Təlim Avropa Şurası və Avropa İttifaqının birgə proqramı olan “Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq” çərçivəsində “İfadə azadlığı və media azadlığı” layihəsi çərçivəsində təşkil edilmişdir. Layihə 2015-ci ildən fəaliyyət göstərir və əsas məqsədlərindən biri də hüquq professionallarının (hakimlərin, prokurorların, vəkillərin) ifadə azadlığı və media azadlığı sahəsində mövcud Avropa Şurası standartlarına və Avropa İnsan Hüquqları Məhkəməsinin müvafiq presedent hüququna dair məlumatlılığını artırmaqdan ibarətdir.
Təlimdə Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri Zoltan Hernyes və Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən cənab Elçin Xələfov açılış nitqi ilə çıxış etmişlər.
Yekunda ifadə azadlığı standartları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ müzakirə edilmiş və layihə çərçivəsində çap edilmiş vəsaitlər namizədlərə arasında paylanılmışdır.