İştirakçılar bulvar qəzetinin ön səhifəsinin nümunəsini hazırlamaq üçün kiçik qruplarda işləyirlər.
Vaxt: 60 dəqiqə
Hazırlıq
• Sizin hər kiçik qrup üçün A3 ölçüdə bir kağıza və bir neçə flomaster qələmə ehtiyacınız olacaq.
Təlimatlar
1. İştirakçılardan üç və ya dörd nəfərlik kiçik qruplara ayrılmağı xahiş edin. Onlar bulvar qəzetinin ön səhifəsini hazırlayacaqlar: burada uzun məqalələr deyil, böyük başlıqlar olmalıdır!
2. Onlardan etdiklərini və layihədən yaxud məşğələdən nə öyrəndiklərini müzakirə etməyi, güclü və zəif tərəflər barəsində beyin fırtınası aparmağı xahiş edin.
3. Hər kiçik qrup birgə 5 və ya 6 “hekayə” barəsində razılığa gəlməlidir. Onlar hər hekayə üçün başlıq və hekayənin qısa xülasəsini vermək üçün bir neçə cümlə yazmalıdırlar. Bütün hekayəni yazmaq gərəkli deyil. “Foto şəkil” istəyə görədir, lakin yaxşı fikirdir.