Bu məşğələ əməkdaşlığı və qrupla qərar qəbul etmək bacarıqlarını təbliğ edir. Burada yaxın fiziki təmasdan istifadə olunur.

Təlimatlar

1. Qrupa bu oyunda bədənin doqquz “hissə”-sinin müvafiq xalları göstərməklə döşəməyə toxuna biləcəyini izah edin: 2 - ayaq, 2 - əl, 2 - dirsək, 2 - diz və 1 - alın.

2. İştirakçılardan otağın ortasında dayanmağı xahiş edin. 1 və 9 arasında bir rəqəm deyin və hər iştirakçıya döşəməyə bədənin qeyd olunan hissələri ilə toxunaraq lazımi xalı toplamalı olduqlarını izah edin. Bunu daha iki dəfə təkrarlayın.

3. İştirakçılara partnyor tapmağı tapşırın. 2 və 18 arasında bir rəqəm deyin. Cütlüklər bir yerdə işləyərək döşəməyə toxunmaqla müvafiq xalı toplamalıdırlar. Bunu daha iki dəfə təkrarlayın.

4. Turları 4 nəfərlik qruplarda, daha sonra 8, hətta 16 və ya hamı bir yerdə işləyənə qədər təkrarlayın.

Fasilitator üçün məsləhətlərGoto top

İstəyinizə uyğun olaraq, iştirakçıların danışmasına icazə verə yaxud yalnız işarə dili ilə ünsiyyətə icazə verə bilərsiniz. Dörd nəfərlik qruplar birgə oynadıqda ən aşağı rəqəm iki ola bilər, belə ki, iki iştirakçı bir ayaq üstdə dayanıb digər ikisini qucaqlarına ala bilərlər! Dörd nəfər oynadıqda, mümkün ən aşağı rəqəm dörd ola bilər (Ən yuxarı rəqəm isə 4 x 9 = 36-dır). Hər turda səsləndirilən ən yuxarı rəqəm hər qrupdakı şəxslərin sayının 9 dəfəsindən artıq ola bilməz! İştirakçıların cəld işləməsini təmin edin. Böyük qruplarda iştirakçıların kimin hansı xalı