Ədalətli əvəzin ödənilməsi ilə bağlı tez-tez verilən suallar
Ümumi baxımdan, qeyd olunmalıdır ki Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli əvəzin ödənilməsi ilə bağlı təyin etdiyi məbləğlərin, həmçinin mümkün olan gecikmə faizlərinin ödənişi sözügedən məhkəmənin son qətnamə və qərarların icra edilməsinin bir hissəsini təşkil edir. Ödənişə Nazirlər Komitəsi tərəfindən nəzarət olunur.
Müəyyən olunan kompensasiya məbləği, valyuta, mənfəətdar, həmçinin gecikmə faiz dərəcəsi məhkəmənin çıxardığı qətnamə və qərarlarda müəyyən edilir.
Ödəniş şərtləri birtərəfli şəkildə dəyişdirilə bilməz və dövlət üçün heç bir istisna olmadan məcburidir. Buna baxmayaraq, çox xüsusi hallarda, tərəflərin razılığı ilə məhkəmə qərarında müəyyən edilmiş şərtlərdən fərqli ödəniş şərtləri qəbul edilmişdir (məsələn, fərqli ünvan və yaxud valyuta).
Avropa İnsan Hüqüqları Məhkəməsinin təyin etdiyi ədalətli əvəz ödənişi, və yaxud gecikmə faizləri ilə bağlı hər hansı bir sual və yaxud problem yaranarsa, Qərarların İcrası Departamenti ilə fax nömrəsi (+33 (0)3 88 41 27 93), poçt ünvanı (Conseil de l’Europe, Service de l’Exécution des Arrêts, F-67075 STRASBOURG CEDEX)) və yaxud e-mail (dgI_execution_just_satisfaction@coe.int) vasitəsilə əlaqə saxlayın.
Avropa İnsan Hüquqları Məhkəməsinin təyin etdiyi ədalətli əvəzin ödənilməsi üçun riayət ediləcək prosedur
Bank rekvizitlərimi kimə göndərməliyəm?
Ödəniş benefisiarının bank rekvizitləri Avropa İnsan Hüquqları Məhkəməsinin qətnamə və yaxud qərarının verilməsindən sonra məhkəmə tərəfindən ərizəçiyə göndərilən məktubda göstərilən ünvana göndərilməlidir.
Ödənişin benefisiarını seçə bilərəmmi?
İnsan Hüquqları Avropa Məhkəməsi ödənişi alacaq şəxsi aydın şəkildə müəyyən edir. Buna baxmayaraq, benefisiar sözügedən məbləğləri başqasına, məsələn öz vəkilinə almaq üçün səlahiyyət verə bilər. Himayə olunan və ya 18 yaşa çatmamış şəxslər odənişin məqsədlərinə müvafiq olaraq, adətən hüquqi təmsilçiləri tərəfindən təmsil olunurlar. Vəziyyətdən asılı olaraq xüsusi tədbirlər bəzən zəruri ola bilər.
Ödəniş üsulunu seçmək mümkündürmu?
Əsas istifadə olunan ödəniş üsulu bank hesabına köçürmələrdir. Buna baxmayaraq, istisnalar mümkündür. Hər hansı bir şəxs üçün müəyyən edilmiş ədalətli əvəz məbləğlərinin ödənişi, yetərincə səmərəli olduğu halda, başqa üsullarla da həyata keçirilə bilər (məsələn: çek və ya nəğd pul orderi, ərizəçinin adına açılmış bank hesabına pulun yatırılması, milli bankın/müvafiq səlahiyyətli organların rəsmi depozitlərinə keçirilməsi məqsədilə pulun banka yatırılması). Vacib olan odur ki, məbləğ ərizəçiyə ödənilsin və o bu fakt barədə tezliklə məlumatlandırılsın.
Ödənişi cavabdeh ölkədən fərqli olan başqa bir ölkədə olan bank hesabına keçirmək mümkündürmü?
Məhkəmə qərarında əks hal göstərilməyibsə, təcrübə tələb edir ki, ödəniş benefisiarın daimi yaşadığı yerdə edilməlidir (bu cababdeh ölkə olmasa belə). Buna baxmayaraq, tərəflərin razılığı ilə başqa həll yolları da mümkündür.
Ədalətli əvəzin möhlət müddəti bitdikdən sonra ödənildiyi halda gecikmə faizi necə hesablanır?
Ədalətli əvəzin möhlət müddəti xaricində ödənildiyi halda yaranan gecikmə faizının hesablanması meyarı Avropa İnsan Hüquqları Məhkəməsinin verdiyi qətnamə də müəyyən edilir. Bu faiz dərəcəsi adətən Avropa Mərkəzi Bankının cərimə dövrünə müvafiq olaraq son kreditləşmə faiz dərəcəsinə üç faiz dərəcəsini əlavə etməklə hesablanır. Kreditləşmə faiz dərəcəsi cərimə dövründə dəyişirsə, hesablama bu dövrdə tətbiq edilən fərqli faiz dərəcələri əsasında hesablanır.
Ödəniləcək gecikmə faizinin hesablanması üçün Qərarların İcrası Departamentinə fax (+33 (0)3 88 41 27 93), poçt (Conseil de l’Europe, Service de l’Exécution des Arrêts, F-67075 STRASBOURG CEDEX), e-mail(dgI_execution_just_satisfaction@coe.int) vasitəsilə müraciət edə bilərsiniz. Bu məqsədlə, ərizə nömrəsini, ödənişin dəqiq məbləğini, istifadə olunan valyutanı, ödənişin həyata keçirmə tarixini (ədalətli əvəzin nəğd pul dəyərinin ərizəçiyə ödənildiyi tarix) və hesablamanın göndəriləcək ünvanı (electron yaxud poçt) yaxud fax nömrəni qeyd etmək vacibdir.
Ədalətli əvəzin ödəniş məbləği vergi organlarına bəyan edilməlidirmi?
Qətnamədə açıq şəkildə buna zidd müddəa olmadıqda, ədalətli əvəz hər bir ölkənin qüvvədə olan qaydalarına uyğun olaraq vergiyə cəlb edilir. Lakin, Məhkəmənin tərəfindən təyin edilmiş məbləğlər adətən vergisiz muəyyən edilir: qətnamədə qeyd olunur ki, vergi tutula bilən hər hansı bir məbləğ dövlət tərəfindən əlavə ərizəçiyə ödənilməlidir.
Avropa İnsan Hüquqları Məhkəməsinin təyin etdiyi ədalətli əvəz məbləği tam ödənilməyib.
Ödənişin möhlət müddəti bitməyib.
Bank rekvizitlərimi göndərmişəm, lakin hesabıma heç bir məbləğ köçürülməyib.
Ədalətli əvəzin ödənilməsi müəyyən müddət tələb edir, bu bəzən bir neçə həftə və ya ay tələb edə bilər. Bunun bir çox səbəbləri ola bilər:
- ödəmənin həyata keçirilməsi üçün ərizəçidən məlumatların alınması,
- maliyyə uçotu qaydalarına riayət edilməsi zərurəti,
- banklar tərəfindən köçürmələrin həyata keçirilməsində baş verən texniki gecikmələr və köçürmə qaydalarının seçimi.
Bütün hallarda möhlət müddətinin keçməsini gözləmək lazımdır.
Əgər bu möhlət müddəti keçib və ədalətli əvəz ödənilməyibsə və ya yalnız bir hissəsi ödənilibsə, onda dərhal Qərarların İcrası Departamentinə faksla (+33 (0)3 88 41 27 93), poçtla (Conseil de l’Europe, Service de l’Exécution des Arrêts, F-67075 STRASBOURG CEDEX), və ya mail- lə dgI_execution_just_satisfaction@coe.int) müraciət edin. Bütün müvafiq sənədlər göndərilməlidir (məsələn, bank rekvizitlərinin göndərilməsini sübut edən sənədin surəti).
Qeyd: Şikayətlər bu internet saytında qətnamə / qərarın ödəmələr siyahısında dərc edilməsindən sonra iki ay müddət ərzində göndərilməlidir. Bu iki ay müddəti keçdikdən sonra, ərizəçi ədalətli əvəz məbləği və gecikmə faizın ödənişini qəbul etmiş hesab olunacaq. Hər hansı bir suala və ya problemə qısa müddətdə aydınlıq gətirilməsi üçün şikayətlər aidiyyatlı dövlət orqanların diqqətinə çatdırılacaq.
Ödənişin möhlət müddəti bitib.
Bank rekvizitlərimi göndərmişəm, lakin hesabıma heç bir məbləğ köçürülməyib və yaxud ödəniş məbləğinin yalnız bir hissəsi köçürülüb.
Siz dərhal Qərarların İcrası Departamentinə fax (+33 (0)3 88 41 27 93), poçt (Conseil de l’Europe, Service de l’Exécution des Arrêts, F-67075 STRASBOURG CEDEX), e-mail(dgI_execution_just_satisfaction@coe.int) vasitəsilə müraciət edin, və iş nömrəsini, əlaqə məlumatlarında istənilən dəyişiklikləri (ünvanda, ad, bank rekvizitləri) göndərin və müvafiq sənədi əlavə edin (məsələn; bank rekvizitlərinin göndərilməsini sübut edən sənədin surəti)
Qeyd: Şikayətlər bu internet saytında qətnamə / qərarın ödəmələr siyahısında dərc edilməsindən sonra iki ay müddət ərzində göndərilməlidir. Bu iki ay müddəti keçdikdən sonra, ərizəçi ədalətli əvəz məbləği və gecikmə faizın ödənişini qəbul etmiş hesab olunacaq. Hər hansı bir suala və ya problemə qısa müddətdə aydınlıq gətirilməsi üçün şikayətlər aidiyyatlı dövlət orqanların diqqətinə çatdırılacaq.
Ədalətli əvəz möhlət müddəti bitdikdən sonra ödənilib, lakin gecikmə faizi ödənilməyib və yaxud yalnız bir hissəsi ödənilib.
Siz dərhal Qərarların İcrası Departamentinə fax (+33 (0)3 88 41 27 93), poçt (Conseil de l’Europe, Service de l’Exécution des Arrêts, F-67075 STRASBOURG CEDEX), e-mail (dgI_execution_just_satisfaction@coe.int) vasitəsilə müraciət edin, və iş nömrəsini, əlaqə məlumatlarında istənilən dəyişiklikləri (ünvanda, ad, bank rekvizitləri) göndərin və müvafiq sənədi əlavə edin (məsələn; ödəmə və onun həyata keçirildiyi tarixi göstərən bank çıxarışı)
Qeyd: Şikayətlər bu internet saytında qətnamə / qərarın ödəmələr siyahısında dərc edilməsindən sonra iki ay müddət ərzində göndərilməlidir. Bu iki ay müddəti keçdikdən sonra, ərizəçi ədalətli əvəz məbləği və gecikmə faizın ödənişini qəbul etmiş hesab olunacaq. Hər hansı bir suala və ya problemə qısa müddətdə aydınlıq gətirilməsi üçün şikayətlər aidiyyatlı dövlət orqanların diqqətinə çatdırılacaq.
Həmçinin, ödəniləcək gecikmə faizinin hesablanması üçün Qərarların İcrası Departamentinə fax (+33 (0)3 88 41 27 93), poçt (Conseil de l’Europe, Service de l’Exécution des Arrêts, F-67075 STRASBOURG CEDEX), e-mail (dgI_execution_just_satisfaction@coe.int) vasitəsilə müraciət edə bilərsiniz. Bu məqsədlə, ərizə nömrəsini, ödənişin dəqiq məbləğini, istifadə olunan valyutanı, ödənişin həyata keçirilmə tarixini (ədalətli əvəzin nəğd pul dəyəri ərizəçiyə ödənildiyi tarixi) və bu hesablanmanın göndəriləcək ünvanını (electron yaxud poçt) yaxud fax nömrəsini qeyd etmək vacibdir.