çıxarıb
• Bizim teatr kimi istifadə edə biləcəyimiz yeni şəhər zalımız var

  • İqtisadi vəziyyət risklidir
  • Bəzilərimizin imtahanları yaxınlaşır
  • Şura ictimai görüşləri qadağan etməklə təhdid edir
  • Qaçqınların yerli işləri alması narahatlıq doğurur
  • Çöldə nəsə etmək üçün çox soyuqdur
  • Valideynlərimiz risk almağımızı istəmir

Seçim etmək

Qəbul olunanla deyil, düzgün olanla başlayın..
Franz Kafka

Qrup hansı məsələ üzrə işləməyi necə seçir? Bir çox hallarda qrupdakı insanlar əhəmiyyətli olduğunu düşündükləri məsələlər üzrə işləmək istəyəcəklər. Bunlar real hadisələrlə bağlı ola bilər, məsələn, Haitidəki zəlzələ, Sudandakı aclıq və ya yerli ailənin evindən çıxarılması faktı. Hansı məsələni seçmək və ona necə yanaşmaqla bağlı ümumi razılığa gəlmək əsas çətinlik ola bilər.

Siz qəbul edilən istənilən qərarda qrupun bütün üzvlərinin dəstəyini almalısınız, buna görə də, məsələlər üzrə müzakirələri tələsdirməyin: onlara öz seçimlərini səsləndirmək və bu və ya digər mövzunu seçməyin faydaları barədə danışmaq üçün çox vaxt verin. Onlara müəyyən məsələləri başqa vaxt nəzərdən keçirməyin daha faydalı ola biləcəyini xatırladın. Həmçinin qrupun müəyyən fəaliyyətlə bağlı birgə işləməsinin əhəmiyyətini vurğulayın. Əgər qrupda kimsə müəyyən seçimə qarşı kəskin mövqedə dayanırsa, həmin mövzunu seçməyə dəyməz. Qrupda əksəriyyətin qərarını qəbul etmək yerinə, konsensusa gəlməyə çalışın.

Sual: Qrupdakı narazılıqların dağıdıcı deyil, faydalı olmasını necə təmin edə bilərsiniz?

Problemi bilmək

Problem ağacı

Ağaclar və daşlar sizə ustalardan heç vaxt öyrənə bilməyəcəklərinizi öyrədəcək. Clairvaux-dan Müqəddəs Bernard (e.1100

Üzərində işlədiyiniz mövzunu başa düşmək üçün faydalı vasitələrdən biri prob-lem ağacı çəkməkdir. Bu üsulla məsələni hissələrinə ayıracaq, onun səbəbləri və nəticələrini nəzərdən keçirəcək, onu cəmiyyətdəki digər problemlərin kontekstinə uyğunlaşdıracaqsınız. Bu metod həm qrupun məsələni daha yaxşı başa düşməsi, həm də həll yoluna daha strateji yanaşmanı təmin etmək üçün faydalı ola bilər.

Növbəti səhifədə küçə uşaqlarının problemlərini başlanğıc nöqtə kimi müəyyən etmiş problem ağacı nümunəsini görə bilərsiniz. Aşağıdakı proseduru izləməklə qrup öz məsələsi üçün problem ağacı çəkə bilər:

  • Böyük vərəqin ortasında üzərində işləmək istədiyiniz problemi yazmaqla başlayın.
  • Onun altında problemə səbəb olan bütün faktorları yazın və onları birləşdirməklə ilkin probleminizin kökləri kimi göstərin.
  • Problemə səbəb olan faktorları çəkərkən hər bir kökü ayrıca nəzərdən keçi-rin və onun səbəbləri barədə düşünün.
  • Hər kökü tapşırığı daha irəli apara bilmədiyiniz son mərhələyə qədər araşdırın: sizin fikrinizcə, ağacın daha dərin kökləri ola bilməz.
  • Ağacın “budaqları”nı eyni şəkildə uzada bilərsiniz: bunlar ilkin problemin nəticələri olacaqdır. Sizin ilkin olaraq üzərində işləməyə başladığınız əsas problemin başqa bir ağacın kökü və ya budağı olduğunu aşkara çıxara bilərsiniz.
  • Bitirdikdən sonra, ağacınıza baxın. Siz, ilk öncə, ilkin olaraq müəyyən etdi-yiniz məsələni yoxsa ona səbəb olan faktorlardan birini araşdırmalısınız? Ağac problemi araşdırmaq üçün yolları müəyyən etməkdə sizə kömək olub?

Image: A sample problem tree

Həlli bilmək

Fəaliyyətinizin nəticəsinin nə olmasını istədiyinizə qərar verməlisiniz! Nə uğur sayıla bilər? Qrupu nəyə nail olmaq istədikləri, müvəfəqiyyət qazanıb-qazanmadıqlarını necə müəyyən edəcəkləri barədə düşünməyə vadar edin. Onlar problem ağacına qayıdıb onu dəqiq həlləri müəyyən etmək üçün vasitə kimi istifadə etməyi faydalı hesab edə bilərlər. Ümumilikdə, köklərə hücum etmək ağacdan daha yuxarıda həlləri tapmağa imkan verəcək, məsələn, daha çox sosial ev olsa və ya kirayə haqları daha aşağı olsa, bir çox gənclər başları üzərində dam əldə edə bilərlər.

Məni narahat edən yeganə məsələ bu etiraz aksiyasını keçirmək üçün bu qədər gözləməyimiz idi..
Rosa Parks

Mürəkkəb məsələlərdə siyasəti dəyişməyin çətin olduğunu və çox nadir hallarda, yalnız bir fəaliyyət nəticəsində buna nail olunduğunu yadda saxlayın. Qrup nəyə ümid edə biləcəyi barəsində realistik olmalıdır: onlara hətta “kiçik” nəticənin belə daha böyük problemi həll etmək üçün önəmli töhfə ola biləcəyini xatırladın. Effektiv kam-paniyalar, demək olar ki, həmişə belə “kiçik” addımlar üzərində qurulur və qrupunuz tərəfindən nail olunmuş hər hansı uğurlu fəaliyyət daha sonradan davam etdirilə və ya müvafiq problemlə məşğul olan digər aktivistlər tərəfindən götürülə bilər.

Hərəkətə keçmək üçün müəyyən ümumi səbəblər üzrə beyin fırtınası aparmaq qrupa kömək edə bilər. Bununla, onlar məsələləri ilə ən çox bağlı olan səbəbləri seçə və nail olmağın real olduğunu düşündükləri bir neçə spesifik məqsədi müəyyən edə bilərlər.

Sual: Yaxınlarda şahidi olduğunuz və ya haqqında eşitdiyiniz etiraz aksiyası barədə düşünün: sizin fikrinizcə, təşkilatçılar nəyə nail ol-maq istəyirdilər? Onlar uğur qazandılar? Niyə və ya niyə yox?

Fəaliyyəti planlaşdırmaq

Qrupunuz artıq mövzu üzrə razılığa gəlib və nə etməyə çalışacaqları barədə müəyyən fikirə malikdir. İndi isə, məqsədlərinə nail olmaq üçün hansı mexanizmdən istifadə etmək barədə qərara gəlməlidirlər.

Növbəti səhifədəki blok-sxem qərara gəlmək istiqamətində addım-addım aparılan yanaşma kimi seçdikləri metodun qarşıya qoyduqları məqsədə nail olmağa uyğunluğunu təmin etmək üçün istifadə oluna bilər. Blok-sxem sizi fəaliyyətin ən uyğun formasına qərar vermək üçün 5 addımdan keçirir və 5 təxmini nümunə üzrə prosesin necə gedə biləcəyini nümayiş etdirir.

Növbəti bölmədə hər addım daha geniş izah olunub.

Fəaliyyətinizi planlaşdırmaq – diaqram

Image: Planning your action - diagram

Hansı problemə baxmaq istəyirsiniz?

Etiraz forması kimi simvolik ictimai aktlar Bayraqlar və simvolik rənglərin nümayişi, Simvolları geyinmək, Dua və ibadət, Simvolik əşyaları çatdırmaq, Etiraz əlaməti kimi soyunmaq, Öz mülkünü dağıtmaq, Simvolik işıqlar, Portretlərin nümayişi, Etiraz əlaməti kimi rəngləmək, Yeni işarələr və adlar, Simvolik səslər, Simvolik düzəlişlər, Kobud jestlər      Qeyri-zorakı fəaliyyət üzrə 198 Metoddan götürülüb: http://www.peacemagazine.org/198.htm

Bu addım sadədir: bu, qrupun hazırladığı problem ağacı tapşırığının nəticəsi ola-caq. Əgər ağac tapşırığını etməmisinizsə, qrupun baxmaq istədiyi problemi müm-kün qədər dəqiq şəkildə müəyyən etməsinə nail olmağa çalışın.

Hədəf kütləniz kimlərdir?

Əgər problemi dərhal etməyə ümid etmirsinizsə, sizin fəaliyyətinizdə hədəf kütləniz gözlədiyiniz yekun dəyişikliyi edəcək insan və ya insanlar olmayacaqdır. Sizin fəaliyyətiniz dəyişikliyi etmək üçün atılmış bir addımdan artığı olmayacaqdır; məsələn, siz ictimaiyyəti məlumatlandırmaqla dövlətə təzyiq göstərməyə çalışa bilərsiniz. Yaxud narahatlıq doğuran məsələ ilə bağlı çalışması üçün yerli qrup yaratmağa çalışa bilərsiniz.

B qutusunda sizin hədəf kütləniz fəaliyyətinizi istiqamətləndirdiyiniz insanlar olacaqdır. Bu kütlə bir insan qrupundan daha artıq ola bilər; məsələn, blok-sxemdəki birinci halda həm şəhərdəki insanlar, həm də şirkət direktorları fəaliyyətin hədəf kütləsidir. Fəaliyyət şirkətin direktorlarına təqdim ediləcək petisiyanı imzalayan şəhər sakinlərindən asılıdır. Bu petisiya direktorlara təsir göstərmək və onları çayı təmizləməyə məcbur etmək məqsədilə təqdim olunacaqdır.

Hansı dəyişiklikləri görməyə ümid edirsiniz?

Bu sual yenə sizin fəaliyyətinizlə bağlı olsa da, qarşıya qoyduğunuz yekun dəyişikliklə bağlı olmaya bilər. Məsələn, sizin qrupun fəaliyyətinin uşaq işçilərin transmilli şirkətlər tərəfindən istismarına tamamilə son qoyması real görünmür! Buna baxmayaraq, siz problemə marağı artıra və digərlərini fərqli yollarla addım atmağa həvəsləndirə bilərsiniz. Bu isə, öz növbəsində, şirkətin siyasəti və ya həmin şirkətlərə tətbiq olunan dövlət qaydalarında dəyişikliyə aparıb çıxara bilər.

Bu qutuda siz fəaliyyətin nəyə nail olmaq üçün aparıldığı və nəyin əsasında uğur qazanıb-qazanmadığınızı müəyyən edəcəyiniz barədə düşünməlisiniz. Qrupu müm-kün qədər spesifik olmağa təşviq edin, onlar fəaliyyətin yaxşı və ya pis getməsinin nə demək olduğu barədə düşünməlidirlər. Yuxarıda verilmiş “Həlli bilmək” başlıqlı 3.4.1.4-cü bölmədəki nümunələrdən istifadə edin.

Dəyişiklik necə gələcəkdir?

Bu sual hələ də qrupun istifadə etməyə qərar verdiyi mexanizm barədə deyil, fəaliyyətin necə aparılmalı olduğu ilə bağlıdır. Əksər hallarda insanların fikirlərini dəyişmək və ya onları nəyisə fərqli etməyə ehtiyac olduğuna inandırmaq psixologiyası ilə əlaqədardır. Bu əhəmiyyətli sual adətən unudulur və onun təcrid olunması fəaliyyətin təsirini aşağı salır.

Məsələn, qrupun milliyyətçi və ya proto-faşist təşkilatların populyarlığının artması ilə bağlı narahat olduğunu və bu məsələyə baxmaq istədiyini fərz edin. On-lar bu təşkilatlara dəstəyin yuxarı olduğu ərazilərdə yaşayan insanların qapılarının arasına məlumat vərəqləri qoymaq barədə düşünə bilərlər. Buna baxmayaraq, əgər onlar insanların nəyə görə milliyyətçi təşkilatlara üz tutduğunu başa düşməsələr, vərəqlər nəzərdə tutulduğunun əksi təsir doğura bilər. Qrup vərəqin insanların fikrini necə dəyişə biləcəyi və nəzərdə tutulan hədəf qrup üçün hansı mesajların təsirli ola biləcəyi barədə düşünməlidir. Onlar milliyyətçi təşkilatlara artan dəstəyin arxasında dayanan bəzi səbəblər və qayğılardan xəbərdar olmalıdırlar.

Bu qutu, həqiqətən də, “yoxlama” qutusudur, indiki vəziyyətdən mütləq şəkildə “nəticə”nin əldə olunması üçün nə etmək barədə düşünməklə bağlıdır.

Şagirdlər irqçiliyə qarşı: məktəb administrasiyasına yardım etmək                                              Portuqaliyadakı kənd məktəbində Rumıniya və Ukraynadan olan yeni şagirdlər məktəbdəki digər şagirdlərin iqrçi rəyləri və hərəkətlərinə məruz qalırdılar. Bu, region üçün tamamilə yeni problem olduğundan müəllimlər və məktəb şurası nə etməli olduqlarını bilmirdilər. Baş verənlərdən narahat olan bir neçə şagird kömək və məsləhət üçün yerli istirahət mərkəzində gənclərlə çalışan işçiyə müraciət etdilər. Onlar birlikdə məktəbdə bir həftə davam edən Xarici görünüşə görə fərqli, daxildən eyni (Diferente por fora, Igual por dentro) başlıqlı kampaniya təşkil etdilər. Uşaqların günündəki hər andan istifadə olundu – yemək vaxtları, dərslər, asudə vaxt – və problemlə bağlı müxtəlif məşğələlər təşkil edildi. Teatr klubunda forum teatrından istifadə olundu, əllə hazırlanmış posterlər və emblemlər paylandı, istirahət mərkəzində bədii məşğələlər təşkil olundu, filmlər nümayiş etdirildi, bufetdə müxtəlif ölkələrdən olan keklər təqdim edildi. Həftə uğurlu alındı və məktəb hər il bənzər tədbir keçirməyə qərar verdi.

İnsanlara təsir göstərmək üçün hansı vasitələrdən istifadə edəcəksiniz?

Blok-sxemin apardığı istiqamət buradır! Bu mərhələdə qrupun dəqiqliklə nə etməli olduğu barədə seçimlərin sayı əvvəlki mərhələlərdən keçməklə azaldılmışdır. İndi isə qrup əvvəlki qutuda müəyyən olunmuş dəyişikliyin baş verməsi üçün gərəkli olan mümkün addımların siyahısını hazırlaya bilməlidir. Onları kreativ şəkildə düşünməyə sövq edin, bu fəsilin 2-ci bölməsindəki təkliflərdən bəzilərinə - eləcə də tematik araşdırmalara baxın və onlara qruplarındakı müəyyən xarakteristika barədə düşünməyi xatırladın. Yenidən yekun seçimlə bağlı konsensusa gəlməyə çalışın.

İnsan Hüquqlarında Yeni Taktikalar

Yeni Taktikalar beynəlxalq insan hüquqları icması daxilində taktiki innovasiya və strateji düşüncəni təbliğ etmək üçün çalışan beynəlxalq təşkilatlar, məsləhətçilər və təcrübəçilərin ayrıca qrupudur. 1999-cu ildən bəri İnsan Hüquqlarında Yeni Taktikalar layihəsi nadir resurslar yaradıb və spesifik məsələlər, coğrafi regionlar və ya hədəf qruplar ətrafında deyil, mümkün həllər üzrə təşkilati iş aparıb. Resurslar aktivistlərin öz vəziyyətlərinin məxsusi elementlərini müəyyən etməsinə, eləcə də başqa hallarda faydalı olmuş uyğun yanaşmaları axtarıb tapmasına imkan verir. Resurs aktivistlərin müxtəlif taktikaları mürəkkəb strategiyalar ilə birləşdirməsinə yardım edir. Resursların bir çoxu onların vebsaytında müxtəlif dillərdə tapıla bilər - www.newtactics.org.

Təşkilatlanmaq

Qrupun fikirlərini küçəyə çıxarmamışdan əvvəl son bir mərhələ var. Praktiki məsələlər ortaya çıxmamışdan əvvəl, qrupun təşkilati məsələlər üzrə fəaliyyət planı hazırlaması məsləhət görülür. Bu, sadə fəaliyyət üçün vacib olmasa da, planın hazırlanması qrup üçün faydalı vərdişdir və tapşırıqların bacarıqlar və seçimlər üzrə bərabər bölgüsünü təmin edəcəkdir. Həmçinin, bu, heç nəyin unudulmamasını təmin etməlidir!

Onlar aşağıdakılarla bağlı qərar verməlidirlər:

  • Hansı tapşırıqlar yerinə yetirilməlidir?
  • Müxtəlif tapşırıqları kimlər yerinə yetirəcək?
  • Tapşırıqlar nə vaxt yerinə yetiriləcək?

Tapşırıqlar cədvəlinin qurulması

Aşağıdakı cədvəl üç sual üzrə ayrılmış tapşırıqları əhatə edən xəyali fəaliyyəti nümayiş etdirir. Göstərilən addımlardan istifadə etməklə qrupla belə cədvəl qurun:

  1. Planların necə getdiyinə nəzarət etmək üçün hər şeyin yazıldığından əmin olun. Sizin iki böyük vərəq və flomastra ehtiyacınız olacaq.
  2. Hər kəsin müzakirə edilən məsələni aydın şəkildə başa düşdüyündən əmin olun. Bir nəfəri köməkçi olub kağızın yuxarısında başlığı yazması üçün seçin. Ehtiyac duyulan bütün işlərin siyahısı üzrə beyin fırtınası aparın və onları hamının görə biləcəyi şəkildə böyük vərəqlərin birinə yazın.
  3. Gün ərzində qrupla düşünün, nəyin baş verəcəyini təsəvvürünüzə gətirin və düşündüyünüz işləri bir daha nəzərdən keçirin.
  4. İndi isə, siyahıya yenidən baxıb işlərin İndi, Tezliklə və ya Daha Gec yerinə yetirilməli olduğuna qərar verin: hər iş üçün İ, T və ya D qeyd edin.
  5. İkinci kağızı “qərar vərəqi” kimi istifadə edin. Kağızın sol tərəfində tapşırıqları sıralayın; daha sonra, növbəti sütunda kimin hansı tapşırığı yerinə yetirəcəyini yazın. Nəhayət, üçüncü sütunda işlərin görülməsi üçün son tarixləri qeyd edin.
  6. Tapşırıqları aranızda bölüşün: onların hamısını bir və ya iki şəxsə tapşırmayın. Əgər onlar xəstə və ya başqa işlərlə məşğul olmalı olsalar, nəyin baş verəcəyi barəsində düşünün!

Qərar vərəqi nümunəsi

Tədbir: Azlıqların hüquqları üzrə küçə aksiyası
Tapşırıq Kim edir Ne vaxt

Paylanılacaq vərəqlərin hazırlanması

Sally, John, 10, 17 sentyabrda görüşlər
Nəşrin təşkili Rumen, Ben 20 sentyabrdan sonra
Bannerlər/plakartlar hazırlamaq Hamı 24 sentyabrda başlayan həftə
Bannerlər üçün materiallar və s. almaq Shila, Karen, Ivan 17 sentyabrda başlayan həftə
Başqalarını cəlb etmək Shila, Moca, Tania 17 sentyabrda başlayan həftə
Yerli şura ilə əlaqə saxlamaq Damien, Sue Tarix təsdiqləndikdən sonra
Polislə danışmaq Damien, Sue  
Önəmli yerli xadimin iştirakını təmin etmək Tim, Hannah  
Azlıqların qruplarını məlumatlandırmaq Lucy, Sanchita  
Nitqləri hazırlamaq Natalie, Ben, Sally  
Qəlyanaltıları təşkil etmək Petra, Paul  
Sonrakı təmizlik işləri

Natalie, Ben, Rumen, Sanchita

 

 

Təhlil və qiymətləndirmə

İstənilən İHT fəaliyyətində olduğu kimi – əslində, istənilən fəaliyyətdə – fəaliyyət bitdikdən sonra qrupla təhlil aparmaq, nəyin yaxşı getdiyini və nəyin daha yaxşı ola biləcəyini müəyyən etmək vacibdir. Çox güman ki, qrup fəaliyyəti yüksək səviyyədə hisslərlə, ya müsbət, ya da mənfi bitirəcəkdir. Onlara bu barədə danışmaq və hisslərini qrupla bölüşmək imkanı vermək əhəmiyyətlidir. Bu, həmçinin, sonrakı fəaliyyətlərin planlanmasına yardım edəcəkdir.

Aşağıdakı suallar təhlil aparmaq üçün çərçivə kimi faydalı ola bilər.

          • Fəaliyyət gününün ardından hissləriniz nələrdir? (Bu hissə qrupda qısa dövrə vurmaqla aparıla bilər.)
          • Nəyin yaxşı getdiyini hiss etdiniz?
          • Nəsə gözlədiyinizdən daha çətin ldu?
          • Gözlənilməz nəsə ldu?
          • Sizin fikrinizcə, növbəti dəfə üçün nəzərə almalı lduğumuz dərslər var?
          • Qarşıya qyduğumuz məqsədə nail olduq?
          • Gözləmədiyimiz nəyəsə nail lduq?
          • Özünüzdən razı qaldınız və gələcəkdə bənzər nəsə etmək istəyərsiniz?
          • Bəs biz indi nə edəcəyik?!

Afrikaya futbol butsiləri                                                                                                                               Emil Danimarka, Soro Frederiksberq məktəbində 7-ci sinif şagirdi, Anaklayto isə Cənubi Afrikadan olan qonaq müəllim idi. Sinifdə ev və məktəb həyatı haqqında müzakirə zamanı Anaklayto Danimarkada uşaqlar və gənclərin çoxsaylı imkanlara və əlverişli şəraitə malik olması ilə bağlı fikirlərini bölüşdü. O, evi olan Cənubi Afrikada şagirdlərin nə uyğun futbol meydançası, nə də butsiləri olmadığını bildirdi. Bundan ilhamlanan şagirdlər Anaklaytonun məktəbinə göndərmək üçün ikinci əl futbol ayaqqabılarını toplamaq qərarına gəldilər. Şagirdlər ondan bu təşəbbüs barədə nə düşündüyünü soruşdular; cavab müsbət oldu, beləliklə, şagirdlər öz məktəblərində və qonşu məktəblərdə posterlər asaraq yardım üçün çağırış etdilər. Yerli futbol klubu bu layihə barəsində eşitdi və özlərinin itmiş əşyalar şkafından bir neçə cütü təqdim etdilər. Birdən-birə Emil və onun dostlarının 100 butsi cütündən ibarət böyük ayaqqabı yığını ortaya çıxdı. Bununla belə, onlar bu ayaqqabıları Yohannes-burqa göndərməyin DKK 500 (67 avro) məbləğinə başa gələcəyini öyrəndikdə məyus oldular. Buna görə də, növbəti addımın nə olacağı barədə düşünməyə başladılar. İlk öncə, ayaqqabıları ayırıb onlardan hansıları göndərə biləcəklərini müəyyən etdilər. Əllərində 75 cüt qaldı. Daha sonra, onlar ayaqqabıları poçtla göndərmək üçün pul tapmalı idilər. Bunun üçün, sinif müxtəlif yardım agentlikləri və yerli şuraya məktub yazdı, yerli qəzetdə çap olundular və radioda sponsor axtardıqlarını bildirdilər. Bir neçə uğursuzluqdan sonra, Cənubi Afrikaya turlar təşkil edən yerli səyahət assosiasiyasının rəhbəri qəzetlə əlaqə saxladı və yardım etməyi təklif etdi. Nəhayət, altı aydan sonra Emil bağlamaları poçt ofisinə gətirdi və onları Yohannesburqa, Anaklaytonun şagirdlərinə göndərdi.