Materiallar/hazırlıq

• Sadə hekayəni danışmaq üçün şəkillər tapın. Onları iki hissəyə elə bölün ki, iki şəkil ayrılıqda onlarabbaxanı şəkillər birlikdə olduğu halda görəcəyi vəziyyətlə müqayisədə
fərqli vəziyyət qarşısında qoysun.
• Şəkilin iki hissəsini zərfə qoyun. Hər iştirakçı üçün bir zərf lazımdır.

Təlimatlar

1. İştirakçılardan cütlüklərə ayrılmağı xahiş edin.
2. Hər cütlüyə iki zərf verin.
3. İştirakçılar zərfi açıb öz partnyorlarına zərfin içindəki şəkillərdən birini verməlidirlər. Şəkili alan iştirakçı şəkildə nə baş verdiyini, subyektin kim olduğunu və nə etdiyini deməlidir.
4. Bundan sonra, birinci iştirakçı şəkilin ikinci hissəsini verməli və partnyorundan tam şəkili gördükdən sonra şəkildə nə baş verdiyini düşündüyünü soruşmalıdır.
5. Aşağıdakılar haqqında danışmaqla davam edin:
• Təəccübləndirici məqamlar hansılar idi?
• İnsanlar hansı tezlikdə gördüklərini qəbul edir və bunun “tam hekayə” olmaya biləcəyini unudurlar?

Fasilitator üçün məsləhətlər

Goto topBu məşğələdən ilkin ünsiyyəti başlatmaq üçün istifadə edə bilərsiniz.