Avropa İnsan Hüquqları Konvensiyası (sadələşdirilmiş versiya)
Seçilmiş maddələrin sadələşdirilmiş versiyası1
Preambulanın xülasəsi
Avropa Şurasına üzv hökumətlər insan hüquqları və əsas azadlıqlarına əsaslanan sülh və böyük birlik üçün çalışır. Bu Konvensiya ilə onlar Ümumdünya İnsan Hüquqları Bəyannaməsində qeyd olunan hüquqların bir çoxunu həyata keçirmək üçün ilkin addımlar atmağı qərara alır.
Maddə 1 - İnsan hüquqlarına hörmət olunması öhdəliyi
Dövlətlər hər kəsin bu Konvensiyada müəyyən olunmuş hüquq və azadlıqlara malik olmasını təmin edirlər.
Maddə 2 - Yaşamaq hüququ
Siz yaşamaq hüququna maliksiniz.
Maddə 3 - İşgəncələrin qadağan olunması
Heç kəs sizi incitmək və ya işgəncəyə məruz qoymaq hüququna sahib deyil. Hətta həbsdə olduqda belə sizin insan ləyaqətinizə hörmət edilməlidir.
Maddə 4 - Köləliyin və məcburi əməyin qadağan olunması Sizə kölə münasibəti göstərmək və ya məcburi əməyə cəlb etmək qadağandır.
Maddə 5 - Azadlıq və toxunulmazlıq hüququ
Sizin azadlıq hüququnuz var. Sizi həbs etdiklərdi təqdirdə, bunu nə üçün etdiklərini bilməyə haqqınız var. Həbs olunduqda sizin tezliklə məhkəməyə çıxarılmaq və ya məhkəmə baş tut-ana qədər sərbəst buraxılmaq hüququnuz var.
Maddə 6 - Ədalətli məhkəmə hüququ
Sizin qərəzsiz və müstəqil hakim qarşısında ədalətli məhkəmə hüququnuz var. Əgər siz cinayət törətməkdə təqsirləndirilirsinizsə, təqsiriniz sübut olunana qədər təqsirsiz hesab edilirsiniz. Kasıbsınızsa, haqqı dövlət tərəfindən ödənilən hüquqşünas tərəfindən yardım almaq hüququnuz var.
Maddə 7 - Qanunsuz cəzalandırılmamaq
Siz cinayəti törətdiyiniz zaman buna qarşı bir qanun olmadığı təqdirdə, siz bu cinayət üzrə təqsirli hesab oluna bilməzsiniz.
Maddə 8 - Şəxsi və ailə həyatına hörmət hüququ
Siz şəxsi və ailə həyatı, eviniz və yazışmalarınıza hörmət hüququna maliksiniz.
Maddə 9 - Düşüncə, vicdan və din azadlığı
Siz düşüncə, vicdan və din azadlığına maliksiniz. Siz evdə və ictimaiyyət içində etiqad etmək və dininizi dəyişmək hüququna maliksiniz.
Maddə 10 - İfadə etmək azadlığı
Düşündüyünüzü məsuliyyətlə demək və yazmaq və digər şəxs-lərə məlumat ötürmək və qəbul etmək hüququnuz var. Buraya mətbuat azadlığı da daxildir.
Maddə 11 - Yığıncaqlar və birləşmək azadlığı
Sizin dinc mitinqlərdə iştirak etmək və həmkarlar ittifaqları da daxil olmaqla, birləşmələr yaratmaq və ya qoşulmaz hüququnuz var.
Maddə 12 - Nikah hüququ
Sizin nikaha daxil olmaq və ailə qurmaq hüququnuz var.
Maddə 13 - Səmərəli hüquqi müdafiə vasitələri hüququ
Hüquqlarınız pozulduğu təqdirdə, siz bununla bağlı məhkəmələrə və ya dövlət orqanlarına rəsmi şikayət edə bilərsiniz.
Maddə 14 - Ayrı-seçkiliyin qadağan olunması
Siz dəri rənginiz, cinsiniz, diliniz, siyasi və ya dini inamlarınız və ya mənşəyinizdən asılı olmayaraq, bu hüquqlara sahibsiniz.
Maddə 15 -Fövqəladə hallar zamanı məhdudlaşdırma
Müharibə və ya millətin həyatını təhdid edən digər fövqəladə hallar zamanı hökumət yalnız ciddi ehtiyac olduğu təqdirdə, sizing hüquqlarınıza zidd tədbirlər görə bilər. Hətta o halda belə, hökumətlərə məsələn, sizə işgəncə etmək və ya sizi öldürməyə icazə verilmir.
Maddə 16 - Əcnəbilərin siyasi fəaliyyətinin məhdudlaşdırıl-ması
10, 11 və 14-cü Maddələrdə heç nə hökumətlər üçün əcnəbilərin siyasi fəaliyyətinə məhdudiyyətlər qoymasına maneə kimi nəzərdən keçirilə bilməz.
Maddə 17 - Hüquqlardan sui-istifadənin qadağan olunması
Bu Konvensiyada heç nə burada təsbit olunmuş hüquq və azadlıqların ləğvi üçün istifadə oluna bilməz.
Maddə 18 - Hüquqlarla bağlı məhdudlaşdırmalardan istifadənin hədləri.
Bu Konvensiyanın hüquqlarının əksəriyyəti hər kəsə tətbiq olunan ümumi qanunla məhdudlaşdırıla bilər. Belə məhdudiyyətlərə yalnız ciddi zərurət yarandıqda icazə verilir.
Maddə 19 - 51
Bu maddələr Avropa İnsan Hüquqları Məhkəməsinin necə işlədiyini izah edir.
Maddə 34 - Fərdi şikayətlər
Konvensiyada olan hüquqlarınız üzv dövlətlərdən birində pozulduğu təqdirdə, əvvəlcə bütün səlahiyyətli yerli orqanlara müraciət etməlisiniz. Əgər bu sizin üçün işləməsə, birbaşa olaraq, Strazburqda Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edə bilərsiniz.
Maddə 52 -Baş Katibin sorğuları
Avropa Şurası Baş Katibinin müraciəti əsasında hökumət öz daxili hüququnun bu Konvensiyanın hüquqlarının səmərəli tətbiqini necə təmin edəcəyi ilə bağlı izahat təqdim edir.
KONVENSİYANIN PROTOKOLLARI
1 Saylı Prokolun 1-ci Maddəsi - Mülkiyyətin müdafiəsi
Sizin mülkiyyət və ondan istifadə hüququnuz var.
1 Saylı Prokolun 2-ci Maddəsi -Təhsil hüququ
Sizin məktəbə getmək hüququnuz var.
1 Saylı Prokolun 3-cü Maddəsi -Azad seçkilər hüququ
Sizin öz ölkənizin hökumətini öz gizli səsinizlə seçmək hüququnuz var.
4 Saylı Protokolun 2-ci Maddəsi - Hərəkət etmək azadlığı
Qanuni əsaslarla hər hansı dövlətin ərazisində olduğunuz təqdirdə, sizin həmin ərazidə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququnuz var.
6 Saylı Protokoun 6-cı Maddəsi -Ölüm cəzasının ləğvi
Siz dövlət tərəfindən ölüm cəzasına məhkum edilə və ya edam oluna bilməzsiniz.
7 Saylı Protokolun 2-ci Maddəsi -Cinayət işlərinə dair hökmlərdən apelyasiyaya vermək hüququ
Siz cinayət törətməyə görə məhkəmə tərəfindən məhkum edildiyiniz təqdirdə, yuxarı məhkəmə instansiyasına müraciət etmək hüququnuz var.
7 Saylı Protokolun 3-cü Maddəsi Məhkəmə səhvinə görə kompensasiya
Cinayət törətməyə görə haqqınızda hökm çıxarıldıqda və günahsız olduğunuz ortaya çıxdıqda sizin kompensasiya almaq hüququnuz var.
12 Saylı Protokolun 1-ci Maddəsi - Ayrı-seçkiliyə ümumi qadağa
Siz heç bir dövlət hakimiyyəti orqanı tərəfindən, məsələn, öz dəri rənginiz, cinsiniz, diliniz, siyasi və ya dini inamınız və ya mənşəyinizə görə ayrı-seçkiliyə məruz qala bilməzsiniz.
1 Bu sadələşdirilmiş versiya Avropa Şurasının Əlaqələndirmə Direktorluğu tərəfindən yalnız təhsil məqsədləri üçün hazırlanmışdır. Hüquqi əsasları olan mətnlər yalnız İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi Konvensiyasının və onun protokollarının rəsmi nəşr olunmuş versiyalarındadır.
- 1-ci Fəsil – İnsan Hüquqları üzrə təhsil və Kompas: ümumi məlumat
- 2-ci Fəsil –İnsan Hüquqları Təhsili üzrə praktiki məşğələlər və metodlar
- 3-cü Fəsil – İnsan Hüquqları uğrunda hərəkətə keçmək
- 4-cü Fəsil – İnsan Hüquqlarını başa düşməkUnderstanding Human Rights
- 5-ci Fəsil – Qlobal İnsan Hüquqları Mövzuları üzrə Ümumi Məlumat
- Əlavələr
- İzahlı lüğət