Bu məşğələ iştirakçıları “salamlamaq” üçün yaxşı başlanğıcdır. İştirakçılar çox danışmadan bir-birlərinin adlarını və haradan gəldiklərini öyrənirlər. Bu, həmçinin, müxtəliflik və müxtəlifliyə hörmətlə bağlı müzakirəyə başlamaq üçün yaxşı başlanğıcdır.

Hazırlıq 

Hər hərfi ayrıca A4 vərəqində yazın.

Təlimatlar

1. Hərfləri nizamsız şəkildə yerləşdirin və iştirakçılardan onların ətrafında dövrə qurmağı xahiş edin.

2. Bəzi suallar verəcəyinizi izah edin, məsələn: Adınız nədir? İştirakçılar isə mümkün qədər cəld şəkildə adlarının ilk hərfini tapmalı və ayaq barmaqları ilə həmin kağız parçasına toxunaraq dayanmalıdırlar. Məsələn, Laura L hərfində dayanır, Rui R hərfində və s.

3. Hər kəs hərfini tapdıqdan sonra növbə ilə hər iştirakçıdan cəld şəkildə adını deməyi xahiş edin.

4. Eynisini başqa suallarla təkrarlayın.

Fasilitator üçün məsləhətlərGoto top

Hərfləri elə yerləşdirin ki, hər hərfin ətrafında çoxlu yer olsun, çünki birdən artıq nəfərin hər hansı hərfin üzərində dayanmaq ehtimalı böyükdür. Əslində, 3-dən artıq iştirakçı eyni hərfin üzərində dayanmağa çalışdıqda əyləncəli hissə başlayır, çünki onlar bir-birlərinə söykənməli olacaqlar. Hərfləri dağınıq qoyduqda iştirakçılar onları tapmaq üçün bir-birlərinə kömək edirlər. Qrup beynəlxalqdırsa, hərfləri seçərkən diqqətli olun və bütün hərflərin başa düşülməsi və oxunmasının asan olmasını təmin edin. Əslində, müxtəlif əlifbalarda bərabər sayılan hərflərin eyni kağızın üzərində yazılması maraq oyadacaqdır.

Qrupun ölçüsündən asılı olaraq az və ya çox tur oynaya bilərsiniz. Məşğələnin darıxdırıcı olmasına imkan verməyin. Suallar üçün bəzi təkliflər aşağıdakılardır:

  • Adınız nədir?

    Hansı ölkədə yaşayırsınız?

    Hansı ölkədə anadan olmusunuz?

    Sevimli yeməyiniz/içkiniz hansıdır?

    Sevimli rənginiz hansıdır?

    Sevimli kitabınız/musiqi janrınız hansıdır?

    Həyatda şüarınız nədir?