Обратно Vəkillər və digər praktik hüquqşünaslar üçün “Avropa İnsan Hüquqları Konvensiyasına Giriş” HELP distant kursu - ELAN

Vəkillər və digər praktik hüquqşünaslar üçün “Avropa İnsan Hüquqları Konvensiyasına Giriş” HELP distant kursu - ELAN

Avropa Şurasının Bakıdakı Ofisi Avropa Şurasının və Avropa İttifaqının Birgə Proqramı olan “Avropa İnsan Hüquqları Konvensiyası  və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun Azərbaycanda tətbiqi” Layihəsi çərçivəsində vəkillər və digər praktik hüquqşünaslar və insan hüquqları müdafiəçiləri üçün  Avropa İnsan Hüquqları Konvensiyasına Giriş” HELP distant kursuna ərizələrin qəbulunu elan edir. (Avropa Şurasının HELP Proqramı – Hüquqşünasların İnsan Hüquqlarının Tədrisi üzrə Avropa Proqramı)

Distant kursu Avropa Şurasının HELP Proqramının sertifikatlı təlimçiləri, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri Azər Nağıyev, Günel İsmayılbəyli, Ramil Rüstəmov və Bakı Dövlət Universitetinin müəllimi Gülnaz Ələsgərova aparacaqlar.

3 aylıq onlayn kursun mayın ilk on günlüyündə başlanması nəzərdə tutulur.

Kursu uğurla başa vuran iştirakçılara Avropa Şurasının HELP sertifikatı təqdim olunacaq.

Kursda iştirak etmək arzusunda olanlar CV-lərini 20 aprel 2018-ci il tarixədək vafa.rovshanova@coe.int e-mail ünvanına göndərə bilərlər.  

Ətraflı məlumat üçün vafa.rovshanova@coe.int e-mail ünvanına yaza və ya (+99412) 599 11 62 (daxili: 17) zəng vura bilərsiniz.

Layihə üzrə məsul şəxs: Vəfa Rövşənova

Baku 13.04.2018
  • Diminuer la taille du texte
  • Augmenter la taille du texte
  • Imprimer la page