Ödəniş haqqında məlumat
Əvəzin ədalətli ödənilməsi
Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 41-ci Maddəsi:
Əvəzin ədalətli ödənilməsi : Əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.
1 iyun 2010-cu ildə 14 saylı Protokolun qüvvəyə minməsindən sonra, Nazirlər Komitəsi Məhkəmə tərəfindən təsdiq olunmuş (Konvensiyanın 39-cu maddəsi) dostcasına həll yollarının şərtlərinin icrasına, belə həll yollarının şərtlərinə daxil olan ərizəçiyə dövlət tərəfindən razılaşdırılmış məbləğin ödənilməsi də daxil olmaqla, nəzarət edir. (daha ətraflı...).
Ərizəçinin qısa zamanda ödənişi alması üçun riayət olunmalı prosedur Məhkəmə qərarının göndərildiyi məktubda göstərilir.
Odənişə nəzarət
Odəniş həyata keçirildi (şikayət və qeydlər üçün 2 ayliq möhlət)
Aşağıda iki halda hər hansı bir problem yaranarsa, ərizəçi siyahıların dərc edildiyi tarixdən etibarən iki ay müddət ərzində şikayəti göndərməlidir. Möhlət müddəti bitdikdən sonra ərizəçi hesabların odənişlərini Dövlət qaydaları və şərtlərinə əsasən qəbul etmiş sayılacaq.
- Möhlət müddəti daxilində odəniş
- Möhlət müddəti xaricində ödəniş və müddəti keçmiş faizlərin odənilməsi ile bağlı məlumat
Ödəniş həyata keçirilməyib və yaxud natamamdır
Birinci halda, AİHM (Avropa İnsan Hüquqları Məhkəməsi) qərarların İcrası Departamenti milli hakimiyyət orqanları tərəfindən əvəzin ədalətli odənilməsinin yazılı təsdiqini almayıb və yaxud məlumat natamamdır.
İkinci halda, ödəniş təsdiqlənib lakin möhlət müddəti xaricindədir və həmçinin möhlət müddəti keçmiş odənişin faizlərinin təsdiqi yoxdur.
Əgər Məhkəmənin sizin xeyrinizə qərar verdiyi əvəzin ödənilməsi barədə məlumat almaq, vermək və yaxud şikayət göndərmək istəyirsinizsə, lütfən bizimlə əlaqə saxlayin:
Council of Europe
DGI - Directorate General of Human Rights and Rule of Law
Department for the Execution of Judgments of the ECHR
Just Satisfaction Section
F-67075 Strasbourg Cedex
FRANCE
+33(0)3.88.41.27.93