(Qeyri-rəsmi xülasə)

Hazırki Pakt Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 16 dekabr, 1966-cı ildə qəbul edilmiş və 23 mart, 1976-cı ildə qüvvəyə minmişdir. 2012-ci ilin may ayına qədər Pakt 167 ölkə tərəfindən təsdiqlənmişdir.

Pakt Ümumdünya İnsan Hüquqları Bəyannaməsində sadalanan mülki və siyasi hüquq və azadlıqları daha da genişləndirir.

Paktın 1-ci Maddəsi altında dövlətlər öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsini təşviq etməli və bu hüquqa hörmət etməlidirlər. Pakt, həmçinin, insanların öz təbii sərvətləri və ehtiyatlarına sərbəst şəkildə malik olma, ticarət etmə və sərf etmə hüquqlarını tanıyır.


Paktla fərdlərin aşağıdakı hüquqları təmin olunur:

Maddə 2.

İstənilən şəxsin hüquqları po-zulduğu təqdirdə, hətta əgər bu pozuntu rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədilmiş olsa belə, onun səmərəli müdafiə vasitələrilə təmin edilmə hüququ.

Maddə 3

Bütün mülki və siyasi hüquq-lardan kişilərin və qadınların bərabər əsasda istifadə et-mək hüququ.

Maddə 6

Yaşamaq və sağ qalmaq hü-ququ.

Maddı 7

İşgəncələrə və ya qeyri-insani və alçaldıcı rəftara və ya cəzaya məruz qalmamaq hüququ.

Maddə 8

Köləlik və katorqadan azad ol-maq hüququ.

Maddə 9

Azadlıq və şəxsi toxunulmaz-lıq və özbaşınalıqla həbs edilmə və ya dustaqda saxlanılmadan azad olmaq hüququ.

Maddə 11

Müqavilə öhdəliyini yerinə ye-tirmək iqtidarında olmama-sı əsasında azadlıqdan məhrum edilməmək hüququ.

Maddə 12

Azadlıq və sərbəst hərəkət etmək hüququ.

Article 14

Qanun qaşısında bərabərlik hüququ; günahı qanuna uy-ğun olaraq sübut edilmə-yənə qədər günahsız hesab edilmək və qərəzsiz məhkə-mə tərəfin-dən ədalətli və açıq araşdırma hüququ.

Maddə 16

Hüquq  subyekti   kimi    qəbul edilmək hüququ

Maddə 17

Şəxsi həyat və onun qanunla qorunması hüququ.

Maddə 18

Düşüncə, vicdan və din azad-lığı hüququ.

Maddə 19

Sərbəst fikir və ifadə azadlığı.

Maddə 20

Müharibə təbliğatının və ya milli, irqi və ya dini nifrətin qadağan olunması.

Maddə 21

Dinc yığıncaqlar keçirmək hüququ.

Maddə 22

Başqaları ilə birlikdə assosiasi-yalar qurmaq azadlığı hüququ.

Maddə 23

Nikah bağlamaq və ailə qurmaq hüququ.

Maddə 24

Uşaqların hüquqları (kiçik yaşlı statusunda olma, vətən-daşlıq, qeydə alınma və ada malik olma).

Maddə 25

Dövlət işlərinin aparılması, səs vermək və seçilmək və dövlət qulluğuna buraxılmaq hüququ.

Maddə 26

Qanun qarşısında bərabərlik və qanunla bərabər müdafiə olun-maq hüququ.

Maddə 27

Etnik, dini və dil azlıqlarının nümayəndələrinin öz mədə-niyyətindən istifadə etmək, öz dininə etiqad etmək və doğma dilindən istifadə etmək hüququ.


Pakt hüquqi cəhətdən məcburidir; 28-ci maddəyə əsasən yaradılmış İnsan Hüquqları Komitəsi onun icrasına nəzarət edir. İlk Fakultativ Protokol, Pakt üçün fərdi şikayət mexanizmlərini təyin etdi/ 2012-ci ilin mayına qədər, protokol 114 dövlət tərəfindən təsdiqləndi.
Ikinci Fakultativ Protokol 1991-ci ildə qüvvəyə mindi və ölüm hökmünün ləğv olunması məqsədi daşıyırdı. 2012-ci ilin may ayına qədər protokol 74 dövlət tərəfindən təsdiqləndi.