Back Azərbaycanda qadınlara qarşı zorakılıq sahəsində qanunvericilik və siyasətlərdə boşluqların təhlilinin dəyirmi masada təqdimatı

Azərbaycanda qadınlara qarşı zorakılıq sahəsində qanunvericilik və siyasətlərdə boşluqların təhlilinin dəyirmi masada təqdimatı

4 iyul 2022-ci il tarixində “Azərbaycanda İstanbul Konvensiyası və digər gender bərabərliyi standartlarına dair məlumatlılığın artırılması” layihəsi çərçivəsində Avropa Şurası və digər beynəlxalq standartlara uyğun olaraq Azərbaycanda qadınlara qarşı zorakılıq və məişət zorakılığı sahəsində qanunvericilik və siyasətlərdə boşluqların təhlilinin onlayn təqdimatı keçirildi. Avropa Şurasının cinayət və mülki hüquq üzrə ekspertləri Azərbaycanın milli qanunvericiliyinin beynəlxalq standartları, o cümlədən Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında Avropa Şurası Konvensiyasıdaha yaxşı əks etdirə bilməsi üçün yerli qanunlara və siyasətlərə müvafiq düzəlişlərin tətbiq edilməsini də ehtiva edən hesabatı təqdim etdilər.

Dəyirmi masada yerli və beynəlxalq ekspertlər və qadınlara qarşı zorakılıq sahəsində çalışan digər peşəkarlar iştirak etdi və zorakılığın qarşısının alınması və onunla mübarizə üzrə hazırda mövcud olan yerli mexanizmlərin təkmilləşdirilməsi yollarını müzakirə etdilər. Tədbirdə maarifləndirmənin əhəmiyyəti, zorakılıq törədənlərin reabilitasiyası üçün proqramların hazırlanması və ya "namus cinayətlərini” gözardı edəcək sosial yanaşmaların dəyişdirilməsi üçün tədbirlərin həyata keçirilməsi zərurəti kimi mövzular müzakirə edildi.

Yerli tərəfdaşlar Azərbaycanda qadınlara qarşı zorakılığa son qoyulması istiqamətində öhdəliklərini və bu yolda boşluqların təhlili hesabatının əhəmiyyətini bir daha vurğuladılar.

Hesabat Azərbaycaningilis dillərində əlçatandır.

Bu tədbir Avropa İttifaqı və Avropa Şurası tərəfindən onların Yaxşı İdarəçilik üçün Tərəfdaşlığı II 2019-2022 çərçivəsində maliyyələşdirilən və Avropa Şurası tərəfindən icra olunan “Azərbaycanda İstanbul Konvensiyası və digər gender bərabərliyi standartlarına dair məlumatlılığın artırılması” layihəsi çərçivəsində həyata keçirilmişdir.

Layihə haqqında daha ətraflı məlumat üçün layihənin səhifəsinə baxın.

Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq II haqqında daha ətraflı məlumatı PGGII-nin səhifəsindən əldə etmək olar.

Bakı, Azərbaycan 16 sentyabr 2022-ci il
  • Diminuer la taille du texte
  • Augmenter la taille du texte
  • Imprimer la page