Vaxt: 10 dəqiqə

Təlimatlar

Qısaca sessiyada nə baş verdiyinin üzərindən keçin.

İştirakçılardan dövrədə oturmağı xahiş edin.

Bəyanatlardan birini seçin və növbə ilə hər iştirakçıdan onu tamamlamağı xahiş edin. Heç bir şərh və ya müzakirəyə yol verilmir.

Vaxtınız varsa və ya daha çox məlumat əldə etmək istəyirsinzisə, bir neçə tur aparın.

Fasilitatorlar üçün məsləhətlər

Bəyanat nümunələri:

  • Məşğələ ilə bağlı ən yaxşı cəhət ... , və ən pis cəhət ... .
  • Ən maraqlı cəhət ... , və ən darıxdırıcı cəhət ... .
  • Məni ən çox narahat edən cəhət ... , və mənim ən çox dəyərləndirdiyim ... .
  • Ən gülməli cəhət ... , və ən ciddi cəhət … .
  • Mən daha çox ..., və daha az ... istəyərdim.
  • Mən ... öyrəndim , və ... barədə daha çox öyrənmək istəyərdim.
  • İndi, istəyirəm ki, ... və ümid edirəm ki, ... .
  • Mən ... başa düşdüm , və mənim ... ehtiyacım var.
  • Məni ən çox təəccübləndirən ... .
  • Etməkdən ən çox həzz aldığım ... , və etməyi ən az xoşladığım… .
  • Edərkən özümü ən çox inamlı hiss etdiyim ... , və edərkən özümü ən az inamlı hiss etdiyim ... .

Əgər vaxtınız varsa, iştirakçılardan səbəblərini izah etməyi xahiş etməklə daha dərin məlumat əldə edə bilərsiniz. Məsələn, “Ən yaxşı cəhət ... idi, çünki ... . Ən pis cəhət ... idi, çünki ... .