Assambleya üzvləri qarşısındakı çıxışında, Azərbaycan prezidenti İlham Əliyev öz ölkəsinin hər kəsin ləyaqətlə və təhlükəsizlik şəraitində yaşaya biləcək sülh və əminəmanlığa can atdığını söyləmişdir. 2014-cu ilin may ayında Azərbaycanın avropa Şurası Nazirlər Komitəsində altı aylıq sədrliyi başlayıb. Keçmişdə prezident İlham Əliyev də Assambleyanın üzvü olmuşdur.
Sovet İttifaqının suqutundan sonra Azərbaycan sosial təlatümlər, iqtisadi sarsıntılar, hərbi məğlubiyyətlər, ərazilərinin itirilməsi və hətta 1993-cü ilə vətəndaş müharibəsi ilə üzləşmişdir. Buna baxmayaraq, ölkə iqtisadi keçidini və son illərdə sürətli artımını təmin edə bilmiş və prezident Əliyevin fikrincə, Azərbaycan regionda mədəniyyət və dinlərarası dialoqun vasitəçisinə çevrilmişdir.
Cənab Əliyev ölkənin moderniləşdirilməsi və davamlı inkişafının təmin edilməsi məqsədi ilə korrupsiyaya qarşı mübarizə və təhsilin inkişafına da xüsusi diqqət ayırıldığı islahatların aparılmasını Azərbaycan üçün prioritet məsələ olduğunu bildirmişdir. 2001-ci ildə Azərbaycanın Avropa Şurasına üzvülüyü ölkənin şüurlu şəkildə etdiyi seçimi idi və bu baxımdan, Azərbaycan bu statusdan irəli gələn vəzifə və öhdəliklərini yerinə yetirməyə hazırdır və buna can atır .
Suallara cavab verərkən, İlham Əliyev Azərbaycanda siyasi məhbusların olmadığını söylədi. O, bu kimi ittihamların ölkənin beynəlxalq arenada nüfüzunu pozmağa yönəlmiş ayrıca geosiyasi maraqlardan irəli gələn saxta məlumatlara əsaslandığını da əlavə etmişdir.
Digər bir suala cavab verən prezident İlham Əliyev, öz ölkəsində insan hüquqlarının vəziyyəti ilə bağlı müsbət qiymətləndirməsini tənqid edənlərin iştirakı və AŞPA-nın yardımı ilə dəyirmi masanın təşkil olunması təklifinə də müsbət münasibət bildirdi.
Prezident Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə sədaqətli olduğunu vurğulamış və ölkəsinin Nazirlər Komitəsindəki sədrliyinin demokratiya və fundamental azadlıqlara dair ümumi dəyərlərin saxlanılmasındakı töhfəsi, eləcə də ikili standartlar siyasətinin aradan qaldırılmasına yönəlmiş rolu üçün fürsət olduğunu qeyd etmişdir.
Həmçinin baxın:
Azərbaycan və Avropa Şurası