Xəbərlərə çıxın
İştirakçılar bulvar qəzetinin ön səhifəsinin nümunəsini hazırlamaq üçün kiçik qruplarda işləyirlər.
Vaxt: 60 dəqiqə
Hazırlıq
• Sizin hər kiçik qrup üçün A3 ölçüdə bir kağıza və bir neçə flomaster qələmə ehtiyacınız olacaq.
Təlimatlar
-
- 1. İştirakçılardan üç və ya dörd nəfərlik kiçik qruplara ayrılmağı xahiş edin. Onlar bulvar qəzetinin ön səhifəsini hazırlayacaqlar: burada uzun məqalələr deyil, böyük başlıqlar olmalıdır!
- 2. Onlardan etdiklərini və layihədən yaxud məşğələdən nə öyrəndiklərini müzakirə etməyi, güclü və zəif tərəflər barəsində beyin fırtınası aparmağı xahiş edin.
- 3. Hər kiçik qrup birgə 5 və ya 6 “hekayə” barəsində razılığa gəlməlidir. Onlar hər hekayə üçün başlıq və hekayənin qısa xülasəsini vermək üçün bir neçə cümlə yazmalıdırlar. Bütün hekayəni yazmaq gərəkli deyil. “Foto şəkil” istəyə görədir, lakin yaxşı fikirdir.
- 4. Ön səhifələri nümayiş etdirin.
-
- 5. Təqdimat və müzakirə istəyə görədir.