Kompasa, Gənclərin iştirakı ilə insan hüquqlarının təhsili üzrə təlimat vəsaitinə  xoş gəlmişsiniz!

Kompasın, Gənclərin iştirakı ilə insan hüquqlarının təhsili üzrə təlimat vəsaitinin yenilənmiş nəşrinə xoş gəlmişsiniz!

Kompas ilk dəfə 2002-ci ildə Avropa Şurasının Gənclər və İdman Direktorluğunun Gənclər üçün İnsan Hüquqları üzrə Təhsil Proqramı çərçivəsində nəşr edilmişdir. İnsan hüquqları üzrə təhsil – insan ləyaqəti üçün bərabərliyə köklənmiş təhsil proqramları və fəaliyyət – gənclər üçün demokratik vətəndaşlığın meyarının müəyyənləşdirilməsi və dünyada insan hüquqları mədəniyyətinin inkişafı üçün əvəzsiz dəyərə malik olduğundan bu proqram yaradılmışdır. Kompas gənclər məsələləri və qeyri-formal təhsillə məşğul olan bir çox insan üçün istinad vəsaitinə çevrilmişdir.(Ətraflı)

Avropa Şurası - Baş Katib

Image:Secretary General of the Council of Europe

Uşaqların və gənclərin insan hüquqlarına sadəcə sahib olması kifayət etmir. İnsan hüquqları mədəniyyətinin aşılanması və gənclərimizin bu hüquqlara necə çıxış əldə etməsini başa düşmələrini, həmçinin bu hüquqları, müdafiə və təşviq etmələrini təmin etmək üçün onların bu məqsədə xidmət edən təhsilə ehtiyacı var.

“Kompass” ilk dəfə 2002-ci ildə nəşr edilib. O vaxtdan etibarən insan hüquqları təhsilinin Avropada və dünyada saysız-hesabsız gəncin həyatına daxil edilməsində bir çox peşəkara və vətəndaş cəmiyyəti nümayəndəsinə kömək edib.

31 dilə tərcümə edilərək gənclər siyasəti və gənclərlə iş sahəsində hüquqlara əsaslanan yanaşmaların formalaşmasında mühüm rol oynayıb. Bu, şagirdlərə insan hüquqları sahəsində məsuliyyət aşılayan, onları ömür boyu müşayiət edən və gələcək nəsillərə ötürülə bilən həssaslığı yaradır. Məsələ sadəcə demokratik vətəndaşlığı öyrənmək yox, onu uzun müddət gücləndirməkdir.

Gənclərin həyata bu prizmadan baxma şanslarının olması çox böyük əhəmiyyət kəsb edir. Sürətlə dəyişən dünyada həm uzun müddətli tendensiyaların həm də hazırki hadisələrin səbəb olduğu böyük əndişə və qorxu hissi hökm sürür.  Bu çağırışlar dəf edilməz görünə bilər. Onları insan hüquqları nöqteyi nəzərindən görmə cəmiyyətlərimizin çox mürəkkəb məsələlərə etik prinsipləri tətbiq edə bilmələri barədə inam və güvən verə bilər. Bu insanlar ən çətin anlarda belə dəstəklənə və qoruna bilər, və dəstəklənməli və qorunmalıdır.

Bunu bilmə böyük hədiyyədir.

 

“Kompass”ın insan hüquqları sahəsində təhsil verən peşəkarlara mühüm işlərində  bələdçilik edəcəyinə inanıram.  

 

Mariya Peyçinoviç-Buriç