Home - Србија
video bir neçə dildə mövcuddur:
Azərbaycanca - Bolqar - Fransız - Yunan - Norveç- Polyak dili - Rus - İspan dili - Ukrayna
Avropa Şurası Nazirlər Komitəsinin (2004) 4 saylı Tövsiyəsinə, 2010-cu il İnterlaken, 2012-ci il Brayton və 2015-cü il Brüssel bəyannamələrinə müvafiq olaraq, “Praktik Hüquqşünaslara İnsan Hüquqlarının Tədrisi üzrə Avropa Proqramı” (HELP) üzv ölkələrə Avropa İnsan Hüquqları Konvensiyasının milli səviyyədə tətbiqi məqəsdilə dəstək verir.
Qeyd olunan təşəbbüs 47 üzv ölkənin hamısında hakimlərin, vəkillərin və prokurorların gündəlik peşə fəaliyyətlərində Konvensiyanın tətbiqi üzrə bacarıqlarının inkişaf etdirilməsi vasitəsilə həyata keçirilməkdədir. Əslində, birbaşa insan hüquqlarının keşiyində duran praktik hüquqşünaslar, habelə hüquqları pozulmuş qurbanlar bu cür keyfiyyətli tədrisdən faydalanmalıdırlar.
HELP 28 ölkədə, Avropa İttifaqı tərəfindən maliyyələşdirilmişdir
“28 ölkədə Praktik Hüquqşünaslara İnsan Hüquqlarının Tədrisi üzrə Avropa Proqramı” (HELP 28 ölkədə) Avropa İttifaqına üzv 28 ölkənin praktik hüquqşünaslarının Avropa İttifaqının Əsas İnsan Hüquqları Xartiyası, Avropa İnsan Hüquqları Konvensiyası və Avropa Sosial Xartiyası üzrə bilik və vərdişlərinin formalaşdırılmasına dəstək verir. Bundan başqa, hüquqşünaslar Avropa İttifaqının hüquq sistemi ilə tanış olacaqlar. Bu, həmçinin Avropa İttifaqı ölkələrində HELP Şəbəkəsinin güclənməsinə rəvac vermiş olacaq.”
Milli səhifələrə çıxış