Bu məşğələ təlim görüşünün sonunda istifadə etmək üçün uyğundur. Şəkillər həmişə sözlərdən daha çoxunu deyir.

Vaxt: 40 dəqiqə

Materiallar

• Kağız və rəngli qələmlər

Təlimatlar

1. İştirakçılardan sessiya/görüş vaxtı nə öyrəndiklərini soruşun və onlardan özlərinin sağollaşan və çiyinlərində içərisində, məsələn, özləri ilə apardıqları əşyalar, fikirlər və ümidlər olan böyük bel çantası daşıyan şəkillərini çəkməyi xahiş edin.

2. Onlar öyrəndikləri və saxlamaq istədikləri hər şeyi nəzərə almalıdırlar. Buraya kitablar, şəkillər, hislər, insanlar, fikirlər, dünyaya yeni baxışlar, çətinliyin öhdəsindən gəlməyin on-lara qazandırdığı güc və dəyərlər daxil ola bilər.

3. Həmçinin, onlar zibil qutusuna atmaq istədiklərini göstərə bilərlər. Buraya pis vərdişlər, köhnə fikirlər, çətin anlar və sağlıqsız qida – istədikləri hər şey daxil ola bilər!

4. İştirakçılara mükəmməl rəssam olmalarının əhəmiyyət daşımadığını bildirin. Xətlərlə çəkilmiş adamlar, sözlər və simvollar tamamilə qəbul olunandır.