Milli Azlıqların Müdafiəsi haqqında Çərçivə Konvensiyası
(Xülasə)
Bu Konvensiya ümumilikdə mill azlıqların müdafiəsi üzrə ilk hüquqi öhdəlik doğuran çoxtərəfli vasitədir. Onun məqsədi Tərəflərin müvafiq əraziləri daxilində milli azlıqların mövcudluğunu qoruyub saxlamaqdır. Konvensiya milli azlıqların öz mədəniyyətlərini qoruyub saxlamasına və inkişaf etdirməsinə, eləcə də öz milli kimliklərini saxlamasına lazımi şəraiti yaratmaqla onların tam və effektiv bərabərliyini təmin etməyə çalışır.
Konvensiya milli azlıqların nümayəndələri üçün ictimai həyat sahəsində aşağıdakı prinsipləri müəyyən edir:
• Ayrı-seçkiliyə məruz qalmamaq
• Effektiv bərabərliyin təmin olunması
• Mədəniyyət, din, dil və ənənələrin qorunub saxlanmasının təmin olunması
• Sərbəst toplaşmaq azadlığı
• Birləşmək azadlığı
• İfadə azadlığı
• Düşüncə, vicdan və din azadlığı
• KİV-ə çıxış və KİV-dən istifadə hüququ
• Dil və təhsillə bağlı azadlıqlar
• Transsərhəd əlaqələr və əməkdaşlıq
• İqtisadi, mədəni və sosial həyatda iştirak
• Zorla assimilyasiyanın qadağan olunması.
Konvensiyanın nəzarət mexanizmi tərəf dövlətlərin təqdim etmək məcburiyyətində olduğu hesabatlara əsaslanır. Hesabatları nəzərdən keçirmək üzrə məsul olan əsas orqan Avropa Şurasının Nazirlər Komitəsidir, lakin Məşvərət Komitəsinin mütəxəssisləri Nazirlər Komitəsinə yardım edir.
Məşvərət Komitəsi Tərəf Dövlətlərin namizədliklərini irəli sürdüyü şəxslər arasından Nazirlər Komitəsinin seçdiyi 18 üzvdən ibarətdir. Bəzi ölkələrin heç bir namizədləri Komitəyə seçilə bilmir, buna görə də, seçilməmiş namizədlər əlavə üzvləri əhatə edən ehtiyat siyahısına salınır. Məşvərət Komitəsi Dövlət hesabatlarından başqa digər mənbələrdən məlumat almaq səlahiyyətinə ma-likdir, məsələn, hökumət nümayəndələri və müstəqil mənbələrlə görüş təşkil edə bilər. Məşvərət Komitəsi Dövlətlərin hesabatlarını nəzərdən keçirərkən onlara səfərlər təşkil edə, hökumət, QHT-lər, azlıqların icmaları, akademiklər və digər maraqlı tərəflərlə görüşə bilər.